Cümə günü, 02 oktyabr 2026
     

Əliyevin 27 sentyabrdan başlamış informasiya siyasətinin müstəsna nəticəsi...

Image


44 günlük Vətən müharibəsi dövründə Prezident İlham Əliyevin beynəlxalq media ilə sıx təması, onları maraqlandıran suallara dolğun, məntiqli cavablar verməsi bütün dünyada hələ də müzakirə edilir.

Həm müharibə, həm də hazırkı postmüharibə dövründə Prezident İlham Əliyev yeni informasiya strategiyası ortaya qoydu. Prezident İlham Əliyevin  informasiya strategiyasının Ermənistan və erməni lobbisinin, Azərbaycanı istəməyən xarici qüvvələrin tərksilah edilməsində mühüm rol oynadığı gizlin deyil. Məhz ölkə başçımızın dəmir məntiqi, əsaslandırılmış fikirləri, tam reallığı əks etdirən müsahibələri nəticəsində Ermənistan və xaricdəki erməni lobbisinin dizləri qırıldı. Elə onlara havadarlıq edənlər də Əliyevin informasiya siyasəti qarşısında aciz qaldılar.

  • “Bu müsahibələrdə erməni təbliğatının yüz il boyu ortalığa qoyduğu ideoloji əsasları darmadağın edə bilir”

Azərbaycan Mətbuat Şurasının sədr müavini, tanınmış media eksperti Müşfiq Ələsgərli baki-xeber.com-a bildirdi ki, Prezidentin 27 sentyabrdan başlamış informasiya siyasətinin nəticələri bütün uğurları ilə göz qabağındadır. “Ermənilər və erməni şəbəkəsi son yüz il boyunca Azərbaycana, Türk dünyasına qarşı mütəşəkkil siyasət aparıblar. Bura torpaqların işğal olunması, Türk dünyasının çökdürülməsi, eyni zamanda, bu məsələdə informasiya təxribatının və informasiya savaşının aparılması daxil olub. Nə qədər acı olsa da, etiraf etməliyik ki, dünya miqyasında müəyyən uğurlar da qazana biliblər. Azərbaycan da daxil olmaqla, Türk dünyasına qarşı bəzən neqativ rəy formalaşdırmaq sahəsində müəyyən “nailiyyət”ləri də olub. Amma Azərbaycan apardığı informasiya siyasətində və son bir il müddətində informasiya mübarizəsi ilə ermənilərin yüz il boyu apardığı o informasiya savaşına bərabər olacaq səviyyədə bir adekvat cavab qoya bilib ortaya. Bu cavab tədbirlərinin mühüm tərkib hissələrindən biri cənab Prezidentin özünün çıxışlarıdır. Diqqət yetirsək görərik ki, son bir il müddətində, xüsusən də 44 günlük İkinci Qarabağ müharibəsində və postmüharibə dövründə cənab Prezident beynəlxalq transmilli media quruluşlarına müsahibələr verib, eyni zamanda da yerli KİV ilə çox sıx şəkildə təmasdadır, çox intensiv şəkildə açıqlamalar, müsahibələr verir və bu müsahibələrdə erməni təbliğatının yüz il boyu ortalığa qoyduğu ideoloji əsasları darmadağın edə bilir. Diqqətçəkən məqamlardan biri də odur ki, cənab Prezident təkcə ənənəvi media ilə işləmir, həm də sosial şəbəkələrin imkanlarından ciddi şəkildə istifadə edir. Cənab Prezidentin həm “ Twitter”, həm "Facebook" üzərində, həm də digər sosial şəbəkələr üzərində olan hesabları gün ərzində bir neçə dəfə yenilənir və əhəmiyyətli informasiyalar operativ olaraq bütün oxuculara çatdırılır. Cənab Prezidentin “Twitter” hesabı 44 günlük müharibədən başlayaraq Azərbaycanda, eyni zamanda da Ermənistanda ciddi izlənilməklə, mühüm bir brendə çevrilməklə yanaşı, eyni dünya informasiya vasitələri üçün mühüm bir informasiya qaynağına çevrilir və onun “Twitter” hesabında paylaşdığı paylaşımlar, mesajlar çox ciddi şəkildə diqqətə alınır və ciddi reaksiyalarla müşahidə olunur. Aparılan informasiya siyasətində bir element də hiss olunur ki, cənab Prezident ən modern texnologiyalardan istifadə edir. Bu da ondan ibarətdir ki, cənab Prezident media siyasətini yaxşı bilir və özünün çıxışlarında data jurnalistikanın prinsiplərinə istinad edir. Bu da ondan ibarətdir ki, cənab Prezident öz çıxışlarında data jurnalistikanın prinsiplərini tətbiq edir. Qısa, lakonik, təsirli, statistika ilə dolu müsahibələr verir. Siz fikir verirsinizsə, cənab Prezident öz çıxışlarında Ermənistana qarşı məsələlərdə məhz data jurnalistikanın prinsiplərindən istifadə etdi və Ermənistanın yalançı, riyakar olduğunu arqumentlərlə, statistik məlumatlarla sübuta yetirmiş oldu.

