Bazar günü günü, 04 oktyabr 2026
     

Azərbaycanda yəhudi icması - dünya ölkələrində bütün milli azlıqların həsəd apardığı toplum...

Image


Azərbaycan tarix boyu müxtəlif xalqların azad, sərbəst və heç bir maneə olmadan yaşadığı məmləkətdir. Bu gün ölkəmizdə tarixi ənənəyə söykənən multikulturalizm və tolerantlıq mühiti formalaşıb. Artıq Azərbaycanda yaşayan hər bir xalqın nümayəndəsi özünü azad və sərbəst hiss edir.

Burada yerli vətəndaşlar mehriban, qonaqpərvər, sülhsevər və humanist olduğu üçün digər xalqlar özlərini hərtərəfli ifadə edə bilirlər. Çünki azsaylı xalqların hüquqları hər zaman qorunur və onlara ana dilini, mədəniyyətini, dinini yaşatmaq üçün hər cür şərait yaradılır. Azərbaycanda məskunlaşan belə azsaylı xalqlardan biri də yəhudiləridir. Hazırda ölkəmizdə yəhudilərə məxsus 7 sinaqoq, 2 orta məktəb, kollec və 3 uşaq bağçası fəaliyyət göstərir. Digər ölkələrlə müqayisədə bunlar az göstərici deyil. Yəhudilər, əsasən Azərbaycanın şimalında, Quba rayonunda məskunlaşıblar.

  • Krasnaya Sloboda qəsəbəsi bütün postsovet məkanında dağ yəhudilərinin kompakt yaşadığı yeganə yerdir

Azərbaycanda üç yəhudi icması - dağ yəhudiləri, aşkenazi yəhudiləri və gürcü yəhudiləri icmaları mövcuddur. Dağ yəhudiləri hazırda ölkədəki bütün yəhudi diasporu arasında çoxluq təşkil edir. Onların dili tat dilidir, lakin nitqlərində çoxlu türk, fars və rus sözləri var. Dini əqidələrinə görə dağ yəhudiləri rəbbanilərdir. Onlar Əhdi-ətiqlə yanaşı, Təlmudu və ravvin rəvayətlərini də dinin əsas mənbələri sırasında götürürlər. Dağ yəhudiləri əqidə məsələlərində aşkenazi yəhudilərlə müqayisədə daha ortodoksaldırlar. Ümumiyyətlə, Azərbaycandakı yəhudilər XVIII əsrdən etibarən Polşa və Ukrayna yəhudiləri arasında özünü göstərən xasidilik dini-siyasi axınından, həmçinin reformist yəhudilikdən uzaqdırlar. Bakıda, Oğuzda, Qubada dağ yəhudilərinin bir neçə sinaqoqu fəaliyyət göstərir. Qubadakı Krasnaya Sloboda qəsəbəsi bütün postsovet məkanında dağ yəhudilərinin kompakt yaşadığı yeganə yerdir. Avanın 9-da - matəm orucu günü dünyanın hər yerindən dağ yəhudiləri buraya gəlirlər ki, vacib ibadətləri yerinə yetirsinlər, yaxınlarının qəbirlərini ziyarət etsinlər. Qəsəbədə üç sinaqoq və ayinçilik məqsədilə tikilmiş mikva var.

  • Avropanın  ən böyük sinaqoqu Bakıdadır…

Əşkinazi yəhudilər Avropa yəhudiləridir, əslən orta əsrlər Almaniyasındandırlar. Gürcü yəhudiləri icması sayca kiçik olsa da, fəaldır. 1997-ci ildə "Coynt" yəhudi komitəsinin maliyyə yardımı ilə gürcü yəhudilərinin sinaqoqu bərpa edilib. Azərbaycan müstəqillik əldə etdikdən sonra buradakı yəhudi icmaları daha da fəallaşıb, beynəlxalq yəhudi təşkilatları ilə əlaqələrini möhkəmlədib, öz dini məktəblərini - iyeşivalarını, mədəniyyət mərkəzlərini (məs., Yəhudi icmasının mədəniyyət mərkəzi), cəmiyyətlərini (məs., Həvva qadın cəmiyyəti, Hesed-Herşon xeyriyyə cəmiyyəti), klublarını (məs., Əlef, Kilel gənclər klubları, Mişpaha videoklubu), qəzetlərini (məs., Az-İz, Başnya, Amişav) yaradıblar. Soxnut yəhudi agentliyi, Coynt və Vaad-l-Hetzola yəhudi komitələri Azərbaycandakı yəhudi diasporu arasında yəhudi ənənələrini qoruyub saxlamaq, sinaqoqlara yardım göstərmək və müxtəlif mədəniyyət tədbirləri keçirməklə məşğuldur. 2003-cü il martın 9-da Bakıda yeni yəhudi sinaqoqu açılıb. Bu, Avropada ən böyük sinaqoqdur. 2003-cü ilin sentyabrından Azərbaycanda ilk yəhudi məktəbi fəaliyyət göstərir.

