şənbə günü, 10 oktyabr 2026
     

Prezident Qarabağda mədəni-dini irsimizin məhvinə laqeyd baxan UNESCO məmurunu ifşa etdi

Image


“Bu yaxınlarda UNESCO-nun bir məmuru əsassız bir ifadə işlədib ki, guya bizə müraciət olunub, Azərbaycan isə səssiz qalıb. Biz 30 il ərzində dəfələrlə UNESCO-ya müraciət etmişik, dəfələrlə bildirmişik ki, bizim məscidlərimiz dağıdılıb, tarixi abidələrimiz dağıdılıb, bizim tarixi abidələrimiz erməniləşdirilir, bir dəfə missiya göndərildimi? Bir dəfə bizim müraciətimizə cavab verildimi? Elə müharibə qurtaran kimi başlayıblar ki, erməni xalqının abidələri gərək qorunsun”. Bu fikirləri Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev işğaldan azad edilmiş Zəngilanda məscidin qarşısında çıxış edərkən deyib.

Dövlət başçısı bildirib: “Zəngilan işğaldan azad olunandan sonra rayonda yerləşən məscidlərin birində donuzların saxlanması ilə bağlı videokadrlar nümayiş etdirilmişdir. Düşmən bizim dinimizi təhqir edib, bütün müsəlmanları təhqir edib. Bax, burada məscid olub, indi yoxdur, dağıdıblar. İndi bəziləri azad edilmiş torpaqlarda erməni xalqının dini irsi haqqında məsələ qaldırırlar. Bəs, bizim milli-dini irsimiz haqqında niyə heç kim məsələ qaldırmayıb? Bu yaxınlarda UNESCO-nun bir məmuru əsassız bir ifadə işlədib ki, guya bizə müraciət olunub, Azərbaycan isə səssiz qalıb. Biz 30 il ərzində dəfələrlə UNESCO-ya müraciət etmişik, dəfələrlə bildirmişik ki, bizim məscidlərimiz dağıdılıb, tarixi abidələrimiz dağıdılıb, bizim tarixi abidələrimiz erməniləşdirilir, bir dəfə missiya göndərildimi? Bir dəfə bizim müraciətimizə cavab verildimi? Elə müharibə qurtaran kimi başlayıblar ki, erməni xalqının abidələri gərək qorunsun. Biz bütün abidələri qoruyuruq, bütün xalqların abidələrini qoruyuruq və dünya bunu bilir. Amma baxın, görün, məscid olub bura, UNESCO, buraya gəl, gəl gör. Avropa Şurası səssiz qalma, gəl gör buranı! Bütün məscidlər dağıdılıb. Yaxşı, məscidi dağıtmaq olar? Məscidi dağıtmaq, deməli, cinayət deyil? Bu ədalətsizlik nə qədər davam edəcək? Bu riyakarlıq nə qədər davam edəcək? Bu ikili standartlar nə qədər davam edəcək? Bu islamofobiya nə qədər davam edəcək? Bunu dağıdan erməni olub. Özündən mədəni millət obrazı yaratmağa çalışan və bəzi xarici himayədarları tərəfindən belə qəbul edilən mədəni adam bunu edər? Mədəni adam məsciddə donuz saxlayar? Bütün dünya bunu görsün! O cümlədən, dünya müsəlmanları görsünlər və müsəlman ölkələrinin xalqları görsünlər. Bunu törədən ölkə ilə hansı dostluqdan söhbət gedə bilər?”

“...Azərbaycana qarşı uydurma proses açırlar, hansısa əsassız iddialar irəli sürürlər”

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, tanınmış mütəxəssis Fərhad Quliyev “Bakı-Xəbər”ə şərhində qeyd etdi ki,  UNESCO-nun daxilində bəzi ermənipərəst qüvvələr fəaliyyət göstərir və indiyə qədər bu təşkilatın Azərbaycanın çağırışlarına reaksiya verməməsinin kökündə əsasən bu amil dayanır. F.Quliyev qeyd etdi ki, UNESCO-da işləyən bu kimi anti-Azərbaycan mövqeyindən çıxış edən məmurların fəaliyyətinin nəticəsində UNESCO indiyə kimi Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə missiya göndərməyib. Hansısa ermənipərəst UNESCO məmurunun Azərbaycana qarşı əsassız iddia irəli sürməsinə gəlincə, F.Quliyev bildirdi ki, o insanlar Azərbaycan ərazisində hər hansı bir xristian abidəsini hansısa bir problem gözləmədiyini yaxşı bildikləri halda həqiqətə uyğun olmayan iddialar irəli sürürlər, bununla da öz ermənipərəst mövqelərini göstərirlər.

