“Sizə sevgimiz və hörmətimiz sonsuzdur. Mən Laçın rayonunun Yuxarı Çorman kəndinin sakiniyəm, 80 yaşım var. Bu təbriki Sizə çatdırmaqla özümü çox xoşbəxt hesab edirəm. Çünki Siz 30 illik həsrətə son qoydunuz.
Allah Sizin və qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın köməyi olsun. Siz Ulu Öndər Heydər Əliyevin və dahi Mustafa Kamal Atatürkün haqq-ədalət yolunun davamçılarısınız. Allah Sizləri və şanlı ordumuzu bizə çox görməsin.
...Vətən, ana, övlad elə müqəddəs varlıqlardır ki, onları bir an da olsun yaddan çıxarmaq olmaz. Mənə bu sevinci yaşatdığınız üçün Sizə dərin minnətdarlığımı bildirirəm. Mənim nəvələrim də Sizin komandanlığınız altında gedən döyüşlərin iştirakçısı olublar. Bununla yanaşı, biz Soltan bəy və Xosrov Paşa bəy Soltanov qardaşları ilə doğma əmiuşaqlarıyıq. Yaşımın çox olmasına baxmayaraq, vətənə olan sevgim yazdığım şeirlərimdə öz əksini tapdı. Sizə yazdığım şeirdən bir neçə misra təqdim etmək istəyirəm:
Yurdumu yadlara vermək olarmı? Dünyanın gözüdür Qarabağ yurdu. Burda qoç Koroğlu beşikdə qurdu, Qan tökdü, can aldı, yerində durdu, Vətəni yadlara vermək olarmı?
Yaşasın Azərbaycan, şanlı ordumuz və cənab Müzəffər Ali Baş Komandanımız! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”
Bunu Şəki şəhərindən Məxmər Şahmuradova Prezident İlham Əliyevə müraciətində bildirib.
Baki-xeber.com