şənbə günü, 10 oktyabr 2026
     

UNESCO ötən on illərdə ermənilərin mədəniyyət barbarlığına lazımi reaksiyanı versəydi...

Image


Bildiyimiz kimi, Azərbaycanın işğaldan azad edilən ərazilərində erməni vandalizminin saysız izi var və zəngin maddi-mədəni irsimiz düşmən tərəfindən vəhşiliklə dağıdılıb, məhv edilib, yer üzündən silinib, xeyli bir hissəsi isə qarət edilərək qanunsuz yollarla İrəvana aparılıb.

Azərbaycan torpaqlarının işğalda olduğu 28-30 ildə Azərbaycan tərəfi dəfələrlə faktlarla və sübutlarla beynəlxalq təşkilatlara müraciət edib, onları erməni vandalizminin qarşısını almağa çağırıb. Lakin beynəlxalq qurumlar bu məsələyə hər hansı bir reaksiya verməyib, erməni vandalizminin qarşısını almayıb. Artıq iki aya yaxındır Azərbaycan öz ərazilərini işğaldan azad edib və işğaldan azad edilən ərazilərimizdəki tarix, mədəniyyət, arxeoloji abidələrin, maddi-mədəni irsimizin ermənilər tərəfindən vandalizmə məruz qaldığını bütün dünyaya çatdırıb. Onu da vurğulayaq ki, Azərbaycan dövləti dəfələrlə UNESCO-ya müraciət edərək qurum tərəfindən azad edilən ərazilərimizə missiya göndərilməsini istəyib. Lakin hələ də bu missiya ölkəmizə göndərilməyib. 

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin UNESCO-nun Azərbaycana missiyasının göndərilməsi ilə bağlı UNESCO-nun mətbuata açıqlamasına dair şərhində bildirilir ki, Azərbaycan tərəfi UNESCO ilə əməkdaşlığa, tərəf çıxdığı konvensiyalardan irəli gələn vəzifələrin icrasına və xüsusilə də mədəni irsin qorunması ilə bağlı öhdəliklərinə hər zaman sadiqlik nümayiş etdirib.

Bildirilir ki, ölkəmiz uzun illər ərzində həm Azərbaycanda, həm də qlobal miqyasda mədəni irsin bərpası və qorunması istiqamətində təşkilatın fəaliyyətinə ciddi töhfələr verib: “Azərbaycanda mədəni irsin qorunması dövlət siyasətinin vacib istiqamətlərindən biridir. Ölkəmizin Ümumdünya İrs Komitəsinin ötən il keçirilən sonuncu sessiyasına uğurla evsahibliyi etməsi mədəni irsin qorunmasına Azərbaycanın verdiyi əhəmiyyətin, eyni zamanda, üzv dövlətlərin Azərbaycana inam və etibarının yüksək ifadəsidir. Azərbaycan Respublikasının təşəbbüsü və dəstəyilə UNESCO tərəfindən ilk dəfə olaraq “Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması ilə bağlı Hərbi Bələdçi” adlı nəşrin ərsəyə gəlməsi ölkəmizin UNESCO-nun dəyərlərinə sadiqliyinin bariz nümunəsidir.

Lakin təəssüflə qeyd etmək lazımdır ki, 30 il ərzində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və torpaqlarımızın işğalı zamanı mədəni irsimizin dağıdılması, mənimsənilməsi, mahiyyətinin dəyişdirilməsi, mədəni sərvətlərin ökəmizdən qanunsuz çıxarılması kimi hərbi cinayətlərin araşdırılması məqsədilə UNESCO-ya çağırışlarımıza laqeyd yanaşılıb və bu məsələ ilə bağlı UNESCO Katibliyi qətiyyətlilik nümayiş etdirməyib”.

XİN bəyan edir ki, UNESCO tərəfindən Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsi və ətraf rayonlarına missiyanın göndərilməsi təklifinin Azərbaycan tərəfindən nəzərdən keçirilməsi barədə təşkilata dəfələrlə məlumat verilib: “Məsələ ilə bağlı vurğulanmalıdır ki, mədəni mülkiyyətimizə vurulmuş zərərin dəyərləndirilməsinə dair bölgəyə UNESCO missiyasının təşkili zamanı bir sıra amillər, o cümlədən, ərazidə təhlükəsizliyin təmin olunması, hava və çətin relyef şəraiti də nəzərə alınmalıdır. Məlum olduğu kimi, Azərbaycan əraziləri Ermənistan tərəfindən həm işğal müddətində minalanıb (hərbi əməliyyatların dayandırılması ilə bağlı 10 noyabr tarixli bəyanatdan etibarən 6 mülki şəxs və 6 hərbçi minaya düşərək həyatını itirib, 7 mülki şəxs və 14 hərbçi isə xəsarət alıb), həm də Ermənistan ordusu işğal edilmiş ərazilərimizdən geri çəkilərkən tarix və mədəniyyət abidələrinin ətrafını da minalayaraq ərazini təhlükəli bölgəyə çevirib.

