“Sizi qazanılmış zəfər münasibətilə ürəkdən təbrik edirəm. Qarabağla bağlı nisgili Azərbaycan övladına yaraşan şəkildə həll etdiniz və bütün dünya bunu gördü, şahidi oldu. Bundan sonra hər birimizin başı dik olacaq. Sizə uzun ömür, cansağlığı arzu edirəm. Allahdan şəhidlərimizə rəhmət diləyirəm. Allah Sizi Vətənimin üzərindən əksik etməsin.
Mən Türkiyədə yaşayan Azərbaycan vətəndaşıyam, 2 oğlum var, ikisi də Bakıda doğulub, yoldaşım Türkiyə vətəndaşıdır. Biz Azərbaycanın qələbəsinə bir yerdə sevindik, bir yerdə qürurlandıq.
Var olun, cənab Prezident,
Allah Sizi qorusun!”
Bunu Prezident İlham Əliyevə müraciətində Türkiyə Respublikasının Kayseri şəhərindən Mələk Şimşək Davud qızı yazıb.
Baki-xeber.com