Cümə günü, 02 oktyabr 2026
     

Rusiyadakı irikalibrli erməni milyarderlər Paşinyana qarşı birləşir – seçkilərin taleyi dəyişəcəkmi...

Image


Hələ cari ilin mart ayının sonlarında Rusiya Erməniləri İttifaqının rəhbəri, milyarder Ara Abramyan Ermənistanda növbədənkənar parlament seçkilərində iştirak edəcəyini açıqlamışdı. Artıq o, bu xüsusda real addımlar atmağa başlayıb. Ekspertlər qeyd edir ki, Ara Abramyan Nikol Paşinyan iqtidarı üçün müəyyən problemlər yarada bilər.

Abramyan isə vaxtilə Nikol Paşinyana qarşı mübarizə aparmadığına görə özünü qınayıb:  “Mən özümü günahkar sayıram, çünki mübarizə aparmadım, soruşmadım ki, o kimdir, haradan gəlib...”. O, Ermənistanın indi olduqca acınacaqlı vəziyyətdə olduğunu da qeyd edib. Ölkəsinə gələn Abramyan gələn ay keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etmək üçün blok da qurur. Belə ki, o, artıq “Evimiz-Ermənistan” partiyasını təsis edib və deputat Tiqran Urixanyanın başçılıq etdiyi “Alyans” partiyası ilə blok halında seçkilərdə iştirak edəcək.

Abramyan “bütün sağlam qüvvələri” birləşməyə və seçkilərdə birgə iştirak etməyə çağırıb. Onu da qeyd edib ki, Ermənistanda sistem böhranı hökm sürür və bu vəziyyəti sözlə ifadə etməkdə acizdir: “Mən artıq 10 gündür Ermənistandayam. Burada gördüklərim bütün təsəvvürlərimi aşıb keçir. Böhran mənim təsəvvür etdiyimdən daha dərindir. Və ölkəni bu vəziyyətə istisnasız olaraq Ter-Petrosyandan başlamaqla, indiyədək mövcud olmuş bütün hakimiyyətlər gətirib çıxarıb”. Abramyan bildirib ki, Ermənistanda hər hansı vəzifə tutmaq istəmir və məqsədi sadəcə olaraq ölkəyə kömək etməkdir. O deyib ki, hazırda “Alyans” partiyası ilə seçkilərə birgə qatılmaq barədə razılaşma əldə edilib, amma digər partiyalarla da danışıqlar gedir. Xatırladaq ki, Abramyan Rusiyanın hakim siyasi dairələri ilə yaxındır və onun Ermənistan siyasətində iştirakı Paşinyan üçün yaxşı heç nə vəd etmir. Ekspertlərə görə, Abramyanı Paşinyan üçün gözlənilməz rəqib də hesab etmək olar. Çünki o, indiyədək Ermənistandakı rusiyameylli qüvvələrə fəal dəstək versə də, özü siyasətə birbaşa qarışmırdı. Lakin indi Abramyan şəxsən seçkilərə qatılır. İri kapitala malik olan Abramyan Ermənistan siyasətində yeni fiqur hesab edilə bilər və öz kapitalını seçkilərdə gen-bol xərcləsə, Paşinyanın hakimiyyəti əldə saxlaması çətinləşəcək. Xatırladaq ki, Abramyan ikinci Qarabağ müharibəsi zamanı öz kapitalını Ermənistan ordusu üçün Rusiyadan silah-sursat alıb göndərməyə sərf edirdi və o zaman Azərbaycan tərəfi bununla bağlı bütün məlumatları əldə etmişdi.