İşğaldan azad edilən Azərbaycan torpaqlarında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən mədəni irsin ilkin monitorinqinə başlanıb və ilkin monitorinqin nəticələri UNESCO-ya rəsmi şəkildə təqdim olunub. Monitorinqin hesabatında, həmçinin, vaxtilə Ermənistan tərəfindən işğal altında saxlanan ərazilərimizdə bütün dini və mədəni abidələrimizin dağıdılması, o cümlədən, məscidlərimizin təhqir edilməsini əks etdirən fotolar da yer alıb. Ümid edirik ki, sözügedən monitorinqin hesabatında əks olunan hərbi cinayətlərə UNESCO səssiz qalmayacaq.

Hesab edirik ki, UNESCO öz missiyasını müstəqil və obyektiv şəkildə yerinə yetirməli və mədəni irsin qorunması məsələsinin siyasiləşdirilməsinə yol verməməlidir. UNESCO tərəfindən bu cür mətbuat açıqlamalarının verilməsi Azərbaycan ilə UNESCO arasında mövcud olan əməkdaşlığın ruhuna uyğun gəlmir.

Azərbaycan missiyanın təşkilinin təfərrüatlarını UNESCO ilə müzakirə etmək üçün konstruktiv dialoqa açıqdır və UNESCO ilə üzv dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmətə əsaslanan əməkdaşlığa hazır olduğunu bir daha bəyan edir”.

Əgər ötən onillərdə UNESCO erməni barbarlığına göz yummasaydı, bunun qarşısının alınması üçün addımlar atsaydı, Azərbaycanın maddi-mədəni irsi bu qədər  erməni vandalizminə məruz qalmazdı, irsimiz Ermənistana daşınmazdı.

“Azərbaycanın verdiyi informasiyalar, etdiyi müraciətlər əsasında araşdırma aparıb Ermənistana qarşı cəza tədbirləri görməli idi”

