Gəncə şəhərindən şəhid ailəsi Səfixanova Səadət Əli qızı Prezident İlham Əliyevə müraciət ünvanlayıb:
“Mən şəhid ailəsi olaraq illərdən bəri ürəyimizdə qübar bağlamış Qarabağ həsrətinə son qoyduğunuza görə Sizə təşəkkür edirəm.
Siz və şanlı Azərbaycan Ordusu bizim hər birimizə Qələbə sevinci bəxş etdiniz. Biz qürur duyuruq ki, belə güclü bir ölkənin vətəndaşlarıyıq.
Bu gün həm Birinci Qarabağ müharibəsinin, həm Vətən müharibəsinin şəhidlərinin ruhu şaddır.
...Hər zaman Sizin şəhid ailələrinə olan diqqət və qayğınızı hiss edirik. Hər bir problemlərimizlə maraqlanılır və yerində həll edilir. Buna görə də Sizə dərin minnətdarlığımı bildirirəm.
Bu yaxınlarda mənzil şəraitimiz nəzərə alınaraq tam təmirli mənzillə təmin olunduq.
Qələbə sevincimizə bir sevinc də əlavə olundu. Bu sonsuz sevinc hisslərini bizə bəxş etdiyiniz üçün Sizə dərin minnətdarlığımızı bildiririk”.
Baki-xeber.com