“Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunmasında xalqımıza bəxş etdiyiniz Zəfər qələbəsi münasibətilə Sizi təbrik edirəm.
2020-ci ilin son aylarında yaşanan həyəcan, sevinc dolu müjdə, zəfərlə müşahidə olunan anlar məhz Sizin sayənizdə vəhdət tapmışdır.
Sizin liderlik qabiliyyətiniz, yüksək idarəetmə mədəniyyətiniz, intellektinizlə yanaşı, alicənablığınız Azərbaycanın beynəlxalq arenada imicinin artmasına səbəb olmuşdur. Sadalanan amillər xaricdə yaşayan soydaşlarımızın və diaspora fəallarının qürur mənbəyinə çevrilmişdir.
Cəmiyyətimiz adından soyuq qış günündə Sizə isti təbriklər ünvanlamaqla ailə səadəti, xoşbəxtlik və can sağlığı arzulayıram.
Tanrı Sizi və xalqımızı qorusun!”
Bu fikirləri Prezident İlham Əliyevə müraciətində Alman-Azərbaycan Cəmiyyətinin sədri, professor Abdullayev Çingiz qeyd edib.
Baki-xeber.com