Sizə bir media eksperti kimi deyirəm ki, hazırda dünya media məkanında bu xüsusiyyətə çox ciddi şəkildə önəm verilir. Artıq dünya informasiya şəbəkəsi uzun-uzadı müsahibələrlə, çıxışlarla deyil, qısa, lakonik, tutarlı arqumentlərlə, statistikalarla dolu olan çıxışlara diqqət yetirir. Bu baxımdan cənab Prezidentin öz çıxışlarında bu prinsipi tətbiq etməsi həm onun özünə, həm də Azərbaycanın təbliğatına, Azərbaycanın haqq səsinin çatdırılmasına çox ciddi şəkildə müsbətlər gətirir.  Nümunə üçün bir neçə məsələ deyim, biz dünya mediasını izləsək görərik ki, cənab Prezidentin verdiyi müsahibələrdə səsləndirdiyi fikirlər, eyni zamanda, onun “Twitter” hesabında paylaşdığı fikirlər anındaca reaksiya doğurur və bu reaksiya təkcə Azərbaycanda, Ermənistanda deyil, dünyanın əksər siyasi mərkəzində dərhal reaksiya yaradır”.

M.Ələsgərlinin sözlərinə görə, erməni şəbəkəsi nə qədər buna neqativ reaksiya versə də, Prezidentin çıxışlarındakı arqumentləri özlərinə məxsus səviyyədə zərərsizləşdirməyə çalışsalar da, yenə də əks-effekt alınır: “Cənab Prezidentin mesajları dünyada çox ciddi şəkildə qəbul olunur və erməni ideologiyasının dağıdılmasında mühüm rol oynayır. Biz buna çoxsaylı misal göstərə bilərik. Mənim sevə-sevə təkrarladığım bir misal var. 44 günlük müharibə dövründə və ondan sonra biz Ermənistan liderləri ilə, xüsusi olaraq indiki müvəqqəti baş nazir Paşinyanla, Ermənistan prezidenti Sarkisyanla ayrı-ayrı transmilli  KİV-in götürdüyü müsahibələrə baxsaq görərik ki, o müsahibələrin əksər hissəsi Prezidentin Ermənistana və erməni şəbəkəsinə, Ermənistan liderlərinə qarşı səsləndirdiyi fikirlərdən ibarətdir. Konkret olaraq CNN-in aparıcısı Kristina Amanpurun Paşinyanla müsahibəsini qeyd edə bilərəm. O müsahibə büsbütün İlham Əliyevin gündəmə gətirdiyi tezislərdən ibarətdir. CNN-in aparıcısı bütün suallarını İlham Əliyevin səsləndirdiyi tezislər üzərində qurmuşdu. Biz bu cür misalların sayını çoxalda bilərik, yüzlərlə misal çəkə bilərik. Bütün bunlar onu göstərir ki, dünyanın ən böyük media şirkətləri, siyasi mərkəzləri Prezident İlham Əliyevi diqqətlə izləyirlər və onun səsləndirdiyi mesajları ciddi qəbul edirlər. Bir daha vurğulayıram, çünki cənab Prezidentin fikirləri əsaslıdır, fikirlərini arqumentlərlə, statistik məlumatlarla zənginləşdirir, ən mühüm cəhət ondan ibarətdir ki, Prezidentin çıxışlarında, müsahibələrində sülhpərvərlik, humanizm prinsipləri var. Cənab Prezidentin çıxışlarına baxsaq görərik ki, burada, birmənalı şəkildə, Cənubi Qafqazda sülhün yaradılmasından, abadlaşdırma, insanların rifah halının yüksəldilməsindən söhbət gedir. Əgər İlham Əliyevin təklifləri Ermənistan tərəfindən də qəbul edilərsə, nəinki Azərbaycanda və Ermənistanda, bütün Cənubi Qafqazda çox ciddi şəkildə sosial-iqtisadi inkişaf əldə oluna bilər”.

