“Sizin rəhbərliyinizlə qazanılan, Azərbaycan xalqını ucaldan Qarabağ Qələbəsi bütün dünyaya səs salmışdır. Bu Qələbə münasibətilə Sizi şəxsən öz adımdan, ailəm adından, yaşadığım Qobustan rayonu, Sündü kəndinin çoxsaylı sakinləri adından ürək dolusu təbrik edirəm.
Növbəti onilliklər ərzində də bir Prezident kimi Sizin yeni-yeni uğurlar qazanmağınız ən böyük arzumdur. Siz diplomatiya sahəsində elə bir səviyyəyə yüksəlmisiniz ki, onu sözlə ifadə etmək mənim üçün həm şərəfli, həm də baş ucalığıdır, cənab Prezident!
Sizə uzun ömür, ailə səadəti və dünyanın ən şirin neməti olan cansağlığı, hər bir xəta-bəladan uzaq olmağınızı arzulayıram. Çox sağ olun!”
Bunu Prezident İlham Əliyevə müraciətində Qobustan rayonunun Sündü kəndindən şəhid qardaşı Ağaquliyev Valeh Babaqulu oğlu bildirib.
Baki-xeber.com