çərşənbə axşamı günü, 13 oktyabr 2026
     

Səttar Möhbalıyev: “Özünü tanımayan senat “Dağlıq Qarabağ respublikası”nı tanımağa qərar verir...”

Image


“Çox qəribədir ki, bu gün Azərbaycana qarşı açıq-aşkar qərəzli mövqe sərgiləyən Fransa Senatı uzun illər davam edən müstəmləkə hakimiyyəti dövründə öz ölkəsinin silahlı qüvvələri tərəfindən həyata keçirilmiş, həm də sadəcə etnik və dini mənsubiyyət fərqi amilinə əsaslanaraq yüz minlərcə dinc sakinin həyatına son qoymuş kütləvi qətllərə indiyədək nə hüquqi qiymət vermək, nə də bu qara ləkəni Fransanın siyasi tarixindən silməyə cəhd göstərmək yönümündə heç bir addım belə atmamışdır”.

HİK-dən “Bakı-Xəbər”ə verilən məlumata görə, bu sözləri Milli Məclisin deputatı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyev deyib.

S.Möhbalıyev daha sonra bildirib:

“İlk olaraq demək lazımdır ki, Fransa Senatının noyabrın 25-də qəbul etdiyi qondarma “Dağlıq Qarabağ Respublikasının tanınmasının zəruriliyinə dair” 145 nömrəli qətnamə layihəsi bütün beynəlxalq hüquq normalarına, BMT Nizamnaməsinə və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə birmənalı olaraq ziddir. Həmçinin bu sənədi qəbul etməklə Fransa Senatı öz hökumətini beynəlxalq hüququn əsas norma və prinsiplərini pozmağa təhrik edir. Eyni zamanda da erməni diasporunun və lobbisinin təsiri altına düşmüş Fransa Senatı bu addımı atmaqla Avropa İttifaqının xarici və təhlükəsizlik siyasəti üzrə qlobal strategiyasına, o cümlədən Avropa İttifaqı Şurasının dövlətlərin ərazi bütövlüyü barədə 2016-cı ildən bəri ardıcıl qəbul etdiyi sənədlər çərçivəsində Fransa Respublikasının üzərinə götürdüyü öhdəliklərə zidd hərəkət edir. Əlbəttə ki, senatın bu absurd təklifinin Fransa hökuməti tərəfindən qəbul ediləcəyi qətiyyən inandırıcı deyil. Lakin əgər bu baş verərsə, bu zaman Fransa ilk növbədə Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramına sarsıdıcı zərbə vurmuş olar. Bütün bunlar və bir çox digər önəmli məqamlar Milli Məclisin qəbul etdiyi qətnamədə öz əksini kifayət qədər aşkar formada tapmışdır. Bu, qətnamənin məzmununa dair deyəcəklərimdir. Sənədin mahiyyətinə gəlincə isə, artıq bütün dünya da, o cümlədən ermənipərəst meylləri ilə tanınan Fransa da bilməlidir ki, Azərbaycan bundan sonra heç kimə özü ilə təhdid və şantaj dilində danışmağa icazə vermək fikrində deyil. Əgər sən təcavüzkar, terrorçu Ermənistana haqq qazandırırsansa, bu zaman get əməkdaşlığını da onunla qur. Qafqazın qlobal enerji layihələrinə də Ermənistanın xətti ilə qatıl, əgər qatıla bilirsənsə. Biz isə səninlə ümumiyyətlə bütün digər sahələrdə də əməkdaşlığımızın mümkünlüyü məsələsinə yenidən baxaq. Fransa Senatı bilməlidir ki, əleyhinə çıxış etdiyi ölkə bütün dünyaya səpələnmiş lobbi təmsilçiləri tərəfindən idarə olunan marionet Ermənistan deyi, müstəqil, güclü iqtisadiyyata və böyük potensiala sahib olan, öz torpaqlarını öz gücünə işğaldan azad etmiş Azərbaycandır.

