Bakıdan Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəyli də Prezident İlham Əliyevə müraciət edib.
“Sizin görkəmli dövlət xadimi, fateh sərkərdə kimi xalqımız qarşısında tarixi xidmətləriniz əvəzolunmazdır. Ulu öndərimiz Heydər Əliyevin ideyalarını həyata keçirərək, Siz daim dövlətin və xalqın rifahını düşünür, bütün həyatınızı və fəaliyyətinizi bu amala həsr edirsiniz. Bu, Sizin ən ali məqsədinizdir. Beynəlxalq miqyasda Azərbaycan həqiqətlərini dünyaya çatdıran, dövlətin iqtisadi maraqlarını təmin edən və dünyanın ən inkişaf etmiş ölkələri sırasında Azərbaycanı ləyaqətlə təmsil edən lider kimi Sizinlə qürur duyuruq. Siz beynəlxalq aləmdə dövlətimizin haqqının və hüququnun qarantına çevrilmisiniz.
... Bu il Siz bizə Qarabağda böyük Qələbə sevincini yaşatdınız. Bu tarixi Qələbə məhz Sizin müdrik rəhbərliyiniz altında qazanıldı və Azərbaycanımız uzun illər davam edən işğaldan qurtuldu, ölkəmizin ərazi bütövlüyü bərpa edildi, neçə illik torpaq həsrətinə son qoyuldu, nə qədər insana ümid, xoş gələcək müjdəsi verdiniz. Bütün Azərbaycan xalqı üçün, bütün dünya azərbaycanlıları üçün bu Zəfər günlərini yaşamaq neçə ömrə bərabərdir. Buna görə biz Ali Baş Komandanımız, Sizə və şanlı ordumuza minnətdarıq.
Artıq dillər əzbəri olmuş “Şuşa bizimdir!”, “Qarabağ Azərbaycandır!” şüarları uşaqdan-böyüyədək hamımızın ürək döyüntümüzü əks etdirir. Azərbaycanın hər bir vətəndaşı üçün bunlar müqəddəs məfhumlardır. Sizin qətiyyətiniz, nüfuzunuz və siyasi iradəniz sayəsində bütün dünya Azərbaycan dövlətinin gücünə, qüdrətinə, xalqımızın birliyinə bir daha inandı.
Biz bütün qəlbimizlə hər addımınızda Sizi dəstəkləyirik və əminik ki, dilindən, dinindən, yaşından, istedadından, ad-sanından, məşğuliyyətindən asılı olmayaraq, bütün Azərbaycan vətəndaşları ömrümüzü Vətənimizə həsr etməyə hazırıq. Həqiqətən, fəxr edirik ki, biz Azərbaycanlıyıq, dünyaya günəş kimi doğmuş Azərbaycanın vətəndaşlarıyıq.
Əziz Prezidentimiz! Sizi ad gününüz münasibətilə ürəkdən təbrik edir, Sizə uzun ömür, cansağlığı, Vətənimizin xoş gələcəyi və rifahı naminə bütün sahələrdə yüksək nailiyyətlər arzulayırıq. Biz Sizinlə fəxr edirik!” - deyə F.Bədəlbəyli Prezident İlham Əliyevə ünvanladığı müraciətdə bildirir.
Baki-xeber.com