Bakı Hərbi Məhkəməsində Birinci Qarabağ müharibəsində azərbaycanlı əsirlərə işgəncə verməkdə təqsirləndirilən Ermənistan vətəndaşı Lüdviq Mkrtçyanın barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.
Trend-in məlumatına görə, hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə qərar verilib. Məhkəmənin qərarı ilə təqdimat təmin edilib və Lüdviq Mkrtçyan barədə 4 ay həbs qətimkan tədbiri seçilib.