Müxbirin “Milli Məclisin qətnaməsində tamamilə haqlı olaraq Fransaya qarşı kifayət qədər ciddi ittihamlar irəli sürülüb və bu ölkənin ATƏT-in Minsk qrupunun həmsədrliyindən geri çağırılması üçün qurumun rəhbərliyinə müraciət edilməsi barədə Azərbaycan Hökumətinə çağırış edilib. Sizcə, bu addım Fransanı ermənipərəst mövqeyindən az da olsa uzaqlaşdırmaq üçün yetərli ola bilərmi” sualına cavabında AHİK sədri deyib:

- Bilirsiniz, mənə elə gəlir ki, Fransanın mövqeyi ilk növbədə Fransanın özünü və bu ölkənin xalqını düşündürməlidir. Fransa hökuməti də ilk növbədə ermənilərin deyi, fransız xalqının maraqlarından çıxış etməlidir. Amma hal-hazırda biz bunun əksini

müşahidə edirik. Fransa siyasi dairələri artıq bütün dünyada ənənəvi Ermənistan təəssübkeşliyinin bir təcəssümünə çevrilib. Vasitəçi ölkə kimi bitərəf və ədalətli olmalı olduğunu unudan Fransa açıq-aşkar ermənipərəst mövqeyi ilə münaqişənin sülh yolu və beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinə 30 il ərzində mane olub. Fransan təcavüzkarı heç vaxt öz adı ilə çağırmayıb, işğalçı ilə işğala məruz qalan arasında fərq qoymayıb. Məhz Fransanın dəstəyi təcavüzkar Ermənistanı bu illər ərzində status-kvonu davam etdirməyə və işğal faktını gücləndirməyə həvəsləndirmişdi. Fransa Senatı isə bütün bu illər ərzində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin işğal olunması, mülki əhalinin qətlə yetirilməsi, işğalçı dövlətin torpaqlarımızda etnik təmizləmə, ekoloji terror, qeyri-qanuni məskunlaşma və qanunsuz iqtisadi fəaliyyətlər aparmasına qarşı bir dəfə də olsun etiraz bildirməmişdir. Bunun əvəzində isə indi bu senat münaqişənin tarixi, siyasi və hüquqi aspektlərini əsaslı şəkildə təhrif edən bir sənəd qəbul etməklə hansısa məqsədlərinə nail olmaq istəyir. Təbii ki, belə bir ölkə münaqişə tərəfləri arasında vasitəçi missiyasını həyata keçirə bilməz və Milli Məclisin bəyanatında da bu məqam öz əksini tapmışdır.

“Milli Məclisin qəbul etdiyi qətnamədə maraq doğuran daha bir məqam da Fransanın müstəmləkə hakimiyyəti dövrünün bəzi rüsvayçı epizodlarının diqqət mərkəzinə çəkilməsilə bağlıdır. Bu barədə nə deyə bilərsiniz” sualına millət vəkilinin cavabı isə belə olub:

- Müstəmləkə hakimiyyəti dövrü həqiqətən də Fransanın tarixində qara ləkədir. Həm də bu ləkəni salan hadisələr bəlkə də kimlərinsə zənn etdiyi kimi, sadəcə orta əsrlərdə baş verməyib. Ötən əsrin 50-ci, 60-cı, 70-ci illərində Fransanın silahlı qüvvələri bir neçə Afrika və ərəb ölkələrində sırf etnik və dini mənsubiyyətinə görə yüz minlərcə dinc sakini kütləvi surətdə qətlə yetirmişlər. Bəs görəsən Fransa Senatında bu hadisələrə görə xəcalət hissi keçirən bircə nəfər belə olsa tapılarmı? Bəlkə cənab senatorlar öz ölkələrinin tarixni bilmirlər? Belə olan halda özünü tanımayan Senatın “dağlıq Qarabağ respublikası”nı tanımaq barədə qərar verməsi hansı məntiqə uyğundur?