  • 200 il yaşı olan sinaqoq əsaslı təmirdən sonra istifadəyə verilib

Yəhudilik Azərbaycanda tarixən dağ yəhudiləri ilə təmsil olunub. Moisey Kalankatuklu dağ yəhudilərinin Qafqaza gəlişini e.ə. I əsrə aid edir. Tədqiqatçıların bu barədə fikirləri fərqlidir. Onlar sənətkarlıq, ticarət, həkimlik, müəllimlik və s. bu kimi sahələrdə çalışmışlar. Müstəqilliyimizin bərpa olunmasından sonra ölkəmizdə yaşayan milli azlıqların, o cümlədən yəhudilərinin həyatında yeni mərhələ başlayıb. Milli azlıqların hüquq və azadlıqlarının qorunmasına, onların mədəniyyətinin, dilinin inkişafına dövlət səviyyəsində dəstək verilməsi yəhudi icmaları qarşısında yeni imkanlar açıb. İcmalar dövlət qeydiyyatından keçərək sərbəst fəaliyyət göstərir, yeni dini ibadət yerləri, sinaqoqlar tikir, milli mərasim və bayramlarını qeyd edirlər. Quba rayonunda Dağ yəhudilərinin kompakt yaşadığı "Qırmızı Qəsəbə"də yəhudi uşaqları üçün "Şmirat a-Şem" adlı kollec açılıb. Burada yəhudi milli adət və ənənələrini tədris edən israilli müəllimlər çalışır. 2010-cu ilin oktyabr ayında isə bu qəsəbədə Dağ yəhudiləri dini icmasına məxsus 200 il yaşı olan sinaqoq əsaslı təmirdən sonra istifadəyə verilib.

  • Gürcüstan yəhudiləri öz milli-dini bayramlarını maneəsiz qeyd edir

Azərbaycanda fəaliyyət göstərən "Gürcüstan yəhudiləri" isə əski zamanlardan Gürcüstan ərazisində məskunlaşan yəhudi diasporunun nümayəndələridir. Sonrakı dövrlərdə onların bir hissəsi Azərbaycana köçüb və əsasən Bakı şəhərində məskunlaşıblar. Gürcüstan yəhudiləri öz milli-dini bayramlarını maneəsiz qeyd edir, yəhudi uşaqları bərabərhüquqlu Azərbaycan Respublikası vətəndaşları kimi təhsil alırlar. Ölkəmizdə Holokost günü, yəni yəhudilərin II Dünya müharibəsi zamanı faşizm rejimi tərəfindən soyqırımına məruz qalması günü də qeyd olunur. Digər yəhudi icması olan Avropa yəhudilərinin (aşkenazilərin) Azərbaycana gəlişi əsasən XIX əsrin ikinci yarısında Bakıda neft sənayesinin yüksək inkişafı dövrünə təsadüf edir. Bakıya gələn ziyalı Avropa yəhudiləri içərisində memarlar, müəllimlər, həkimlər, vəkillər və s. ixtisas nümayəndələri var idi.

  • Azərbaycanda yaşayan yəhudilərin çoxu respublikanın siyasi, iqtisadi, sosial, mədəni həyatında aktiv fəaliyyət göstərir

1897-cı ildə Bakıda təqribən 2500-ə yaxın yəhudi yaşayırdı və onların əksəriyyəti Avropa yəhudiləri idi. 1913-cü ildə isə bu say təqribən on minə çatırdı. Digər yəhudi icmalarında olduğu kimi, 1910-cu ildə Bakıda da sinaqoq inşa edilmiş, bu yer Avropa yəhudilərinin nəinki ibadət yerinə, eyni zamanda təlim-tədris ocağına çevrilmişdi. Şəhərdə "iyeşiva" adlı xüsusi yəhudi məktəbləri də fəaliyyət göstərirdi ki, bu tədris ocaqlarında "Tövrat", "Talmud" və "Mişna" kimi müqəddəs kitablar öyrədilirdi. Yəhudi qızları üçün də xüsusi gimnaziya və məktəblər açılmışdı. Bu gün də Azərbaycan Respublikasında aşkinazilər digər yəhudilərlə birgə, antisemitizmdən uzaq bir mühitdə yaşayırlar. Hazırda Azərbaycan Respublikasında yaşayan yəhudilərin çoxu respublikanın siyasi, iqtisadi, sosial, mədəni həyatında aktiv fəaliyyət göstərir. Bakıda tanınmış yəhudilərin - Nobel mükafatı laureatı, fizik Lev Landaunun, respublikanın əməkdar həkimi Solomon Qusmanın, Qarabağ müharibəsi qəhrəmanı Albert Aqarunovun və başqalarının yaşadıqları binalarda memorial lövhələr mövcuddur.

  • Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində ivrit dili tədris edilir

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində qeydiyyatdan keçmiş yəhudi dini icmaları bunlardır: Avropa Yəhudilərinin Bakı dini icması, Bakı şəhəri Dağ Yəhudiləri dini icması, Gürcüstan Yəhudilərinin Bakı dini icması, Sumqayıt Yəhudiləri dini icması, Quba rayonu Qırmızı qəsəbə Dağ Yəhudiləri dini icması, Azərbaycan Yəhudiləri dini icması, Oğuz şəhəri Yəhudi dini icması, Bakı şəhəri "Yerusəlimin işığı" yəhudi dini icması.

Bundan başqa, Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində ivrit dili tədris edilir. 1990-cı ildə "Azərbaycan-İsrail" mədəni əlaqələr cəmiyyəti təsis edilib, bu cəmiyyət "Az-İz" abbreviaturalı qəzet nəşr etməyə başlayıb. 1992-ci ildən isə Azərbaycan Respublikası və İsrail dövləti arasında diplomatik əlaqələr qurulub. Dini ibadətlərin yüksək səviyyədə yerinə yetirilməsi üçün Avropa yəhudilərinə bütün lazımi şərait yaradılıb.

  • “Hazırda azı 30 min erməni Azərbaycanı öz vətəni hesab edir”

Azərbaycandakı aşkenazilərin baş ravvini Şneor Seqalın İsrailin nüfuzlu “The Jerusalem Post” qəzetində dərc edilmiş “Azərbaycan yəhudiləri Dağlıq Qarabağda “mədəni soyqırımı” qorxusunu əsassız hesab edirlər” adlı məqaləsində maraqlı məqamlar yer alıb. Müəllif qeyd edir ki, bəzi xarici media qurumları tərəfindən qeyd edildiyi kimi, Azərbaycan heç də xristian Ermənistanla dini qarşıdurma yaradan və dözümsüzlük nümayiş etdirən bir müsəlman ölkəsi deyil, əksinə, Azərbaycan dini və mədəni tolerantlığın, eləcə də inklüzivliyin hökm sürdüyü bir məkandır. Ş.Seqal Azərbaycandakı tolerantlıqdan və çoxmədəniyyətlilikdən bəhs edərək, ölkədə müxtəlif mədəniyyətlərin və dinlərin nümayəndələrinin birgə mehriban şəraitdə yaşadıqlarını vurğulayıb. O yazır: “Azərbaycanda üç fərqli yəhudi qrupu var: dağ yəhudiləri, gürcü yəhudiləri və baş ravvini olduğum aşkenaz yəhudiləri. Azərbaycan əhalisi sünni və şiə müsəlmanlarından, xristianlığın müxtəlif qollarından ibarətdir. Hazırda azı 30 min erməni Azərbaycanı öz vətəni hesab edir”.

  • Azərbaycan bunun bariz nümunəsi və əyani sübutudur

Baş ravvin yəhudi icmasının azərbaycanlılarla birlikdə yaşadığını və əməkdaşlıq etdiyini bildirib. O, Azərbaycan hökuməti tərəfindən katolik kilsəsinin inşası üçün torpaq sahəsi ayrıldığı zaman həmin kilsənin tikintisinin maliyyələşdirilməsinə kömək etmək üçün ölkədə yaşayan müsəlmanların və yəhudilərin bir araya gəldiklərini vurğulayır. 2016-cı ildə eyni kilsədə ibadət edən Roma Papası Fransisk Azərbaycandakı müsəlmanlar, xristianlar və yəhudilər arasındakı möhkəm əlaqələrə heyran qaldığını bildirib. O deyib ki, bu yaxşı münasibətlər dinc yanaşı yaşamaq və dünyada sülh üçün böyük əhəmiyyət daşıyır. Azərbaycanda dini tolerantlığın şahidi olduğunu qeyd edən baş ravvin yəhudilərin dini atributları olan kipanı bu ölkədə qürurla geyindiklərini bildirib. O, bir çox Avropa ölkələrində hücum qorxusu ilə əlaqədar bağlı qalan sinaqoqların Azərbaycanda hər zaman açıq olduğunu vurğulayır.

Məqalədə vurğulanıb ki, fərqli mədəniyyətləri və dini irsi qoruyub saxlamaq Azərbaycan dövlətinin əsas prioritetlərindən biridir. Bu ənənə yalnız Azərbaycanın sərhədləri ilə məhdudlaşmır. Azərbaycan mədəniyyətini beynəlxalq miqyasda təbliğ edən Azərbaycan hökuməti dünya miqyasında xristian abidələrinin bərpasına böyük töhfələr verir. Vatikanda Müqəddəs Pyotr kilsəsinin bazilikasındakı barelyefin, Romada Müqəddəs Sebastian katakombalarının, Strasburq kafedralının bərpasının bunun bariz nümunəsi olduğu vurğulanır. Hazırda isə Azərbaycan hökumətinin Dağlıq Qarabağın xristian irsini qoruyub saxlamaq, bərpa etmək üçün UNESCO ilə əməkdaşlıq etdiyi qeyd olunur.

