Cümə günü, 02 oktyabr 2026
     

Ermənistanın Azərbaycanla razılaşmaqdan başqa çarəsi qalmadı...

Image


Ermənistanda qarşıdan gələn növbədənkənar parlament seçkiləri fonunda Azərbaycanla bu ölkənin münasibətləri siyasi qüvvələrin əsas spekulyasiya mövzusuna çevrilməkdədir. İndi hakimiyyət və müxalifət nümayəndələri bir-birini Azərbaycan xeyrinə casusluqda günahlandırır. Eyni zamanda, müxalifət hansısa ərazilərin hakimiyyət tərəfindən Azərbaycana verilməsi haqda şou düzəltməyə çalışır. Hakimiyyət isə əks mövqedən çıxış edir.

Erməni politoloq Edqar Elbakyan bu fonda qeyd edir ki, Ermənistanın hazırkı hakimiyyəti tərəfindən SSRİ dövründə mövcud olmuş inzibati ərazi bölgüsü ilə demarkasiya həyata keçirilməsi halında Ermənistan tamamilə blokadaya düşəcək, çünki İran və Gürcüstana gedən magistral yollar Azərbaycanın nəzarəti altında olacaq. O qeyd edib ki, Sovet Baş Qərargahının xəritələrinə əsasən, Azərbaycan bugünkü Ermənistan ərazisində bir neçə anklava sahib idi: “Bu ərazilərin Azərbaycanın nəzarəti altına keçməsi halında isə, məsələn, Voskepar kəndi iki tərəfdən Azərbaycan tərkibinə daxil olacaq və birmənalı olaraq ermənilərdən boşaldılacaq, çünki bundan sonra orada yaşamaq mümkün deyil”. Bundan başqa, erməni politoloq Ermənistandan Gürcüstana gedən magistral yolun da Azərbaycanın nəzarəti altına düşəcəyi ilə bağlı narahatlığını bildirib: “Bu o deməkdir ki, bu anda cənubda İrana gedən magistral yol faktiki olaraq Vorotan və Şurnux sektorlarında onların nəzarəti altındadırsa, indi Gürcüstan magistral yolu da onların nəzarəti altına düşəcək”. Xatırladaq ki, Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan sərhəd bölgüsü üçün sənəd üzərində iş getdiyini təsdiqləyib. Lakin Paşinyan üzərində iş gedən sənədin detallarını açıqlamayıb, amma Ermənistan parlamentinin xarici əlaqələr komitəsinin sədri Ruben Rubinyan qeyd edir ki, sənəddə hansısa ərazilərin verilməsi və ya dəşiyişdirilməsi məsələsi yoxdur. Buna rəğmən, Ermənistan ərazisində Aərbaycan anklavlarının qaytarılması gündəmdədir. Xüsusilə Qazaxın hazırda Ermənistanın nəzarətində olan yeddi kəndi, Naxçıvanın Kərki kəndinin taleyinin necə olacağı xüsusi maraq doğurur.  Azərbaycan Milli Elmlər Akademiyasında coğrafiya üzrə fəlsəfə doktoru Mirnuh İsmayılov bildirir ki, hazırda mühabisə gedən Gorus rayonu ərazisindən savayı, gələcəkdə qərblə sərhəddə problemlər yarana bilər: “Ən ciddi problem Qazaxla sərhəddə yaşanır. Burada Ermənistanda olan Azərbaycan ankavları var. Bunlar hamısı Azəraycan ərazisidir, amma ətrafı Ermənistanla əhatənib. Bu əraziləri də Ermənistan Azərbaycana geri qaytarmalıdır. Qaytarmasa, orda da problemlər yaşanacaq”. Qeyd edək ki, Azərbaycanla Ermənistan arasında sərhədlərin müəyyənləşdirilməsinə Rusiya öz vasitəçiliyini təklif edib. Amma ABŞ-dakı siyasi şərhçi Pol Qobl bildirir ki, tərəflər müraciət eləsə, bu məsələdə ABŞ da öz texniki dəstəyini və danışıqların aparılması üçün köməyini göstərə bilər.