AHİK sədri “Senatın bu absurd təklifinin Fransa hökuməti tərəfindən qəbul ediləcəyi qətiyyən inandırıcı deyil. Amma hər halda, əgər bu baş verərsə bunun Azərbaycan üçün hansı fəsadları ola bilər” sualına cavabında isə deyib ki, belə bir absurd təklif Fransa hökuməti tərəfindən qəbul edilərsə, bu zaman yaranacaq fəsadlardan Azərbaycan deyil, Ermənistan və Fransa narahat olmalıdır:

-Azərbaycan öz torpaqlarında xarici işğalçı hərbi qüvvələrə qarşı müharibə aparmışdır və həmin ərazilər Azərbaycanın beynəlxalq hüquqda tanınan suveren əraziləridir. Heç bir qüvvə Azərbaycanı buna görə ittiham edə və Azərbaycanın hərbi birləşmələrinin bu ərazilərdən çıxarılmasını tələb edə bilməz. 2020-ci il noyabrın 10-da Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş nazirinin imzaladığı birgə bəyanatla Ermənistan və Azərbaycan arasında hərbi eskalasiyaya son qoyulmuş və regionda sülhün bərqərar olunması istiqamətində praktiki işlərə başlanmışdır. Qətiyyən anlaşılan deyil ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biri olan Fransa bu razılaşmanı pozmağa və münaqişəni yenidən alovlandırmağa niyə bu qədər səylə çalışır. Düşünürəm ki, Fransa hökuməti öz ölkəsinin senatından fərqli olaraq, məsələyə daha məntiqi yanaşacaq və yaranmış gərginliyin aradan qaldırılması istiqamətində zəruri addımlar atacaq.

Baki-xeber.com




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

13.10.2026 / 17:21
Qara dənizdə hücuma məruz qalan gəmidəki 8 Azərbaycan vətəndaşı xilas edilib

13.10.2026 / 17:06
Allahşükür Paşazadə Azərbaycana qarşı iddiaları rədd etdi - İğtişaş yaradırlar... kimin təhriki ilə olur bilirik...

13.10.2026 / 17:02
MM-in parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yaydı - AK Parti iqtidarının hərkətləri suallar doğurur...

13.10.2026 / 16:43
Məktəb partasından ər evinə: Erkən nikah faciəsi və Qanunun müdafiəsi

13.10.2026 / 16:30
Hamı Xəzərin probleminə Azərbaycan prezidenti kimi qayğı göstərsə...

13.10.2026 / 15:56
Ərdoğanın müşaviri göstərdi ki, anti-Azərbaycan kampaniyasını AKP iqtidarı aparır...

13.10.2026 / 15:42
Ermənistan COP29-a gəlmədi, biz niyə COP17-yə getməliyik?!.

13.10.2026 / 15:38
Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edildi - VİDEO

13.10.2026 / 15:25
Səadət Partiyasının sədri Mahmud Arıkan! İlham Əliyevdən qabaq belə məktubu Ərdoğana yazmalı idiniz...

13.10.2026 / 15:17
Türkiyənin din təriqətçiləri Fələstin məsələsində Azərbaycanı da özlərinə bənzətmək istəyir - ziyanlı və faydasız üslub....

13.10.2026 / 15:09
Bolqarıstan sahillərində içərisində azərbaycanlıların da olduğu gəmi vuruldu...

13.10.2026 / 14:54
Belə getsə, Rusiya bütün Avropada sağ populistləri seçki ilə hakimiyyətə gətirəcək – İngiltərə dilə gəldi...

13.10.2026 / 14:30
“Məktəbli forması dünyəvi təhsil prinsiplərini ehtiva edir” - Rizvan Qarabağlı

13.10.2026 / 14:17
Yasamalda məktəbdə yanğın törətməyə cəhd edən 6 nəfər saxlandı - VİDEO

13.10.2026 / 14:08
YAP Ərdoğanın baş müşavirinin Azərbaycanla bağlı açıqlamasına sərt cavab verdi...

13.10.2026 / 13:55
Azərbaycan XİN Səudiyyə Ərəbistanına başsağlığı verdi

13.10.2026 / 13:46
Prezident İlham Əliyevin adından Laos Prezidentinin şərəfinə rəsmi nahar verilib - FOTO

13.10.2026 / 13:40
Tramp Putinə pəncərə açdı, Avropa onun acığına bağladı...

13.10.2026 / 13:27
Kredit faizləri və problemli kreditlər sürətlə artır...