UNESCO ilə Azərbaycan arasında uzun illərdir ki, səmərəli əməkdaşlığın davam etdiyini qeyd edən F.Quliyevin sözlərinə görə, dövlətimiz etibarlı bir tərəfdaş kimi hər zaman UNESCO-nun həyata keçirdiyi beynəlxalq layihələrdə yaxından iştirak edib, amma bəzi UNESCO məmurlarının günahı ucbatından bu qurum Azərbaycana hələ də missiya göndərməyib, erməni vandalizminin ifşası istiqamətində addımlar atmayıb: “Azərbaycan dövləti hər zaman bir tərəfdaş olaraq UNESCO-nun bütün layihələrində iştirak edib. Bilirik ki, UNESCO-nun təşkilatçılığı ilə dünya abidələri ilə bağlı həyata keçirilən tədbirlərdə dövlətimiz həmişə aktiv olub. Hətta bu qurumun rəhbərliyinin xahişinə cavab olaraq, Azərbaycan dövləti həmişə onun həyata keçirdiyi layihələrdə hər zaman fəallıq göstərib və dünyanın bir çox ölkəsində abidələrin bərpasına maliyyə vəsaiti ayırıb, onların qorunmasında aktiv iştirak edib. Halbuki, həmin abidələr Azərbaycanın sərhədlərindən çox uzaqda yerləşən ölkələrə aid olub və o abidələr Azərbaycanın maddi irsi olmasa belə, dövlətimiz UNESCO-nun missiyasını, əsas fəaliyyət istiqamətlərini nəzərə alaraq, sivil dünyanın abidələrinin bərpası, qorunması və təbliği layihələrində yaxından iştirak edib. Ən əsası isə maliyyə dəstəyi göstərib. Deyim ki, bir çox ölkə, xüsusən də Ermənistan UNESCO-nun heç bir layihəsində aktiv iştirak etməyib, yalnız öz ərazisində olan abidələrin bərpası ilə bağlı layihələrdə iştirak edib, Azərbaycandan fəqrli olaraq, beynəlxalq layihələrdə həmişə kənarda qalıb, heç vaxt dəstək olmayıb. Ona görə də UNESCO-nun bəzi məsuliyyətsiz məmurlarının Azərbaycanın erməni vandalizminə məruz qalan abidələrinə bu cür münasibəti elmi ictimaiyyət olaraq bizi təəccübləndirir və hiddətləndirir. Çünki münasibətlər qarşılıqlı olmalıdır. UNESCO nəzərə almalı idi ki, Azərbaycan tərəfi onun bütün tədbirlərində, xüsusən də dünyanın mədəni isrsinin bərpası və qorunması istiqamətindəki fəaliyyətdə çox ciddi şəkildə aktivdir, onun bütün işlərinə dəstək olub. Çox təəssüflər olsun ki, UNESCO Azərbaycan kimi bir dövlətin erməni vandalizminə məruz qalan maddi-mədəni irsinə, abidələrinə bu cür biganə, laqeyd münasibət sərgiləyir və “erməni irsi”nin qeydinə qalır. Bu bizi möhkəm hiddətləndirir və hesab edirik ki, bu qurumun bizə münasibəti bizim UNESCO-ya olan inam hissimizi hardasa qırır. Bu baxımdan, fikrimcə, UNESCO-nun daxilində müəyyən anti-Azərbaycan, ermənipərəst qüvvələr var və onlar ölkəmizə qarşı qərəzli mövqedən çıxış edirlər, ona görə də Azərbaycanın müraciətlərinə biganə yanaşılır. Bilirsiniz ki, Avropa ölkələrində kifayət qədər anti-Azərbaycan mövqeyindən çıxış edənlər var. Ona görə də nəzərə almalıyıq ki, UNESCO Fransada yerləşir, ola bilsin, həmin anti-Azərbaycan qüvvələri UNESCO-nun da işinə müdaxilə edirlər. Yəni oradakı bəzi anti-Azərbaycan qüvvələri UNESCO-da çalışan bir sıra məmurları öz tərəflərinə çəkməklə Azərbaycana qarşı uydurma proses açırlar, hansısa əsassız iddialar irəli sürürlər”.