Müxalif “Maariflənmiş Ermənistan” blokunun lideri Edmon Marukyan bu fonda bildirib ki, xalqın arxasında məzmunu heç kimə – nə deputatlara, nə əksər hökumət üzvlərinə məlum olmayan növbəti sənəd hazırlanıb. Müxalif deputatlar parlamentin növbədənkənar iclasını çağırmaq və baş nazir əvəzinin imzalamağa hazırlaşdığı sənədin təfərrüatlarını aydınlaşdırmaq niyyətindədir. Marukyanın sözlərinə görə, konstitusiyaya əsasən, Ermənistan sərhədlərinə aidiyyəti olan heç bir sənəd parlament tərəfindən ratifikasiya edilmədən reallaşdırıla bilməz. Müxalifətçi sənədin Ermənistanın maraqlarına uyğun olduğu haqda bəyanata şübhə ilə yanaşır:  “Mənə aydın deyil ki, sənəd Ermənistan üçün bu qədər yaxşıdırsa, o zaman niyə gizlədilir. Qoy desinlər, xalq da sevinsin. Hakimiyyət sənəd layihəsini dərc etməyə, Ermənistan üçün niyə sərfəli olduğunu izah etməyə, maddələr üzrə əsaslandırmağa borcludur. O zaman xalq bunun Ermənistana lazım olub-olmadığına qərar verər”. Deputat hesab edir ki, hakimiyyət sənədlə detallı tanış olduqdan sonra onun ratifikasiya edilməyəcəyi ehtimalı olduğu üçün parlamentdə müzakirələrdən qaçmağa çalışır. Erməni ekspert Varujan Qeqamyan isə Ermənistanın Azərbaycanla razılaşmaqdan başqa çıxış yolunun olmadığını bildirir: “Ermənistan Azərbaycanın diqtə etdiyi sərhədlərlə Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Eləcə də bütün mübahisəli ərazilər Azərbaycana keçir. Azərbaycanın ərazi bütövlüyünü tanıyaraq Ermənistan Qarabağdan imtina edir. Nəticə olaraq Qarabağ erməniləri nəhayət ərazidən çıxarılır.
Ermənistan Tavuş və Ararat vilayətində yerləşən bir sıra kəndləri Azərbaycana təhvil verir. Belə bir şey olsa, Ermənistandan təxminən 7 kilometr uzaqda olan və bütün tərəflərdən Azərbaycanla əhatələnmiş Artsvaşendə heç bir erməni insan məskunlaşmayacaq. Yəni biz güzəşt qarşılığında heç bir şey almırıq. Ermənistan geosiyasi çəkisindən məhrum olur, 5 illik perspektivdə son olaraq Zəngəzuru itirir və Azərbaycanla Türkiyənin koloniyasına çevrilir”. Xankəndidəki separatçı “parlamentin” keçmiş “deputatı” Arzik Mkitaryan isə mövcud vəziyyəti belə təsvir edir: “Ermənistan-Azərbaycan sərhədləri gündəmdə olduğu vaxt Qarabağ məsələsindən söhbət gedə bilməz, Bakı bu ərazilərin Azərbaycana məxsus olduğunu davamlı olaraq söyləyir, Ermənistandan isə heç bir reaksiya görmürük. Bu gün Qarabağın sərhədləri yoxdur, Azərbaycanın hərbi karvanı Qarabağdan keçib Kəlbəcərə gəlir, erməni əhalinin gözləri önündən keçib Şuşaya yük daşıyırlar. Bu onu təsdiqləyir ki, artıq Qarabağda bizim sərhədimiz yoxdur. Ermənistanda da artıq bizim gələcəyimiz gündəmdə deyil. Orada əhali problemlər içindədir və heç kim kömək etmir”.

Nahid SALAYEV

 

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Prezident İlham Əliyev: "Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq"

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü... - FOTO

02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"

02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik" - Hikmət Hacıyev

02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır" - Prezident

02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"

02.10.2026 / 10:55
"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır" - Prezident

02.10.2026 / 10:51
Prezident: "Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın"

02.10.2026 / 10:49
Prezidentin köməkçisi: "Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir"

02.10.2026 / 10:45
"Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:42
"Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər" - Hikmət Hacıyev

02.10.2026 / 10:40
Prezident: "Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi"

02.10.2026 / 10:35
"Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:28
Prezident: "İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir"

02.10.2026 / 10:24
"Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir" - Prezident

02.10.2026 / 10:21
Merz Tokayevin Putini tərifləməsinə kəskin reaksiya verdi

02.10.2026 / 10:02
"Azərbaycan-Ermənistan sülhünün praktikada gerçəkləşdirilməsini təmin etmək lazımdır" - Hikmət Hacıyev

02.10.2026 / 09:50
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxış etdi - FOTO/YENİLƏNDİ

02.10.2026 / 07:46
Tramp üçüncü impiçment olayına hazırlaşır - Oklahomada tərəfdarlarına çağırış etdi

02.10.2026 / 07:35
Napoleon Bonapartın generalına göndərdiyi şifrəli məktub deşifrə edildi - 217 il sonra…

02.10.2026 / 07:30
Zəfər xronikası - 2 oktyabr 2020-ci il: Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib - FOTO

02.10.2026 / 07:25
ABŞ Səudiyyədəki neft-qaz obyektlərini “Patriot”la qoruyacaq

02.10.2026 / 07:01
Putinin ömrünü uzadan layihəyə 216 milyon büdcə vəsaiti ayrıldı - digər səhiyyə xərcləri 17 faizin altında…

02.10.2026 / 06:51
Pentaqon Yaxın Şərqə 3-cü aviadaşıyıcı zərbə qrupunu göndərir

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi - Rusiya oyuna sürüklənib?..

01.10.2026 / 20:39
Bakı – İrəvan sülhü yolunda son maneə BMT kürsüsündə səsləndirildi...

01.10.2026 / 20:24
Dubay-Təl-Əviv təyyarəsinə tələsik “islam terroru” damğası vuruldu... Uydurma olmaya...

01.10.2026 / 20:10
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olunacaq...

01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur... "ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...

01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

01.10.2026 / 19:23
Hərbi hissəni özbaşına tərk etmiş Azərbaycan hərbçisi Ermənistan ərazisində saxlanılıb

01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi

01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" - Hikmət Hacıyev

01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...

01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir

01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...

01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