Sonda müəllif yazır ki, bütün bunlara baxmayaraq, mədəni soyqırımı qorxusu davam etməkdədir. Müxtəlif insanlar Qarabağda hərbi əməliyyatların bitməsindən sonra yaranmış xəbər boşluğunu doldurmaq üçün mütləq yazmağa bir şey axtarıb tapırlar. İndi bütün diqqəti bu çoxmədəniyyətli və tolerant bölgədə mövcud olan fərqli irq, mədəniyyət və dinləri bir araya yönəltmək lazımdır. Bu çox çətin bir iş kimi görünə bilər, ancaq mümkündür. Azərbaycan bunun bariz nümunəsi və əyani sübutudur.

Məhəmmədəli QƏRİBLİ

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

04.10.2026 / 08:07
Rusiya Kiyevin ortasındakı ən böyük körpünü vurdu

04.10.2026 / 07:58
Husilər Ər-Riyaddakı neft obyektinə hücum edib

04.10.2026 / 07:38
İsraildə Netanyahuya qarşı dəhşətli ittihamlar başladı - şok detallar açılır…

04.10.2026 / 07:24
Medvedyevdən Ermənistana "yeni Ukrayna"ya çevrilmə xəbərdarlığı - “…ən təhlükəli ssenari”

04.10.2026 / 00:42
Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

03.10.2026 / 22:46
Təyyarəni qaçırmağa çalışan 2-ci pilot daha öncə uçuşlardan kənarlaşdırılıbmış - radikal baxışları üzündən…

03.10.2026 / 20:56
Super güclərə qalib gələn LİDER və XALQ, "namaz qılan düşmənlər", Yeni Milli ideya… Aydın QULİYEV yazır…

03.10.2026 / 19:12
“Flydubai” təyyarəsindəki olayla bağlı yeni detallar ortaya çıxdı - ikinci pilot kapitana balta ilə hücum edib…

03.10.2026 / 18:14
Suverenliyimizi müəyyən edən iki tarixi hadisə – İlham Əliyev tarixi ardıcıllıq qurdu

03.10.2026 / 17:31
Bir vaxtlar yalnız xəritədə adı qalan yaşayış məntəqələrimizdə indi həyat qaynayır… Prezidentin Qurultaydakı çıxışında qürurverici statistika...

03.10.2026 / 16:27
Rusiya Arazdəyəndən Naxçıvan sərhədinə dəmir yolunun çəkilişi üçün Ermənistandan cavab gözləyir...

03.10.2026 / 16:06
DİN-dən genişmiqyaslı əməliyyat - İran vətəndaşı da daxil olmaqla 8 nəfər yaxalandı, 68 kq narkotik ələ keçirildi... - VİDEO

03.10.2026 / 15:15
Faiq Ələkbərlinin Türk fəlsəfəsinə həsr olunmuş əsərinə dair düşüncələrim

03.10.2026 / 15:10
Təcavüz tarixinin təkrar olmaması üçün belə etməliyik - Prezident təyinatı verdi...

03.10.2026 / 14:37
BƏƏ prezidentinin müşaviri “Flydubai” təyyarəsində baş verən hadisəni terror aktı adlandırdı...

03.10.2026 / 14:12
YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03.10.2026 / 13:21
Hərbi büdcəmizin 9 milyarda qalxması təsadüf deyil - Bir anlığa ətrafımıza baxın və nəticə çıxardın...

03.10.2026 / 12:38
Prezident: "Bütün silahları da pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər"

03.10.2026 / 12:25
"Bizim böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır" - Prezident

03.10.2026 / 12:22
Prezident İlham Əliyev: "Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır"

03.10.2026 / 12:15
"Çin və Amerika dünyanın iki supergücüdür, üçüncüsü yoxdur" - Prezident İlham Əliyev

03.10.2026 / 11:42
"Azərbaycan Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir" – XİN

03.10.2026 / 11:08
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib

03.10.2026 / 11:07
Prezident İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

03.10.2026 / 11:06
Prezident İlham Əliyev Almaniya Prezidentini təbrik edib

03.10.2026 / 10:59
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib - FOTO

03.10.2026 / 10:36
Tovuzda evdə baş vermiş yanğın nəticəsində bir qadın öldü...

03.10.2026 / 10:10
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif etdi

03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı - Tramp, BVM və ukraynalı fəal…

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq - Prezident açıqladı...

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü... - FOTO

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