Cəlilabad rayonundan Cəlilabad Rayon Veteranlar Təşkilatının sədri Əsədov Əliheydər, şəhid ailəsi Nuriyev Rüstəm, şəhid atası Əlisafa Qafarov, şəhid atası Vətənxar Zeynalov, Qarabağ müharibəsi veteranı Məmmədov Nurlan və Qarabağ müharibəsi veteranı Qiyasov Elsevər Prezident İlham Əliyevə müraciət ünvanlayıblar:
“Dövlət, xalq və müzəffər ordu birliyinin parlaq, əsrarəngiz nailiyyəti olan Qələbə sevinci ilə yaşadığımız bu anlar bütövlükdə Azərbaycanımızın dövlətçilik tarixinə qızıl hərflərlə yazılan günlərdir. Öz siyasətiniz və dəsti-xəttinizlə dünya dövlətlərinə sübut etdiniz ki, Siz müstəqil Prezident, güclü diplomat və yenilməz sərkərdəsiniz.
27 il mənfur düşmən işğalında olan torpaqlarımızın 44 gündə azad olunması Ali Baş Komandan kimi Sizin qətiyyətinizin və şücaətinizin nəticəsidir. Ermənistanın siyasi rəhbərliyini dəstəkləyən, ona havadarlıq edən dövlət rəhbərlərinə verdiyiniz konkret və tutarlı cavablar onları susmağa və öz mənfur niyyətlərindən çəkinməyə məcbur etdi. Siz, eyni zamanda, sifarişli informasiya nəhəngləri ilə mübarizədə də öz qələbənizi təmin etdiniz.
...Torpaqlarımızın işğaldan azad olunması müzəffər ordumuzun mükəmməl zəfər yürüşü sayəsində, xüsusən əsgər və zabitlərimizin canı, qanı bahasına başa gəlib. Vətən müharibəsində rayonumuzun 90 övladı şəhidlik zirvəsinə ucalıb.
Dövlətçiliyimizin daha da möhkəmləndirilməsi üçün xüsusi əhəmiyyət kəsb edən kadr siyasətinin aparılması istiqamətində gördüyünüz işlər və həyata keçirdiyiniz təxirəsalınmaz tədbirlər təqdirəlayiqdir. Cəlilabadlılar Sizin mükəmməl fəaliyyətinizi bəyənir, dövlətçiliyimizin daha da möhkəmləndirilməsi istiqamətində gördüyünüz tədbirləri alqışlayır.
Biz Sizinləyik, hər zaman Sizin arxanızdayıq!
Tanrı Sizi qorusun!”
Baki-xeber.com