Cümə günü, 02 oktyabr 2026
     

Avropa Parlamenti Azərbaycana qarşı ikili standartlar əsirliyindən yenə xilas ola bilmədi...

Image


Avropa Parlamenti Azərbaycana qarşı ikili standartlar siyasətindən hələ də xilas ola bilmədiyini növbəti dəfə təsdiqləmiş oldu. Bunu Avropa Parlamentində “Ermənistan və Azərbaycan arasında sonuncu münaqişədən sonra hərbi əsirlər” adlı qətnamənin qəbul edilməsi də tam təsdiqlədi.

Qətnamə mətni tamamilə absurd iddialardan, erməni mənbələrindən alınmış birtərəfli məlumatlardan ibarətdir. Milli Məclisin sədri Sahibə Qafarova məhz bu fonda qeyd edir ki, bu qətnamədə irəli sürülən iddialar qətiyyən reallığı əks etdirmir: "Avropa Parlamenti bir milyondan çox məcburi köçkünün taleyinə səssiz qalırdı. Sözügedən qətnamə də bizim üçün heç bir əhəmiyyət kəsb etmir. Sadəcə olaraq bir kağız parçasıdır”. Sənədi qəbul edənlərin əksəriyyəti ermənipərəst mövqedə olanlardır. Anti-Azərbaycan xarakterli əvvəlki sənədlər kimi, Avropa Parlamentinin bu qətnaməsi də tarixin arxivindən başqa bir yerə yaramır. Burada ikili standartlar da özünü qabarıq büruzə verir.

Rəsmi Bakı dəfələrlə bəyan edib ki, üçtərəfli bəyanatda nəzərdə tutulduğu kimi və beynəlxalq humanitar hüquqa əsasən üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq, Azərbaycan hərbi əsir statusu olan bütün erməniləri sərbəst buraxıb və geri qaytarıb. Hazırda ölkəmizdə bütün hərbi əməliyyatların dayandırılmasını nəzərdə tutan 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın imzalanmasından bir neçə həftə sonra Azərbaycan ərazisinə qanunsuz göndərilən erməni təxribatçıları həbsdə saxlanılır. Azərbaycanın topladığı məlumat və dəlillərə əsasən, noyabr ayının son 10 günündə döyüş əməliyyatları bitdikdən sonra Ermənistanın Şirak bölgəsindən 60 nəfərdən çox şəxs Azərbaycan ərazilərinə göndərilib. Bu dəstə 2020-ci ilin noyabr ayının sonu və dekabr ayı da daxil olmaqla, Azərbaycan mülki şəxslərinə və hərbi qulluqçularına qarşı terror hücumları həyata keçirərək 4 azərbaycanlı hərbçini və bir mülki şəxsi qətlə yetirib. Azərbaycan bu erməni diversantları beynəlxalq hüquqa uyğun olaraq qanuni əsasda həbsdə saxlayır, onlar Azərbaycan qanunvericiliyinə uyğun olaraq, törədilmiş qətl, təxribat və digər cinayətlərə görə mühakimə olunurlar. Qanunlara uyğun olaraq Azərbaycan 44 gün davam edən Vətən müharibəsindən sonra tutulan bütün şəxslərlə bağlı onlara qarşı olan dəlilləri qiymətləndirməklə ətraflı araşdırma aparır. 4 may 2021-ci ildə ölkəmiz, humanitar addım qismində, saxlanılan şəxslərdən 3-nü ittihamlar irəli sürmədən Ermənistana qaytarıb. Bir neçə nəfərin işi isə baxılması üçün məhkəməyə göndərilib. Amma Avropa Parlamenti, nədənsə, bunları nəzərə almaq istəmir. 44 gün davam edən Vətən müharibəsində tarixi qələbə qazanan Azərbaycan ərazilərini işğaldan azad etdikdən sonra münaqişə səhifəsini birdəfəlik qapatmağa və Ermənistanla bölgədə sülh, təhlükəsizlik şəraitində yaşamağa, regional əməkdaşlığı bərpa etməyə hazır olduğunu bildirib. Amma Ermənistan ölkəmizin əməkdaşlıq çağırışlarına reaksiya verməyərək beynəlxalq miqyasda Azərbaycana qarşı qarayaxma kampaniyası aparır. Təəssüf ki, Avropa Parlamenti də Ermənistanın, erməni lobbisinin bu məsələdə əlində alət olmaqda davam edir və bununla öz nüfuzuna ciddi zərbə vurur.

