Fransız ziyalıları Makrona qarşı öldürücü kampaniya başlatdı - Bizim prezident homoseksualdır, dünya şöhrətli sənətçi...

img

“Fransız olaraq ölkəmizdə baş verənlərdən  çox narahatam. İndiki həssas zamanda Fransanın mövqeyi  tamamilə  yanlışdır...

Mən bilirəm ki, bizim respublikanın prezidenti homoseksualdır. Ancaq bu mövzuya heç kim heç zaman toxunmur. Onun təcrübəsizliyi üzündən yürütdüyü siyasət bizi uçuruma aparır. Baş verənlər üçün hər bırinizdən üzr istəyirəm və onun səhvlərini bizim ayağımıza yazmamanızı xahiş edirəm”. Bu fikirləri xarici mətbuata tanınmış fransız aktyoru Jerar Depardye deyib.

Digər həmkarlarından fərqli olaraq, J.Depardye öz ölkəsinin tutduğu yanlış yola görə onu tənqid edir və Fransanın nümaiş etdirdiyi ermənipərəst, ədalətsiz mövqeyin onun və digər fransızların iradəsini əks etdirmədiyini vurğulayır.

  • Samir Adıgözəlli: “Dünyaca məşhur sənətçi yaxşı görür ki, Makronun rəhbərlik etdiyi hökumət böyük tarixi, dövlətçilik ənənəsi olan Fransanı uçuruma aparır”

İctimai-Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli “Bakı-Xəbər”ə bildirdi ki, şəxsi göstəricilər baxımından Paşinyanla Makronun heç bir fərqi yoxdur. O hesab edir ki, çox yaxın zamanlarda J.Depardyenin başlatdığı bu kampaniyaya digər görkəmli fransızlar da qoşulacaqlar, çünki Makronun yürütdüyü siyasət Fransa dövlətini iflasa aparır. “İndiyə qədər Fransa dövləti tarixində Makron qədər axmaq dövlət başçısı olmayıb. Onun Azərbaycanla, Türkiyə ilə bağlı yürütdüyü axmaq siyasətin Fransanı uçuruma apardığının real mənzərəsini görməkdəyik. Fransa Senatının son qəbul etdiyi üzdəniraq qətnamə Fransanın bütün Avropa dəyərlərinə, bu ölkənin özünün tarixi keçmişinə qara bir ləkə vurdu. Fransada ağıllı insanlar, aydın düşünən ziyalılar çoxdur, J.Depardye də onlardan biridir. Dünyaca məşhur sənətçi yaxşı görür ki, Makronun rəhbərlik etdiyi hökumət böyük tarixi, dövlətçilik ənənəsi olan Fransanı uçuruma aparır, bu dövləti bütün dünyada biabır edir. J.Depardyenin açıqlaması da onu göstərir ki, yaxın vaxtlarda Fransanın ədəbiyyat, mədəniyyət, elm adamları, irəlidə olan ziyalıları, ümumilikdə, fransız xalqı  Fransanın ermənipərəst hökumətinin bu biabırçı davranışlarına adekvat cavab verəcək, bu ölkənin siyasi rəhbərliyinə qarşı kampaniyaya başlayacaq. Artıq bunun rüşeymləri görünür. Fransanın ağıllı ziyalıları görürlər ki, Fransa hökumətinin həyata keçirdiyi bu yanlış siyasət, Azərbaycanın ərazi bütövlüyünün parçalanmasına yönəlik addımları bu ölkənin nüfuzunu bütün dünyada heçə endirir. Senatın qəbul etdiyi bədnam qərarla Fransa özünün dünyadakı nüfuzuna ciddi xələl gətirdi. Belə bir görkəmli bir sənətkarın, kino xadiminin Fransa Prezidentinin şəxsi keyfiyyətlərini qabartması və bunu açıq şəkildə bəyan etməsi belə bir adamın Fransaya rəhbərlik etməsinin bütün fransız xalqına təhqir olduğunu açıq ortaya qoyur. Makronun erməni sevgisini və onun Paşinyanla sanki bir bədəndə, bir ruhda davranmasını bütün dünya görür”.

Azərbaycanın öz torpaqlarını azad edərək ədaləti bərpa etdiyini deyən S.Adıgözəlli hesab edir ki, Fransanın həm müharibədən əvvəl, həm müharibə dövründə, həm də müharibə sonrası Azərbaycana qarşı sərgilədiyi çirkin mövqe Fransa kimi bir dövlətə yaraşmayan mövqedir, Makronun rəhbərlik etdiyi hökumət Fransanın nüfuzuna ciddi zərbə vurub.

S.Adıgözəllinin sözlərinə görə, Fransanın daxilində çox ciddi problemlər var, bu ölkədə növbəti iğtişaşlar baş verəcək, çünki fransız xalqı ermənipərəst Makronun əməllərindən çox narazıdır.

  • Azər Həsrət: “Jerar Depardyenin Fransa Prezidenti ilə bağlı söylədikləri, əlbəttə, təsadüfi deyil”

Siyasi icmalçı Azər Həsrət isə hesab edir ki, Fransadan belə səslərin eşidilməsi sevindiricidir:  “Çünki Fransa özünün qədim mədəniyyəti ilə, özəlliklə də dünya mədəniyyətinə verdiyi töhfələrlə əlbəttə ki, dünya tarixində yeri, rolu ilə fərqlənən bir dövlətdir. Belə bir ölkənin rəhbərliyində bu cür adamların təmsil olunması təəssüf doğuran haldır. Fransızlar bizim düşündüyümüz kimi heç də hamılıqla ermənipərəst deyillər. Onların arasında kifayət qədər normal insan var. Əslinə qalanda Fransa əhalisinin böyük hissəsi normal düşüncəli insanlardır. Sadəcə olaraq, hakimiyyət başına gələn adamlar elə adamlar olurlar ki, onlar ölkəni yanlış istiqamətə sürükləyirlər. O baxımdan da Azərbaycan kimi dövlətlərə münasibətdə çox ciddi yanlışlıqlara yol verirlər və yol verdikləri zaman da təkcə Azərbaycan və digər dövlətlər deyil, öz vətəndaşları da onları tənqid edirlər. Eyni zamanda, əslində, bu, onların öz mahiyyətini açır. Bu baxımdan, J.Depardyenin Fransa Prezidenti ilə bağlı söylədikləri, əlbəttə, təsadüfi deyil. Mən demirəm ki, kiminsə şəxsi həyatı, yaxud şəxsi keyfiyyətləri müzakirə mövzusu olmaldır, amma, istənilən halda, həmin ölkənin vətəndaşının öz prezidenti haqqında, özəlliklə də dünyaca məşhur bu aktyorun bu cür danışması yerinə düşür. O baxımdan yerinə düşür ki, adama, prezidentə, Fransanı idarə edənlərə, yaxud Azərbaycana qarşı bir əsassız layihə irəli sürüb onu dəstəkləyənlərə bir həyəcan təbili çalırlar. Onlar həyəcan təbili çalırlar ki, siz bizim qədim tarixə malik Fransamızı bu günə qoymamalısınız, bu qədər aşağılayıb gözdən sala bilməzsiniz. Mənə elə gəlir ki, Makron başda olmaqla Fransa rəhbərliyində olan şəxslər həyəcan təbilinə diqqət kəsilməlidirlər, qulaq verməlidirlər ki, öz ölkələrini, xalqlarını bundan sonra belə biabırçı durumlara düşürməsinlər” - deyə A.Həsrət vurğuladı. 

İradə SARIYEVA

Son xəbərlər