Goranboy rayonunun Faxralı kəndindən müharibə veteranı Yusifov Cavid Əbdülrəhman oğlu Prezident İlham Əliyevə müraciət edib:
“Sizi Vətən müharibəsindəki böyük Qələbə münasibətilə ailəm adından və şəxsən öz adımdan təbrik edir, bağrıma basıram. Siz bu Qələbə ilə xalqımıza, Vətənimizə böyük sevinc, xoşbəxtlik, Qarabağa azadlıq gətirdiniz, gələcəyimizə yaxşı həyat tərzi, döyüşlərdə zəfər bayrağının sevincini bəxş etdiniz.
Belə ağır müharibə şəraitində ölkə iqtisadiyyatı büdrəmədi, ölkədaxili əhəmiyyətli infrastruktur layihələri, mədəniyyət, quruculuq tədbirləri planlı şəkildə davam etdirildi. Vətəndaşların maddi rifah halı diqqət mərkəzində oldu. Sizin xarici jurnalistlərə verdiyiniz müsahibələrdəki qətiyyətiniz və hazırcavablığınız hazırda dünya siyasətində ən güclü liderlərdən biri olduğunuzu bir daha göstərdi. Qarabağın işğaldan azad edilməsi ilə Siz Ulu Öndər Heydər Əliyevin vəsiyyətlərini yerinə yetirdiniz.
...Siz ölkəmizdə çətin sınaqlardan çıxmış "Müzəffər Milli Qəhrəman" adına layiqsiniz. Biz Sizinlə fəxr edirik. Ulu Tanrı Sizi qorusun”.
Baki-xeber.com