“Azərbaycan Respublikası Gənclər Fondunun “Xaricdə Təhsil Proqramı”nın qaliblərindən biri kimi Sizə məktub yazmaqdan qürur hissi keçirirəm. Siz hər zaman vurğulayırsınız ki, gənclər milli ruhda böyüməli və vətənpərvərliyi, milli dəyərləri, ənənələri qorumalıdırlar. Məhz Sizin uzaqgörən siyasətiniz və gənc, vətənpərvər əsgərlərimizin qəhrəmanlığı nəticəsində müqəddəs torpaqlarımız düşmən işğalından azad edilmişdir. Bu uğurları Sizin öndərliyinizlə görməkdən çox xoşbəxtik.
Məhz Sizin şəxsi təşəbbüsünüz əsasında yaradılan Gənclər Fondunun mühüm layihələrindən biri olan xaricdə təhsil proqramı sayəsində onlarla azərbaycanlı gənc dünyanın müxtəlif yüksək reytinqli universitetlərində təhsil almaqdadır. Mən də bu proqramdan faydalanaraq Fransanın Qrenobl Alps (“Grenoble Alpes”) universitetində “Davamlılıq və İnnovasiyalar” ixtisası üzrə magistr təhsilimi tamamladım və bildirmək istəyirəm ki, bu zaman ərzində qazandığım bilik və təcrübələri ölkəmin inkişafı üçün sərf etməyə hazıram.
Bu gün, həm də bir ağdamlı olaraq sevincimin həddi-hüdudu yoxdur. 27 ildən sonra ailəm və mən doğma torpağımıza qayıdacağıq. Bizə bu xoşbəxtliyi və sevinci yaşatdığınız üçün Sizə minnətdarıq.
Həmişə var olasınız!
Qarabağ bizimdir!
Qarabağ Azərbaycandır!” Bu fikirləri Ağdam rayonunun Mərzili kəndindən Muradov Fərid Prezident İlham Əliyevə müraciətində vurğulayıb.
Baki-xeber.com