Sizi ömürlük Prezident görmək istəyirik – İstefada olan tibb xidməti kapitanı Yaşar Əhmədovun Prezident İlham Əliyevə məktubu...

img

“Bəzən dahi şəxs haqqında “tarixə düşdü” ifadəsi işlədilir. Bu sözü Sizin haqqınızda demək olmaz. Çünki Siz tarixi qızıl hərflərlə özünüz yazdınız. Bütün xalqımızın alnından məğlubiyyət damğasını sildiniz. Gələcək nəsillərə təmiz bir tarix verdiniz.

...Qarabağ torpaqları müqəddəs torpaqlardır. Ancaq bu torpaqları daha da müqəddəsləşdirmək üçün Xankəndi şəhərinə Sizin adınızın verilməsi tarixi ədalət olardı.

Bundan əlavə, Mədəniyyət Nazirliyinin Şuşa şəhərinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kəlbəcərə, Müdafiə Nazirliyinin Ağdama, Kənd Təsərrüfatı Nazirliyinin Fizuliyə köçürülməsi regionun inkişafına xidmət edər. Bütün şəhid ailələrinə, Vətən müharibəsinin əlillərinə müqəddəs Qarabağ torpaqlarından evlər verilməsi isə onların sevincinə səbəb olar. Çünki həmin insanlar bu haqqı öz qanları bahasına qazanıblar.

... İnşallah, Allah Sizə uzun ömür verər. Bütün xalqımız, dünya azərbaycanlıları bunun üçün dua edirlər. Yəqin ki, Uca Yaradan bizim dualarımızı eşidəcək. Prezident seçkiləri isə ləğv edilsin. Çünki biz Sizi ömürlük Prezident görmək istəyirik.

... Sizin bu qədər gərgin iş qrafiki ilə işləməyiniz, ölkəmizə sədaqətlə, qeyrətlə, şərəflə xidmət etməyiniz bütün dünyaya nümunə olub.

Xalqımız da Sizin əziyyətinizin dəyərini bilir. Mən də bir həkim olaraq, dostlarımla birlikdə Qarabağın ən ucqar kəndlərində həkim işləməkdən qürur duyaram.

Allah Sizə bu haqq yolunda daim yardımçı olsun”.

Bunu Göyçay rayonunun Ərəbçəbirli kəndindən Xocalıdan məcburi köçkün, Birinci Qarabağ müharibəsinin veteranı, istefada olan tibb xidməti kapitanı Yaşar Əhmədov Prezident İlham Əliyevə müraciətində bildirib.

Baki-xeber.com

Son xəbərlər