Prezident İlham Əliyevin öz çıxışlarında sülhpərvər mesajlar verdiyini bir daha vurğulayan M.Ələsgərlinin sözlərinə görə, bu, erməni təbliğatının mahiyyətini öldürür və dünyada Azərbaycana rəğbət qazandırır. “Biz son olaraq iki gün əvvəl Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən videoformatda keçirilən “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı müzakirələrə baxsaq və orada iştirak edən şəxslərin sonradan paylaşdıqları fikirlərə, mesajlara, sosial şəbəkələrdəki çıxışlarına diqqət yetirsək görərik ki, bu çıxışların hər birində Prezident İlham Əliyevin nitqinə heyranlıq nümayiş etdirilir, onun dəstəklənməsinə yönəlik fikirlər paylaşılır və bu adamlar dünyada aparıcı siyasi şəxslərdirlər, onların mesajları hər kəs tərəfindən ciddiyə alınır. Ümumiləşdirib deyə bilərik ki, cənab Prezident istər Azərbaycanın reallığının dünyaya çatdırılması, istərsə də ermənilərin şəbəkəsinin yalançı təbliğatının ifşa olunması üçün yeni bir informasiya strategiyası ortaya qoyub. Prezidentin bu informasiya strategiyası həm texnoloji, həm də ideya baxımından tamamilə moderndir, innovativ əsaslar üzərində qurulub və çox ciddi şəkildə effekt verməkdədir. Yəni bu məsələlərin hamısını biz cəm şəklində cənab Prezidentin yeni media strategiyası kimi qiymətləndirə bilərik” - deyə M.Ələsgərli qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Prezident İlham Əliyev: "Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq"

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü... - FOTO

02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"

02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik" - Hikmət Hacıyev

02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır" - Prezident

02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"

02.10.2026 / 10:55
"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır" - Prezident

02.10.2026 / 10:51
Prezident: "Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın"

02.10.2026 / 10:49
Prezidentin köməkçisi: "Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir"

02.10.2026 / 10:45
"Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:42
"Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər" - Hikmət Hacıyev

02.10.2026 / 10:40
Prezident: "Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi"

02.10.2026 / 10:35
"Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:28
Prezident: "İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir"

02.10.2026 / 10:24
"Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir" - Prezident

02.10.2026 / 10:21
Merz Tokayevin Putini tərifləməsinə kəskin reaksiya verdi

02.10.2026 / 10:02
"Azərbaycan-Ermənistan sülhünün praktikada gerçəkləşdirilməsini təmin etmək lazımdır" - Hikmət Hacıyev

02.10.2026 / 09:50
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxış etdi - FOTO/YENİLƏNDİ

02.10.2026 / 07:46
Tramp üçüncü impiçment olayına hazırlaşır - Oklahomada tərəfdarlarına çağırış etdi

02.10.2026 / 07:35
Napoleon Bonapartın generalına göndərdiyi şifrəli məktub deşifrə edildi - 217 il sonra…

02.10.2026 / 07:30
Zəfər xronikası - 2 oktyabr 2020-ci il: Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib - FOTO

02.10.2026 / 07:25
ABŞ Səudiyyədəki neft-qaz obyektlərini “Patriot”la qoruyacaq

02.10.2026 / 07:01
Putinin ömrünü uzadan layihəyə 216 milyon büdcə vəsaiti ayrıldı - digər səhiyyə xərcləri 17 faizin altında…

02.10.2026 / 06:51
Pentaqon Yaxın Şərqə 3-cü aviadaşıyıcı zərbə qrupunu göndərir

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi - Rusiya oyuna sürüklənib?..

01.10.2026 / 20:39
Bakı – İrəvan sülhü yolunda son maneə BMT kürsüsündə səsləndirildi...

01.10.2026 / 20:24
Dubay-Təl-Əviv təyyarəsinə tələsik “islam terroru” damğası vuruldu... Uydurma olmaya...

01.10.2026 / 20:10
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olunacaq...

01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur... "ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...

01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

01.10.2026 / 19:23
Hərbi hissəni özbaşına tərk etmiş Azərbaycan hərbçisi Ermənistan ərazisində saxlanılıb

01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi

01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" - Hikmət Hacıyev

01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...

01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir

01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...

01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