“Siz qürur duyduğumuz, fəxr etdiyimiz, xalqımızın nicat yolunu tapan Prezidentimizsiniz. 44 günlük Vətən Müharibəsində Sizin əzmkarlığınız, dönməzliyiniz, əsgərlərimizə arxa-dayaq olmağınız qazandığımız Qələbədə böyük rol oynadı. Siz xalqın xilaskarı oldunuz. Erməni işğalçılarından azad olunan torpaqlarımızın hər qarışında Sizin imzanız var. İnşallah ad günlərinizdən birini Şuşada qeyd edərsiniz!
Doğma yurdlarımıza qayıdacağımıza görə Sizə minnətdarıq. Yaşasın Azərbaycan, yaşasın Ali Baş Komandanımız, xalqımızın xilaskarı cənab İlham Əliyev!
Allah Sizi, ailənizi, xalqımızı, Ordumuzu, qəhrəman igidlərimizi qorusun!”
Bu fikirləri Bakının Qaradağ rayonunun Ümid qəsəbəsindən “Məcburi Köçkün Müharibə Veteranlarına Dəstək” İctimai Birliyinin Qaradağ rayonu, Ümid qəsəbə şöbəsinin sədri, 3-cü qrup Qarabağ müharibəsi əlili Quliyev İlqar Nadir oğlu Prezident İlham Əliyevə müraciətində bildirib.
Baki-xeber.com