“Uğurlu siyasətiniz 2020-ci il sentyabrın 27-dən başlayan Vətən müharibəsində bir daha özünü sübut etdi. Rəhbərliyiniz altında müzəffər və yenilməz ordumuz cəmi 44 gün çəkən gərgin müharibədə düşmənin 30 il ərzində qurub yaratdığı və keçilməz hesab etdiyi hərbi səthlərini qəhrəmanlıqla yararaq torpaqlarımızı azad etdi və parlaq qələbə qazandı.
Məhz Sizin hərbi-siyasi strategiyanız nəticəsində Azərbaycan xalqı uzun və üzücü illərdən sonra, nəhayət, qalib kimi ərazi bütövlüyünü bərqərar etdi və xalq-iqtidar birliyi sayəsində ədalət zəfər çaldı.
Mən, Qarabağ Müharibəsi iştirakçısı kimi qürurluyam ki, Vətən Müharibəsində mənim iki övladım da torpaqlarımızın azadlığı uğrunda mənfur düşmənə qarşı igidliklə vuruşmuş, kiçik oğlum Əsgərov Taqi qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdır.
Sizin şəhidlərə olan diqqət, qayğınızın təzahürü kimi şəhid oğlumun dəfn mərasimi izdihamla təşkil olunmuş və ailəmiz daim diqqət və qayğı ilə əhatə olunub.
...Mənə və ailə üzvlərimə göstərilən diqqət və qayğıya görə Sizə dərin təşəkkürümü bildirirəm. Müharibə veteranı kimi daim Sizin əmrinizə hazıram.
Ulu Tanrı Sizi qorusun!”
Bu fikirləri Prezident İlham Əliyevə ünvanladığı müraciətdə Gəncə şəhərindən şəhid atası Əsgərov Nizami vurğulayıb.
Baki-xeber.com