“Öz təəssüratlarımızı ifadə etdiyimizə görə bizi ölumlə hədələyənlər mənə sülh istəyən təəssüratı bağışlamırlar”. Bunu İtaliya Senatının üzvü Maria Rizzotti deyib.
O, İtaliya parlament nümayəndə heyətinin tərkibində dekabrın 5-dən 7-dək Azərbaycanda səfərdə olub. Senator ölkəsinə döndükdən sonra “Strumenti Politici” saytına müsahibə verərək səfər haqqında fikirlərini bölüşüb, habelə səfərdən sonra İtaliya parlamentarilərinə qarşı ermənilər tərəfindən edilən təzyiq və təhdidlərdən danışıb: “Nümayəndə heyəti üzvlərinə hər gün ünvanlanan təhdidlər məni həqiqətən narahat edir və bununla polis məşğul olacaq. Öz təəssüratlarımızı ifadə etdiyimizə, parlament üzvü kimi o ərazilərə səfər etdiyimizə görə bizi ölumlə hədələyənlər mənə o qədər də sülhə meylli və sülh istəyən təəssüratı bağışlamır. Sizə təkrar edirəm, bununla polis məşğul olacaq, təhqir və həqarətin sosial şəbəkələrə xas bir şey olduğunu bilirik, fiziki təhdidlər isə başqa şeydir və tam fərqlı bir kontekstə aiddirlər”.
Göründüyü kimi, erməni terroru sərhəd tanımır. Onlar statusundan asılı olmayaraq, Qarabağ həqiqətləri barədə obyektiv danışan istənilən şəxsi terrorla hədələyirlər. Çünki bu millətin xisləti terrorçu mahiyyətinə malikdir. O üzdən, ermənilərdən nə desən gözləmək olar. Obyektiv mövqedən çıxış edən İtaliya Senatı üzvlərinin hədələnməsi erməni terrorunun yeni mərhələyə daxil olmasından xəbər verir.
“Onlara güc göstərilməsə, belə təhdidlər reallaşa bilər”
Məsələyə münasibət bildirən Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayevin sözlərinə görə, ermənilər bu kimi terror təhdidləri ilə çıxış etməklə, bir növ, özlərinin əsl mahiyyətini dünyaya göstərirlər: “Çox təəssüflər olsun ki, belə məkrli, qərəzli, bütün insanlığa qarşı düşmən mövqeyində olan bir toplumla qonşuluqda yaşayırıq. Tarixən belə olub ki, ermənilər öz niyyətlərinə çatmaq üçün terrora əl atıblar. Ötən əsrdə türk diplomatlarına qarşı onların törətdikləri terror aktları bütün dünyaya bəllidir. Bununla yanaşı, ermənilər beynəlxalq müstəvidə bir sıra cinayətkar şəbəkələrlə əlbir olaraq qeyri-leqal fəaliyyətlə məşğuldurlar. Artıq elə vəziyyət yaranır ki, bütün dünya ermənilərin iç üzünü görməyə başlayıb. Çünki əvvəllər özlərini dünyaya yazıq bir millət kimi təqdim edirdilər. Ancaq artıq bu toplumun necə bir murdar siyasət yeritdiyini dünya da görməyə başlayıb. İtaliya Senatının terrorla təhdid olunması bir daha ermənilərin əsl niyyətini ortaya qoydu. Bəlli oldu ki, ermənilər üçün “qırmızı xətt” deyilən bir şey yoxdur. Ona görə də dünya ictimaiyyəti buna öz etirazını bildirməlidir. Çünki ermənilər zəhərlənmiş bir cəmiyyətdir. Onlara güc göstərilməsə, belə təhdidlər reallaşa bilər”.
Partiya sədri hesab edir ki, dünya ictimaiyyəti erməni terroruna və təhdidlərinə “dur” deməlidir.
Vidadi ORDAHALLI