Cümə günü, 02 oktyabr 2026
     

ABŞ-İran münasibətlərinin düzəlməsi Azərbaycana yeni mühüm dividendlər qazandıracaq

Image


ABŞ və İran arasında mövcud olan gərginlik yenidən özünün yumşalma mərhələsinə qədəm qoyub. Belə görünür ki, ABŞ İrana qarşı tətbiq etdiyi sanksiyaları müəyyən qədər yumşaltmaq qərarına gəlib. İş o yerə çatıb ki, uzun illərdən sonra ilk dəfə olaraq İranın yüksək səviyyəli diplomatı ilə ABŞ senatoru arasında müzakirə aparılıb.

Məlumatlara görə, İranın BMT yanındakı daimi nümayəndəsi Məcid Təxtirəvanc ilə senator Kris Merfi arasında videokonfrans formatında görüş keçirilib. Görüşdə İrana qarşı tətbiq edilən iqtisadi sanksiyaların aradan qaldırılması məsələləri müzakirə edilib. Bildirilib ki, sanksiyalar xalqın sosial vəziyyətini ağırlaşdırır, ona görə də Vyana danışıqlarında sanksiyaların ləğvi istiqamətində müsbət nəticə əldə etmək lazımdır. Xatırladaq ki, Vyanada Avropa İttifaqı, Çin, Rusiya, Almaniya, Böyük Britaniya nümayəndələri ilə danışıqlar aparan İranın xarici işlər nazirinin müavini Abbas Ərakçının və prezident Həsən Ruhaninin bəyanatları danışıqların konstruktiv şəkildə keçdiyini və sanksiyaların ləğvinin gözlənilən olduğunu deməyə əsas verir. Xatırladaq ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp ölkəsini 2015-ci il sazişindən birtərəfli qaydada çıxardıqdan sonra Tehran üzərinə ABŞ sanksiyaları bərpa olunub. Lakin ABŞ-ın yeni prezidenti Co Bayden ABŞ-ı bu sazişə qaytarmaq istədiyini bildirib. Məsələ ilə bağlı İran prezidenti Həsən Ruhani qeyd edib ki, ölkəsi üzərindən ağır sanksiyaların qaldırılmasına yol açmalı olan danışıqlarda mümkün razılaşmanın hüdudları məlum olub. Ruhani ölkənin Neft Nazirliyində keçirilən tədbirdə bəyan edib ki, Avstriya paytaxtında davam edən danışıqlarda böyük addım atılıb və əsas razılaşma əldə olunub. O bidlirib ki, bu razılaşma İranın neft, gəmiçilik, sığorta və maliyyə sistemi üzərindəki ağır ABŞ sanksiyalarının qaldırılması ilə nəticələnməlidir. İran prezidentinin dediyinə görə, diplomatlar yekun razılaşmanın əldə olunmasından əvvəl hazırda “xırda məsələləri” müzakirə edirlər. Vyanada keçirilən danışıqlara sədrlik edən Avropa İttifaqının səfiri Enrik Mora bildirib ki, yekun razılaşmanın artıq uzaqda olmadığından xeyli əmindir. Başqa Avropa diplomatları da gələcək razılaşmanın cizgilərinin görünməyə başladığını, amma uğura indidən təminat verməyin mümkün olmadığını deyir. Çinin danışıqlardakı nümayəndəsi Vanq Qun da bildirir ki, razılaşma əldə edilməsinə hələ bir qədər məsafə qalır. Rusiya diplomatı Mixail Ulyanovsa sazişin əlçatan olduğunu bildirib. Onun sözlərinə görə, diplomatlar danışıqların gələn həftə davam etdirilməsi barədə razılığa gəlib. Şərhçilər bildirir ki, İranda iyunun 18-də keçiriləcək prezident seçkisində mötədil Ruhanını kimin əvəz edəcəyi həm də bu danışıqların nəticəsindən asılı olacaq.

Irana qarşı ABŞ sanksiyalarının dayandırılması bu ölkə iqtisadiyyatına, şübhəsiz ki, müsbət təsir edəcək. Bu isə bəzi parametrlər baxımından Azərbaycan üçün də əhəmiyyətlidir. Bu haqda danımazdan öncə qeyd edək ki, İran üçün hazırda prioritet məsələlərdən biri Azərbaycan üzərindən MDB məkanına ixrac məhsullarının həcmini artırmaqdır. İranın Gömrük İdarəsinin baş direktoru Mehdi Mirəşrəfi qeyd edir ki, ölkəsinin Avrasiya İqtisadi İttifaqına (Aİİ) daxil olan dövlətlərlə 2020-ci ildəki ticarət dövriyyəsinin həcmi 3 milyard 407 milyon dollara çatıb. O bildirib ki, əvvəlki illə müqayisədə ixracın həcmində 31, idxalın həcmində isə 69 faiz artım müşahidə edilib. Məsələnin mahiyyəti ondan ibarətdir ki, Aİİ-yə daxil olan dövlətlərdən Rusiya və Belarusla İranın ixrac-idxal əməliyyatları Azərbaycan üzərindən həyata keçirilir. Bu ölkələrə ixrac və idxal olunan mallar Azərbaycan üzərindən daşınır.

İranın Gilan, Mazandaran və Ərdəbil vilayətlərində fəaliyyət göstərən ixracyönümlü müəssisələr məhsullarını Astara gömrük məntəqəsindən dünya bazarına çıxarır. İran Astarası ilə Azərbaycan Astarası arasındakı gömrük məntəqəsi hər iki dövlət üçün əhəmiyyətlidir. Buradan yalnız fərdi sahibkarların deyil, eləcə də iri şirkətlərin yükləri daşınır. İranın digər vilayətlərindən də Rusiya və Belarusa göndərilən məhsullar Astara gömrüyündən keçərək ixrac edilir. Lakin avtomobillərlə daşınan yüklərin həcmi az olur. Bu baxımdan “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin əsas seqmentinlərdən biri olan dəmir yolu daha optimal və sərfəlidir. Söhbət Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu xəttindən gedir. Bu yolun Qəzvin-Rəşt hissəsi hazırdır. Rəşt-Astara hissəsində isə işlər davam edir.