13.10.2026 / 13:10
Azərbaycanda problemli kreditlərin həcmi 932 milyon manatı ötüb

13.10.2026 / 12:53
“Məktəb vətəndaşlıq mövqeyinin formalaşdığı ictimai mühitdir” - Əhliman Əmiraslanov

13.10.2026 / 12:44
Vüqar Rəhimzadə: Azərbaycan və Kamboca bütün sahələrdə əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır

13.10.2026 / 12:38
"44 il əvvəl səfər etdiyim Azərbaycanı çox çətinliklə tanıdım" - Prezident Thonqlun Sisulit

13.10.2026 / 12:18
Ermənistanla sərhədi keçən azərbaycanlı hərbçi ifadəsi yayıldı

13.10.2026 / 12:03
Prezident İlham Əliyev: "Laos bizim üçün dost ölkədir"

13.10.2026 / 11:59
"Azərbaycan ərazisində bütün əsas nəqliyyat-logistika layihələri artıq reallaşıb" - Prezident

13.10.2026 / 11:49
Fələstinin erməni naziri Bakıya gəlir...

13.10.2026 / 11:48
Prezident: "Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşu ildən-ilə genişlənir"

13.10.2026 / 11:45
"Bakıda Azərbaycan-Laos biznes-forumu keçiriləcək" - Prezident İlham Əliyev

13.10.2026 / 11:39
Prezident: "Laosla siyasi əlaqələr uzun illərdir uğurla inkişaf edir"

13.10.2026 / 11:36
"Əminəm ki, Laosla ikitərəfli əməkdaşlıq daha da dərinləşəcək" - Prezident

13.10.2026 / 11:33
Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO

13.10.2026 / 11:31
Azərbaycan ilə Laos arasında Birgə Bəyanat qəbul olunub və sənədlər mübadilə edilib - FOTO/ YENİLƏNDİ

13.10.2026 / 11:29
Prezident İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO/YENİLƏNDİ

13.10.2026 / 11:20
Nazirlikdən pensiyaçılara ŞAD XƏBƏR...

13.10.2026 / 11:01
Prezident İlham Əliyevin Laos Prezidenti ilə təkbətək görüşü olub - FOTO

13.10.2026 / 10:52
Britaniyanın Fairford hərbi hava bazasına hücum iddiası... 29 ölkə İrana sərt xəbərdarlıq etdi - hərəkətə keçəcəyik…

13.10.2026 / 10:43
Laos Prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi olub - FOTO

13.10.2026 / 10:07
NİİM-dən motosiklet və skuter sürənlərə xəbərdarlıq - bu sizə məsuliyyətdən yayınmaq hüququ vermir... VİDEO

13.10.2026 / 09:53
“Mercedes” qatarla toqquşdu - sürücü son anda qurtuldu...

13.10.2026 / 09:36
Novak Avropanı ifşa etdi – sanksiyalar hara, 320 milyardlıq ticarət hara…

13.10.2026 / 09:23
Ukrayna ilk dəfə Rusiyanı öz ballistik raketi ilə vurdu…

13.10.2026 / 09:11
“44” bədii filmi ilə bağlı mətbuat konfransı keçirildi

13.10.2026 / 06:42
Finlandiya XİN-dən Aİ ölkələrinə çağırış - “ruslara vizaları dayandırın…”

12.10.2026 / 23:06
Prezident İlham Əliyevin sosial media hesablarında Kambocanın Baş nazirinin səfəri barədə videoçarx paylaşılıb VİDEO

12.10.2026 / 22:30
İrəlini keçmişin gözü ilə görməyənlərə TARİX DƏRSİ, Azərbaycanın rayonlarında 5 türk kəşfiyyatçı zabiti, Çillərin uğursuz oyunu... Aydın QULİYEV yazır...

12.10.2026 / 22:12
Afrika ölkələri Putinin Ukrayna müharibəsinin sirrini faş etdilər...

12.10.2026 / 21:42
Qərb Rusiyanin nəqliyyat və logistika maraqlarına Ermənistanın əli ilə yeni zərbələr vurur...

12.10.2026 / 21:27
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin edildi

12.10.2026 / 21:20
ABŞ Konqresində seçkinin ilk günündə Trampa impiçment elan olunacaq...

