“Mən 2020-ci il noyabrın 26-da səhər vaxtı televiziya ilə Sizin və Mehriban xanımın hərbi paltarda Dağlıq Qarabağda, Ağdam şəhərindəki məscidi ziyarət etdiyinizi və Məkkədən gətirdiyiniz Qurani-Kərimi həmin məscidə hədiyyə etdiyinizi izlədim.
Sizin əhvalınızı, torpaqlarınızın kafirlərdən azad edilməsini görüb xoşbəxtlik hissləri keçirdim. Allah Sizdən razı olsun. Siz ən ali keyfiyyətlərə maliksiniz. İnşallah, ümid edirəm ki, Siz cənnəti görənlərdən olacaqsınız.
Mən Sizin üçün, bütün Azərbaycan xalqı üçün ən səmimi dualar edirəm.
Var olun!”
Bu sözləri Prezident İlham Əliyevə məktubunda Özbəkistan Respublikasının Daşkənd şəhərindən Sacdullayev Əhməd yazıb.
Baki-xeber.com