F.Quliyevin sözlərinə görə, bununla belə, Azərbaycan və UNESCO münasibətləri çox yüksək səviyyədədir. O ehtimal edir ki, UNESCO-nun Azərbaycana qarşı biganəliyi uzun sürməyəcək və qurum Azərbaycana missiya göndərəcək: “Düşünürəm ki, yaxın gələcəkdə UNESCO rəhbərliyi Azərbaycanın haqq işini əsas tutaraq ölkəmizə bu məsələdə dəstək olacaq. Çünki UNESCO rəhbərliyi Azərbaycanın vaxtilə işğal olunmuş ərazilərinin olduğunu, işğal dövründə abidələrimizin dağıdıldığını, vandalizmə məruz qaldığını yaxşı bilir. Həm işğal, həm də işğaldan sonrakı dövrlərdə bizim dövlətimiz dəfələrlə bu faktla bağlı UNESCO-ya müraciətlər edib, məlumatlar verib. Mən yaxın gələcəkdə UNESCO-nun münasibətini dəyişəcəyinə çox inanıram. UNESCO-da Azərbaycanın haqlı olduğunu bilən, ədalətli mövqeyini dəstəkləyən, ölkəmizi haqlı, obyektiv ölkələr sırasında görən məmurlar da yox deyil. Ona görə də hesab edirəm ki, ola bilsin, indiyə qədər yol verilən səhvlər UNESCO tərəfindən düzəldilsin. Amma bununla yanaşı, təklif edərdik ki, Azərbaycan UNESCO ilə münasibətlərində daha da ciddi addımlar atsın. Bu münasibətlər soyumamalıdır. UNESCO-nun mövcud olan institutlarının filialları var ki, onlar dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərirlər. Biz çalışmalıyıq ki, UNESCO-nin həmin institutlarının filialları Azərbaycanda da açılsın və fəaliyyət göstərsin. Bu amil bizim işimizə ciddi dəstək ola bilər. Bizə qarşı antitəbliğat aparan qüvvələrin əməllərindən çəkinməli deyilik, əksinə, UNESCO ilə əlaqələri daha da möhkəmləndirməliyik, haqlı və ədalətli olduğumuzu sübut etmək üçün mütləq bu əlaqələri daha da genişləndirməliyik.

Təcrübəmdən deyə bilərəm ki, UNESCO-nun Qazaxıstan Respublikasında fəaliyyət göstərməsi çox müsbət nəticələr verib. Ola bilsin ki, bu hadisələr ona gətirib çıxarır ki, bizim gələcəkdə UNESCO ilə münasibətlərimizi tamam fərqli müstəvidə qurmağımıza ehtiyac olsun. Mənə elə gəlir, gələcəkdə UNESCO-nun maddi-mədəni irslə, maddi mədəniyyət abidələrinin qorunması və təbliği ilə bağlı institutlarının ölkəmizdə fəaliyyət göstərməsinə, UNESCO xətti ilə daha çox layihənin həyata keçirilməsinə ehtiyac olacaq. Əsas odur ki, bir çox məmurun UNESCO daxilində Azərbaycana qarşı mənfi hərəkətlərinə cavab olaraq, UNESCO-nun müxtəlif institutları, ayrı-ayrı əməkdaşları, məmurları ilə əlaqələrimizi daha da genişləndirməyimiz bizim ədalətli işimizə dəstək olardı”.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNdİ

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