12.10.2026 / 21:12
İranın Gürcüstandakı səfirini it qapıb…

12.10.2026 / 21:06
Ukrayna Putin və Trampın dizel razılaşmasına qurban edilir

12.10.2026 / 21:01
Dövlət məktəblərində geyim qaydalarının icrasına nəzarət gücləndirildi...

12.10.2026 / 20:52
Xəzərlə bağlı problem bütün Avrasiyanı silkələyir

12.10.2026 / 20:44
Masazırda dörd avtomobili yandıran şəxslər yaxalandı...

12.10.2026 / 20:34
İki böyük marşrutla Azərbaycanın üstündən 30 milyon ton yük keçəcək...

12.10.2026 / 20:17
Azərbaycan MDB-də iki illik vəzifə aldı - təşkilata 2-ci nəfəsi verə bilərik?...

12.10.2026 / 19:50
Əliyev Xəzərin dayazlaşmasına qarşı 3 əsaslı dayaq göstərdi - hüquqi baza, elmi potensial və...

12.10.2026 / 19:42
Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırdı

12.10.2026 / 19:32
İrandan Azərbaycanın daxili işlərinə müdaxilə cəhdlərinin yeni dalğası başladılıb...

12.10.2026 / 19:11
Hökumətdə nazir statuslu şəxslərin azı 70 faizi YAP üzvü deyil - İşin xeyrinədir?

12.10.2026 / 18:14
“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi keçirildi - FOTO/VİDEO

12.10.2026 / 17:54
“RİA Novosti” Rusiya üçün qorxunc hesabat işlədi - dəmiryolunu Paşinyana güzəşt etmək bölgədən çıxmaqdır...

12.10.2026 / 17:38
Ukraynalılar Trampın yaxınları ilə Mayami danışıqlarını vaxtından əvvəl tərk etdilər...

12.10.2026 / 17:06
Bismillah adlı şəxs - “Təkböyrəklilər ölkəsində baş verən dəhşət" ...

12.10.2026 / 16:50
Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib - FOTO

12.10.2026 / 16:29
Kallas Trampın Rusiya ilə dizel anlaşmasına çox aqressiv cavab verdi...

12.10.2026 / 16:20
Laos Prezidenti Bakıya gəldi - FOTO

12.10.2026 / 16:17
"Xaricdən gələn ideoloji təhdidlərin neytrallaşdırılması günümüzün əsas tələbidir" - Vüqar Rəhimzadə

12.10.2026 / 16:04
Bakıda məktəb direktorunun avtomobili yandırıldı

12.10.2026 / 15:46
Ərdoğanın və Baxçalının deputatları əmlakların araşdırılması qanununa imkan vermədilər...

12.10.2026 / 15:43
ABŞ və İsrail İrana qarşı müharibənin növbəti mərhələsinə start verir...

12.10.2026 / 15:28
Azərbaycanın ilk addımı məscidlərin bərpası oldu

12.10.2026 / 15:23
Qəzənfər Paşayev: “Vahid məktəbli formasının olması çox böyük xoşbəxlikdir”

12.10.2026 / 15:19
Bir qrup tələbəyə Prezident təqaüdü veriləcək - SİYAHI

12.10.2026 / 15:16
Azərbaycanla İordaniya arasında vizasız gediş-gəliş təsdiqləndi

12.10.2026 / 14:59
Ceyran Mahmudova:"Hər bir şagirdin eyni geyim qaydalarına riayət etməsi məktəb kollektivinə mənsubiyyət hissini gücləndirir..."

12.10.2026 / 14:45
Paşinyan Cermuk və Sisyanı Amulsar qızılına bükməyə hazırlaşır...

12.10.2026 / 14:17
MŞ-nın komissiya sədri Avropa Müstəqil Mətbuat Şuraları Alyansının illik toplantısında iştirak edib - FOTO

12.10.2026 / 13:50
Prezident İlham Əliyev və Mehriban Əliyevanın adından Kambocanın Baş naziri və Birinci xanımının şərəfinə rəsmi nahar verilib - FOTO

12.10.2026 / 13:23
Məhəmməd Füzuli yaradıcılığında memarlıq motivləri və cizgiləri

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