“Sizi Azərbaycanın əlamətdar tarixi zəfəri, qələbəsi ilə, yenilməz sərkərdə və xilaskar Prezident kimi Azərbaycan xalqını bir yumruq ətrafında birləşdirərək, Qarabağ torpaqlarının işğaldan azad olunması ilə nəticələnən Vətən müharibəsində tarixi, ildırım sürətli qələbəniz münasibəti ilə təbrik etməkdən şərəf duyuram.
Məhz Sizin - Ali Baş Komandanın sarsılmaz iradəsi, Azərbaycan Ordusunun peşəkarlığı, rəşadəti sayəsində cəmi 44 gün ərzində düşmən ordusunun hərbi texnikası və şəxsi heyəti darmadağın edilərək doğma Azərbaycan torpaqları düşməndən azad olundu, Azərbaycanın ərazi bütövlüyü bərpa edildi.
Vətən torpaqlarının işğaldan qurtarılması ilə nəticələnən bu Vətən müharibəsində şəhid olmuş övladlarımıza Allahdan rəhmət, yaralılara şəfa diləyirəm.
Dekabrın 10-da Bakıda, Azadlıq meydanında Azərbaycanın və Türkiyənin prezidentlərinin iştirakı ilə möhtəşəm Zəfər Paradı keçirildi. Siz təkcə düşmənə deyil, hətta bütün dünyaya Türkün əyilməzliyini, vüqarını, həmrəyliyini sübut etdiniz. Bu gün Azərbaycan-Türkiyə həmrəyliyi dostlarımızı sevindirdiyi qədər düşmənlərimizi də məyus etdi.
...Erməni faşistləri tərəfindən işğal olunmuş Qarabağda bütün şəhər və rayon mərkəzləri, qəsəbələr, kəndlər, tarixi abidələr, sosial obyektlər, məscidlər, energetika sistemi, sənaye obyektləri, avtomobil yollarının tamamilə dağıldığını nəzərə alaraq, doğma qardaş Azərbaycanın Qarabağ bölgəsində tikinti və bərpa işlərinin yerinə yetirilməsində şirkətimizin iştirakını özümüzə şərəf hesab edərik.
Bir daha Sizi möhtəşəm Qələbə münasibətilə təbrik edir və ulu Tanrıdan möhkəm cansağlığı arzulayıram”.
Bunu Türkiyə Respublikasının İstanbul şəhərindən “Aksoy Holding” şirkətinin İdarə Heyətinin sədri Erdal Aksoy qeyd edib.
Baki-xeber.com