“Əziz Prezidentimiz, Azərbaycan xalqının xilaskarı, böyük sərkərdə və qəhrəman elimin qəhrəman oğlu!
Əvvəlcə icazə verin Sizi bütün qələbələriniz münasibətilə səmimi qəlbdən təbrik edək, Sizə bu qazandığınız Qələbə yolunda müvəffəqiyyətli işlər, hər şeydən əvvəl sağlam can, uzun ömür, rəşadət arzulayaq. Sizin kimi tarix yazan şəxsiyyətləri Ulu Tanrımız çox nadir hallarda yaradır. Siz elə bir şəxsiyyətsiniz ki, bütün maneələrlə təkbaşına vuruşur, xalq tərəfindən bu qədər sevilir, xalq tərəfindən qiymətləndirilirsiniz. Siz xalqın hörmətini qazanan Prezidentimizsiniz. Xalq Sizə nə qədər inanırdısa, bu Qələbədən sonra xalqın inamı, məhəbbəti, sevgisi daha da artdı. Cənab Prezident, həqiqətən də bu Qələbənin əsas gücü Sizdən bəhrələndi!
Bu gün biz Rusiya Federasiyasında yaşamağımıza baxmayaraq, hər vaxt Azərbaycan televiziyası ilə öz doğma Vətənimizdə baş verən hadisələri izləyirik. Açığını desək, bu günlərə qədər yarımçıq yaşayırdıq, mənfur erməni millətinin nümayəndələrini görəndə ixtiyarsız məğlub baxaraq, qələbə ümidini qəlbimizdə yaradıb, daxilən içimizdə bir ümidlə bu günləri gözləyirdik. Artıq o günlər arxada qaldı. Bu günlərin şirinliyini, fəxarətini, sevincini Siz bizə yaşatdınız. 44 günlük müharibədə doğma xalqımızla birgə uğurlara sevinmiş, mənfur düşmənlər tərəfindən mülki əhalimizə qarşı törədilən terror aktlarına, haqsızlıqlara millət olaraq birgə kədərlənmişik. Hər dəqiqə, hər an böyük ümidlə Sizdən şad xəbərlər gözlədik və nəticədə tarix yazan böyük Qələbəni elan etdiniz.
...Şəxsən biz öz ömrümüzdən Sizə pay verməyə hazırıq. Hər bir azərbaycanlı Ulu Tanrıdan diləyir ki, Allah bizim ömrümüzdən bir gün kəsib Ali Baş Komandanımıza versin. Bu sözə bizim ixtiyarımız var, çünki Siz xalqı əsirlikdən qurtardınız. Şəxsən mən 1993-cü ildən atamın məzarını görə bilmirəm. Çünki bizim doğma kəndimiz olan Ağdam rayonunun Şurabad kəndi mənfur düşmənlərimizin əsarətində idi. Hər bir dərdə dözmək olar, ancaq ata məzarının əsirlikdə olması çox ağır idi. Artıq hər şey arxada qaldı. Bir daha Sizi bu Qələbə münasibətilə təbrik edirik.
Biz azadıq Sizinlə, biz qalibik Sizinlə, biz müzəffərik Sizinlə, biz xoşbəxtik Sizin Prezidentliyinizlə!”
Bunu Rusiya Federasiyasının Krasnoyarsk şəhərindən Ağdam rayonunun Şurabad kənd sakinləri Quliyev Rövşən Əhməd oğlu və Əhmədova Tərlan Həbi qızı Prezident İlham Əliyevə müraciətlərində bildirib.
Baki-xeber.com