“Sizləri qazandığımız zəfərlə təbrik edərək Azərbaycan xalqını sevincli görməkdən məmnun olduğumu bildirirəm. Bu günlərdə Sizin yanınızda olmaq hamımız üçün şərəfdir.
Sizlərə bu sətirləri yazarkən sevincdən gözümdən yaşlar axır. Qarabağda müharibə başlayandan televiziya ekranlarının qarşısından çəkilmir, zəfərlərinizi izləyirdim. Havaya qalxan dəmir yumruğunuz erməniləri qorxuya saldığı qədər bizi də qürurlandırırdı.
Böyük Öndərimiz Atatürk “Gələcək göylərdədir, onu qorumayan xalq sabahından əmin olmaz” sözləri ilə türklərə müdafiənin haradan gücləndirilməsi üçün tövsiyələrini vermişdi. Sizlər də bu istiqamətdə böyük işlər görmüş, düşməni göylərdə imtahana çəkərək zəfər qazanmışsınız.
Sizin uzaqgörən siyasətiniz, müdrikliyiniz sayəsində göylərdə qazandığınız qələbə davamlı olsun. Bir daha Sizi və qardaş Azərbaycan xalqını təbrik edirəm.
Zəfəriniz mübarək olsun!”
Bu sözləri Türkiyə Respublikasının İstanbul şəhərindən Saim Kula Prezident İlham Əliyevə yazdığı məktubda qeyd edib.
Baki-xeber.com