Bakıdan Milli Məclisin deputatı, Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva da Prezident İlham Əliyevə müraciət ünvanlayıb:
“Siz Azərbaycanımıza 17 illik rəhbərliyinizlə ölkəmizin bütün sahələrdə əldə etdiyi ölçüyəgəlməz uğurlara silinməz imzanızı ataraq qurucu, islahatçı, nüfuzlu Prezident adlarını qazanmısınız. Növbəti yaşınıza isə Azərbaycan xalqı qarşısındakı əvəzsiz və fədakar xidmətlərinizə görə “Xilaskar Prezident”, “Xalq Qəhrəmanı”, “Müzəffər Ali Baş Komandan” adları ilə daxil olursunuz.
... Siz hər bir azərbaycanlının Prezidenti olmağı bacaran Lidersiniz. Siz öz əməllərinizlə hər bir azərbaycanlının qəlbində sevgi, ehtiram, əbədi Liderlik taxtı qurmusunuz. Biz xoşbəxt xalqıq ki, Sizin kimi müdrik, cəsur Prezidentimiz var. 44 günlük Vətən müharibəsində verdiyiniz qətiyyətli qərarlarla, atdığınız uzaqgörən addımlarla, reallığı əks etdirən faktları söyləməklə yenilməz rəhbər olduğunuzu bir daha sübut və nümayiş etdiniz. Bir-birinə bağlı olan bu amillər şanlı Azərbaycan Ordusunun Zəfər qazanmasında, bu Qələbənin dünya birliyinə qəbul etdirilməsində həlledici gücə çevrildi.
Ulu öndər, əbədiyaşar Heydər Əliyevin möhtəşəm əsəri olan, ötən illər ərzində bu əsəri böyük bir sevgi ilə daha da canlandırdığınız, qurub yaratdığınız müasir müstəqil Azərbaycanın xoşbəxtliyi Sizin xoşbəxtliyinizdir. Sizin xoşbəxtliyiniz isə hər bir Azərbaycan vətəndaşının xoşbəxtliyi deməkdir. Bu mənəvi bağlılıqdan qürur duyur və Azərbaycanın işıqlı gələcəyinə inanırıq. Allah Sizi qorusun. Hər zaman var olun! Hər zaman bizimlə olun!”
Baki-xeberc.com