Bakıdan görkəmli Azərbaycan şairi Əhməd Cavadın nəticəsi Cavad Axundzadə Prezident İlham Əliyevə müraciət edib:
“Görkəmli şair Əhməd Cavadın ailəsi adından Sizə dərin ehtiram və hörmətimizi bildirmək istəyirəm. İnanıram ki, Azərbaycan xalqına bəxş etdiyiniz tarixi qələbə və milli ruhun yenidən dirçəlməsi ulu babamın ruhunu şad edib.
...Ulu babamın Azərbaycan Dövlət Himninin sözlərinin müəllifi olması bizi daim qürurlandırır. Zəfər paradında Əhməd Cavadın adının anılması bizi sonsuz bəxtiyar etdi.
Bu parad Azərbaycan və Türkiyə xalqlarının gücünün və etibarının təcəssümünə çevrildi.
Qoy Uca Tanrı Sizi və ailənizi qorusun!”
Baki-xeber.com