İran tərəfi sanksiyalarla üzləşdiyi üçün inşaat işləri ləng həyata keçirilir. Lakin artıq İranla ABŞ arasında tədricən dialoq bərpa edilir. Vyanada aparılan danışıqlar və rəsmi şəxslərin verdikləri bəyanatlar da bunu deməyə əsas verir. Bundan başqa, ABŞ İranın mühüm limanlarından olan Çabahar limanını da sanksiyalar siyahısına salmayıb ki, bu da Cənub-Şərqi Asiya ölkələri ilə Rusiya və Avropa arasındakı nəqliyyat əlaqəsinin yaranmasına imkan yaradıb. İstər Oman dənizi sahilindəki Çabahar, istərsə də Fars körfəzi sahilindəki Bəndər-Abbas limanına daxil olan yüklər istənilən halda “Şimal-Cənub” dəhlizinə daxil olan Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu ilə Avropaya daşınacaq. Tranzit olaraq yüklərin Azərbaycan üzərindən daşınması ölkəmizə valyuta axınını təmin edəcək. Bununla yanaşı, bu yol Azərbaycanla İran arasındakı iqtisadi əlaqələrin inkişafına stimul verəcək. Yuxarıda qeyd edildiyi kimi, İranın yalnız sərhədyanı regionları ilə deyil, digər vilayətləri ilə də iqtisadi-ticarət əlaqələri qurulacaq. Beləliklə, tranzit yükdaşımadan başqa, iki qonşu ölkə arasında idxal-ixrac əməliyyatlarının həcmi və dəyəri də artacaq.

İranın Gömrük İdarəsinin baş direktoru M.Mirəşrəfi yalnız İrandan ixrac olunan malların həcmini və dəyərini göstərib. Sözügedən dəmir yolu hazır olduqdan sonra isə tranzit daşımaların da həcmi dəfələrlə artacaq və Azərbaycan üzərindən Avropaya daşınacaq. Bir məqamı da qeyd etmək lazımdır ki, 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımızın azad olması regionda yeni reallıqlar yaradıb. Bu reallığa Zəngəzur dəhlizi də daxildir. Artıq Azərbaycan Prezidenti İlham Əliyev Horadiz-Ağbənd dəmir yolu xəttinin təməlini qoyub və tikinti işləri aparılır. Bu yol Azərbaycanı Türkiyə və Avropa, eləcə də Rusiya ilə Türkiyəni nəqliyyat baxımından birləşdirəcək və yükdaşımalar Azərbaycan üzərindən həyata keçiriləcək. Bütün bu nəqliyyat dəhlizləri Azərbaycana mühüm iqtisadi dividendlər qazandıracaq.

Nahid SALAYEV

 

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Prezident İlham Əliyev: "Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq"

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü... - FOTO

02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"

02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik" - Hikmət Hacıyev

02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır" - Prezident

02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"

02.10.2026 / 10:55
"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır" - Prezident

02.10.2026 / 10:51
Prezident: "Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın"

02.10.2026 / 10:49
Prezidentin köməkçisi: "Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir"

02.10.2026 / 10:45
"Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:42
"Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər" - Hikmət Hacıyev

02.10.2026 / 10:40
Prezident: "Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi"

02.10.2026 / 10:35
"Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:28
Prezident: "İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir"

02.10.2026 / 10:24
"Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir" - Prezident

02.10.2026 / 10:21
Merz Tokayevin Putini tərifləməsinə kəskin reaksiya verdi

02.10.2026 / 10:02
"Azərbaycan-Ermənistan sülhünün praktikada gerçəkləşdirilməsini təmin etmək lazımdır" - Hikmət Hacıyev

02.10.2026 / 09:50
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxış etdi - FOTO/YENİLƏNDİ

02.10.2026 / 07:46
Tramp üçüncü impiçment olayına hazırlaşır - Oklahomada tərəfdarlarına çağırış etdi

02.10.2026 / 07:35
Napoleon Bonapartın generalına göndərdiyi şifrəli məktub deşifrə edildi - 217 il sonra…

02.10.2026 / 07:30
Zəfər xronikası - 2 oktyabr 2020-ci il: Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib - FOTO

02.10.2026 / 07:25
ABŞ Səudiyyədəki neft-qaz obyektlərini “Patriot”la qoruyacaq

02.10.2026 / 07:01
Putinin ömrünü uzadan layihəyə 216 milyon büdcə vəsaiti ayrıldı - digər səhiyyə xərcləri 17 faizin altında…

02.10.2026 / 06:51
Pentaqon Yaxın Şərqə 3-cü aviadaşıyıcı zərbə qrupunu göndərir

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi - Rusiya oyuna sürüklənib?..

01.10.2026 / 20:39
Bakı – İrəvan sülhü yolunda son maneə BMT kürsüsündə səsləndirildi...

01.10.2026 / 20:24
Dubay-Təl-Əviv təyyarəsinə tələsik “islam terroru” damğası vuruldu... Uydurma olmaya...

01.10.2026 / 20:10
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olunacaq...

01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur... "ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...

01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

01.10.2026 / 19:23
Hərbi hissəni özbaşına tərk etmiş Azərbaycan hərbçisi Ermənistan ərazisində saxlanılıb

01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi

01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" - Hikmət Hacıyev

01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...

01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir

01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...

01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