“Vətən müharibəsində iştirak etmiş qardaşım Bayramov Famil Əli oğlunu və bacımın həyat yoldaşı Əsədov Elmin Seymur oğlunu 2020-ci il 18 dekabr tarixli Sərəncamınızla "Cəsur döyüşçü" medalı ilə təltif etdiyiniz üçün valideynlərimizin və bütün ailə üzvlərimizin adından Sizə minnətdarlığımızı bildiririk. Allah Sizi və Mehriban xanımı qorusun.
Biz Ağcabədi rayonunun Salmanbəyli kəndində Bayramovlar ailəsi və Rəncbərlər kəndində Əsədovlar ailəsi olaraq hər zaman Sizin ölkəmizin və xalqımızın firavanlığı və rifahı üçün apardığınız siyasətinizi dəstəkləyir, hər zaman Sizin amalınızın davamçıları olmaqdan qürur duyuruq.
Bu gün Azərbaycanımızın müstəqilliyi və suverenliyi Ulu Öndərimizin yaratdığı əsərin davamçısı olaraq Sizin zəhmətinizin bəhrəsidir. Allah bu müqəddəs işinizdə yar və yardımçınız olsun. Biz hamımız Sizin əsgərlərinizik, cənab Ali Baş Komandan!”
Bunu Ağcabədi rayonunun Salmanbəyli kəndindən Bayramov Şamil Əli oğlu Prezident İlham Əliyevə müraciətində bildirib.
Baki-xeber.com