Çoxprofilli “Soqlasie” şirkətinin sahibi olan Abramyan almaz ticarəti hesabına varlanıb. Onun qardaşı Qaqik vaxtilə Ermənistanın iri almaz emalı müəssisəsinə başçılıq edirdi. 1990-cı illərdə Abramyan Rusiyada almaz biznesinə girib, özünün dediyi kimi, iki-üç il bu biznesdə fırlanıb. 1998-ci ildə onun şirkəti Rusiyada 12 milyard dollarlıq ehtiyatlara malik Lomonosov almaz yatağını işlədən “Severalmaz” şirkətinin səhmlərinin 53 faizini Cənubi Afrikanın “De Beers” şirkəti ilə birlikdə almışdı. 2002-ci ildə Abramyan həmin səhm paketini ALROSA şirkətinə satdı. Abramyanın şirkəti uzun illərdir ki, Rusiya prezidentinin İşlər İdarəsinin sifarişi ilə bir sıra iri layihələri reallaşdırıb. Prezidentin İşlər İdarəsinin nəzdindəki “Nazaryevo” aqrosənaye kompleksinin səhmlərinin 58 faizə yaxını Abramyanın nəzarətində olub. Həmin kompleksin istehsal etdiyi ekoloji təmiz məhsullar birbaşa prezident Boris Yeltsinin masasının üstünə gedirdi. Və 90-cı illərin sonlarında - Yeltsin hakimiyyəti dövründə Rusiya utilizasiya olunmaq adı altında ordudan silinən 1 milyard dollarlıq silah-sursatı gizlicə Ermənistana verəndə bu işin arxasında duranlardan birinin məhz Abramyan olduğu üzə çıxmışdı. Abramyanın Rusiya prezidentinin İşlər İdarəsi ilə biznes əlaqələri 2010-cu ildə “Nazaryevo” şirkətinin ləğvindən sonra da dayanmadı. Əksinə, o, Kremllə əlaqələrini daha da gücləndirdi və digər erməni oliqarx, “Taşir” qrupunun sahibi Samvel Karapetyanı da İşlər İdarəsi ilə əməkdaşlığa cəlb etdi. Abramyan Kremlin rekonstruksiyasını həyata keçirənlərdən biridir, nəinki rus dilində, eləcə də erməni dilində bərbad danışan bu oliqarx varlandıqca Rusiya hakim elitası ilə daha sıx münasibətlər qurub. Hazırda o, Rusiya prezidenti yanında millətlərarası münasibətlər üzrə Şuranın komissiyalarından birinə sədrlik edir. Xarici işlər naziri Sergey Lavrov da daxil olmaqla, bir çox yüksək vəzifəli şəxslərlə yaxın dostluq əlaqələri qurub. Abramyanın sayəsində Rusiya Erməniləri İttifaqı həm Rusiyada, həm də Ermənistanda söz sahibidir. Rusiya mediası da yazır ki, Rusiyada fəaliyyət göstərən çoxsaylı ictimai təşkilatlar arasında Abramyanın ittifaqı proseslərə təsir gücü baxımından həmişə xüsusi yer tutur. Abramyan həm də rəsmi olaraq Rusiyanın ən varlı ermənisi statusunu daşıyan Samvel Karapetyanın ortağıdır. Hərçənd, bəzi məlumatlara görə, Abramyanın pulları Karapetyandan daha çoxdur. Karapetyanın “Taşir” qrupunda, Rusiya mənbələrinin məlumatına görə, 200-dən çox şirkət yer alır. İndi bu şəxsin vəsaitinin bir hissəsini Ermənitanda seçkilərə sərf etməsi Paşinyan üçün ciddi problemlər deməkdir.

Samirə SƏFƏROVA

 

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Prezident İlham Əliyev: "Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq"

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü... - FOTO

02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"

02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik" - Hikmət Hacıyev

02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır" - Prezident

02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"

02.10.2026 / 10:55
"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır" - Prezident

02.10.2026 / 10:51
Prezident: "Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın"

02.10.2026 / 10:49
Prezidentin köməkçisi: "Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir"

02.10.2026 / 10:45
"Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:42
"Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər" - Hikmət Hacıyev

02.10.2026 / 10:40
Prezident: "Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi"

02.10.2026 / 10:35
"Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:28
Prezident: "İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir"

02.10.2026 / 10:24
"Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir" - Prezident

02.10.2026 / 10:21
Merz Tokayevin Putini tərifləməsinə kəskin reaksiya verdi

02.10.2026 / 10:02
"Azərbaycan-Ermənistan sülhünün praktikada gerçəkləşdirilməsini təmin etmək lazımdır" - Hikmət Hacıyev

02.10.2026 / 09:50
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxış etdi - FOTO/YENİLƏNDİ

02.10.2026 / 07:46
Tramp üçüncü impiçment olayına hazırlaşır - Oklahomada tərəfdarlarına çağırış etdi

02.10.2026 / 07:35
Napoleon Bonapartın generalına göndərdiyi şifrəli məktub deşifrə edildi - 217 il sonra…

02.10.2026 / 07:30
Zəfər xronikası - 2 oktyabr 2020-ci il: Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib - FOTO

02.10.2026 / 07:25
ABŞ Səudiyyədəki neft-qaz obyektlərini “Patriot”la qoruyacaq

02.10.2026 / 07:01
Putinin ömrünü uzadan layihəyə 216 milyon büdcə vəsaiti ayrıldı - digər səhiyyə xərcləri 17 faizin altında…

02.10.2026 / 06:51
Pentaqon Yaxın Şərqə 3-cü aviadaşıyıcı zərbə qrupunu göndərir

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi - Rusiya oyuna sürüklənib?..

01.10.2026 / 20:39
Bakı – İrəvan sülhü yolunda son maneə BMT kürsüsündə səsləndirildi...

01.10.2026 / 20:24
Dubay-Təl-Əviv təyyarəsinə tələsik “islam terroru” damğası vuruldu... Uydurma olmaya...

01.10.2026 / 20:10
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olunacaq...

01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur... "ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...

01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

01.10.2026 / 19:23
Hərbi hissəni özbaşına tərk etmiş Azərbaycan hərbçisi Ermənistan ərazisində saxlanılıb

01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi

01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" - Hikmət Hacıyev

01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...

01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir

01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...

01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