Vətəndaş Cəmiyyəti Alyansının rəhbəri, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, kitabxana.net portalının təsisçisi, analitik-ekspert, yazıçı-kulturoloq Aydın Xan Əbilov “Bakı-Xəbər”ə bildirdi ki, təkcə Azərbaycan deyil, müxtəlif dövlətlər BMT-yə və onun təsisatlarından biri olan UNESCO-ya qarşı kəskin iradlarını bildirirlər: “Ən müxtəlif dövlətlər, Qoşulmama Hərəkatına üzv olan ölkələr, inkişaf edən və inkişaf etməkdə çətinlik çəkən ölkələr BMT-yə və onun təsisatlarından biri olan UNESCO-ya qarşı çox kəskin fikirlər bilirir, mövqelər ortaya qoyurlar. Bu beynəlxalq humanitar təsisatın daxilində dəyişikliklər, islahatlar aparılmalıdır. BMT, onun təsisatı olan UNESCO, eləcə də digər beynəlxalq təşkilatlar yalnız bəyanatlar verməklə kifayətlənməməli, həm də təsir mexanizmləri hazırlayıb ortaya qoymalıdırlar. Necə ki, münaqişələrdən iki dövlət arasında sülhməramlılar yerləşdirilir, eləcə də müharibə nəticəsində təbiət, mədəniyyət, tarixi-mədəni, humanitar irsi təcavüzə məruz qalan və nəticədə mədəni böhranın daha da dərinləşdiyi ölkələrdə münasibətlərin aydınlaşdırılması üçün həm BMT, həm də onun elm, təhsil, mədəniyyət üzrə dövlətlərarası üst qurumu sayılan UNESCO xüsusi təsir mexanizmləri fikirləşməlidir. Dəfələrlə Azərbaycanın dövlət qurumları, Mədəniyyət Nazirliyi, Xarici İşlər Nazirliyi, eyni zamanda da ictimai qurumları, həm ictimai fəallar, həm də mədəniyyət və incəsənət xadimləri BMT-yə, UNESCO-ya ingilis və digər dillərdə müraciət ünvanlayıblar ki, Dağlıq Qarabağda - Şuşada, Ağdamda, Azıx mağarasında, Xudafərin körpüsü və onun ətrafında, Kəlbəcərdə, eləcə də digər ərazilərimizdə ermənilər sivil sayılmayan siyasət aparır, abidələrimizi, maddi-mədəni irsimizi vandalcasına dağıdır, məhv edirlər. Ermənilər bizim həm saysız mədəniyyət abidəmizi dağıdıb, həm də böyük tarixi əhəmiyyət kəsb edən bəşər mədəniyyətində xüsusi yeri olan arxeoloji abidələrimizi, arxeoloji materiallarımızı öz adlarına çıxırlar. Azərbaycan tərəfdən bu istiqamətdə UNESCO-ya saysız müraciət edilsə də, təəssüflər olsun ki, nəticəsiz qalıb, bu təşkilatlar ya bir quru bəyanat verib, ya da tamamilə erməni vandalizminə göz yumublar. UNESCO erməni vandalizminə, onların Azərbaycanın tarixi mədəni irsini talamasına göz yummaqla öz işlərini bitmiş hesab edib. Bu təşkilat bəyan edib ki, bu, siyasi, hərbi məsələdir, biz belə məsələlərə qoşulmuruq. Bununla da öz yaxalarını geri çəkiblər. Bu da nəticədə ona gətirib çıxardı ki, Ermənistan heç nədən çəkinməyərək Azərbaycanın maddi-mədəni irsinə qarşı bu cür vandalizm hərəkətləri törətdi, maddi-mədəni irsimizin böyük hissəsini qarət etdi, mənimsədi, alban xristianlıq abidələrimizi öz adına çıxmağa cəhdlər etdi. UNESCO vaxtında öz məsul olduğu vəzifələri yerinə yetirsəydi və Ermənistana xəbərdarlıq etsəydi, bizim tarixi, maddi-mədəni irsimiz bu dərəcədə vandalizmə məruz qalmazdı. Yəni bu təşkilat  erməni vandalizminin başlandığı ilk dövrlərdə Azərbaycanın verdiyi informasiyalar, etdiyi müraciətlər əsasında araşdırma aparıb Ermənistana qarşı cəza tədbirləri görməli idi. UNESCO-nun tam səlahiyyəti var idi ki, hələ torpaqlarımız işğalda olduğu dövrlərdə həmin ərazilərə faktaraşdırıcı missiya göndərsin, lakin digər beynəlxalq təşkilatlar kimi bu qurum da bunu etmədi”.  

A.X.Əbilov qeyd etdi ki, illlər əvvəl Bülbülün, Üzeyir bəyin, Natəvanın heykəlləri ermənilər tərəfindən vandalcasına gülləbaran ediləndə də bu qurum səssiz qaldı. “Baxmayaraq ki, Azərbaycanın bu məsələ ilə bağlı həmin təşkilata müraciəti olmuşdu” - deyən A.X.Əbilovun sözlərinə görə, amma Ermənistan bütün cəbhələrdə uduzduqdan sonra “kilsələr, xristian abidələri dağıdılır, erməni məzarlıqları məhv edilir” məzmunlu yalançı, saxta bəyanatlarla bu quruma müraciət edir: “Bu gün Ermənistan öz saxta iddiaları ilə UNESCO-nun təsir mexanizmlərindən Azərbaycana qarşı istifadə etmək üçün cəhdlər edir. Biz, əlbəttə, həm dövlət, həm də ictimai təşkilatlar və yaradıcı insanlar olaraq Ermənistanın bu addımına etiraz edirik. Təklif edirik ki, UNESCO işğaldan azad edilən ərazilərdə erməni vandalizmi ilə xüsusi mübarizə aparan təsir mexanizmləri ortaya qoysun. Yadınıza gəlirsə, Əfqanıstanda və İraqda tarixi, arxeoloji abidələr dağıdılan, muzeylərə təcavüz edilən zaman UNESCO fəallaşmışdı. Ona görə ki, bu ölkələrdə xristian və buddist abidələrinə qarşı savadsız insanların hücumları vardı, UNESCO onda xristian, buddist abidələrini müdafiə edirdi. Azərbaycan əraziləri isə işğalda olduğu dövrdə burada ermənilər müsəlman abidələrinə, xristian, müsəlman mədəniyyətinə qarşı barbarlıq, vəhşi münasibət sərgilədiyindən, UNESCO-dan səs çıxmır. Biz UNESCO-dan bu gün daha ciddi addımlar, təsir mexanizmləri ortaya qoymasını istəyirik. Buna bizim haqqımız var” - deyə A.X.Əbilov qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNdİ

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