Avropa Parlamentinin ikili standartlardan çıxış etməsi Ermənistanın Azərbaycanın maddi və mədəni irsinə dağıdıcı münasibətinə seyrçi qalması fonunda da özünü qabarıq büruzə verir. İşğal dönəmində bölgədə Ermənistan tərəfinin apardığı qanunsuz fəaliyyət nəticəsində bütün tarixi, mədəni və dini irs, demək olar ki, məhv edilib. Bu abidələrin dağıdılması, talan edilməsi, mənşəyinin dəyişdirilməsi ilə bağlı hərbi cinayətlərə bərabər fəaliyyət həyata keçirilib. Lakin buna görə Avropa Parlamenti tərəfindən Ermənistana hansısa irad tutulmayıb. Vətən müharibəsinin başa çatmasından 6 ay keçsə də, indiyə kimi Ermənistan hərbi cinayətini davam etdirərək, minalanmış ərazilərin xəritəsini ölkəmizə vermək istəmir. Bunun nəticəsində həm mülki şəxslər, həm də hərbçilər həlak olur. Lakin Avropa Parlamenti bununla bağlı Ermənistanı ittiham etmək, ona təzyiq göstərmək əvəzinə Azərbaycana qarşı açıq qərəz sərgilyir. Avropa Parlamenti hələ də nəzərə almaq istəmir ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata və beynəlxalq humanitar hüquqa əsasən üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq, Azərbaycan hərbi əsir statusu olan bütün ermənilərin hamısını geri qaytarıb. Maraqlıdır ki, Avropa Parlamenti Azərbaycana qarşı absurd iddialar və tələblər səsləndirdiyi halda, Avropa İttifaqı Azərbaycanla əlaqələrini daha da möhkəmləndirməkdə və strateji münasibətlər səviyyəsinə yüksəltməkdə maraqlı və israrlı olduğunu bəyan edir. Əslində bunun Avropa Parlamenti tərəfindən də nəzərə alınması vacibdir. Azərbaycan inteqrasiyaya, regional əməkdaşlığa və təhlükəsizliyin təmininə dəstək verən layihələrin reallaşmasına xüsusi töhfələr verir. Təkcə regionun deyil, bütövlükdə Qərbin enerji təhlükəsizliyinin təminində ciddi əməyi olan da Azərbaycandır. Bunlar o deməkdir ki, bu ölkə Qərblə əməkdaşlığa açıqdır, geosiyasi aspektdə heç bir təhlükə yaratmır, əksinə, bu istiqamətdə müsbət addımlar atır. Bu halda isə Avropa Parlamenti qərəzli sənədlər qəbul etməklə Avropanın özünə zərbə vurur.

Samirə SƏFƏROVA

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Prezident İlham Əliyev: "Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq"

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü... - FOTO

02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"

02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik" - Hikmət Hacıyev

02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır" - Prezident

02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"

02.10.2026 / 10:55
"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır" - Prezident

02.10.2026 / 10:51
Prezident: "Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın"

02.10.2026 / 10:49
Prezidentin köməkçisi: "Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir"

02.10.2026 / 10:45
"Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:42
"Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər" - Hikmət Hacıyev

02.10.2026 / 10:40
Prezident: "Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi"

02.10.2026 / 10:35
"Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:28
Prezident: "İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir"

02.10.2026 / 10:24
"Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir" - Prezident

02.10.2026 / 10:21
Merz Tokayevin Putini tərifləməsinə kəskin reaksiya verdi

02.10.2026 / 10:02
"Azərbaycan-Ermənistan sülhünün praktikada gerçəkləşdirilməsini təmin etmək lazımdır" - Hikmət Hacıyev

02.10.2026 / 09:50
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxış etdi - FOTO/YENİLƏNDİ

02.10.2026 / 07:46
Tramp üçüncü impiçment olayına hazırlaşır - Oklahomada tərəfdarlarına çağırış etdi

02.10.2026 / 07:35
Napoleon Bonapartın generalına göndərdiyi şifrəli məktub deşifrə edildi - 217 il sonra…

02.10.2026 / 07:30
Zəfər xronikası - 2 oktyabr 2020-ci il: Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib - FOTO

02.10.2026 / 07:25
ABŞ Səudiyyədəki neft-qaz obyektlərini “Patriot”la qoruyacaq

02.10.2026 / 07:01
Putinin ömrünü uzadan layihəyə 216 milyon büdcə vəsaiti ayrıldı - digər səhiyyə xərcləri 17 faizin altında…

02.10.2026 / 06:51
Pentaqon Yaxın Şərqə 3-cü aviadaşıyıcı zərbə qrupunu göndərir

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi - Rusiya oyuna sürüklənib?..

01.10.2026 / 20:39
Bakı – İrəvan sülhü yolunda son maneə BMT kürsüsündə səsləndirildi...

01.10.2026 / 20:24
Dubay-Təl-Əviv təyyarəsinə tələsik “islam terroru” damğası vuruldu... Uydurma olmaya...

01.10.2026 / 20:10
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olunacaq...

01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur... "ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...

01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

01.10.2026 / 19:23
Hərbi hissəni özbaşına tərk etmiş Azərbaycan hərbçisi Ermənistan ərazisində saxlanılıb

01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi

01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" - Hikmət Hacıyev

01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...

01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir

01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...

01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