çərşənbə axşamı günü, 13 oktyabr 2026
     

Fransanın Qarabağda erməni separatizminə açıq dəstəyi və diasporumuzun yeni mütəşəkkil siyasi müqaviməti...

Image


Fransa Senatında “Dağlıq Qarabağ respublikası”nın tanınmasının zəruriliyinə dair” qətnamənin qəbul edilməsi Fransanın dövlətlərin ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı kimi beynəlxalq hüququn əsas prinsiplərinə məhəl qoymamasının əyani sübutudur. Bu addım BMT Nizamnaməsi və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin kobudcasına pozulması ilə yanaşı, dövlət sərhədlərinin tanınması, ərazi bütövlüyünün qorunması barədə normaların tələblərinə də tamamilə ziddir. Fransa Senatının  qəbul etdiyi bu qərar Azərbaycanda və onun hüdudlarından  kənarda ciddi etirazla qarşılanıb.

Vasitəçi mandatı daşıyan bir ölkənin belə bir qətnamə ilə çıxış etməsi...

Azərbaycan Xarici İşlər Nazirliyi Fransa Senatında qəbul edilmiş “Dağlıq Qarabağ Respublikasının tanınması zərurəti” adlı qətnamə təklifi ilə bağlı öz sərt mövqeyini ifadə edib.  Həmin məlumatda bildirilir ki, Azərbaycan Respublikasının Fransadakı səfiri qətnamənin səsverməsindən bir gün öncə Senatın dinləmə prosedurlarına uyğun olaraq Senat üzvləri qarşısında çıxış edib və qətnamə təklifi ilə bağlı, burada əks olunan birtərəfli və həqiqətə uyğun olmayan məqamlarla bağlı ətraflı məlumat təqdim edib. Buna rəğmən, Senat tərəfindən tamamilə qərəzli qətnamənin qəbul edilməsi yalnız təxribat kimi qiymətləndirilə bilər. Görünür, Fransa erməniləri münaqişə mövzusundan seçki məqsədləri üçün geniş şəkildə istifadə edirlər. Qeyd edilib ki, Senatın qəbul etdiyi qətnamənin hüquqi qüvvəsi yoxdur: “Lakin qətnamənin siyasi məna kəsb etdiyini nəzərə alaraq, vasitəçi mandatı daşıyan bir ölkənin belə bir qətnamə ilə çıxış etməsi ölkənin bitərəfliliyini ciddi şübhə altına alır. Bu, həmçinin, Azərbaycan ictimaiyyətində Fransanın ədalətli vasitəçi nüfuzuna xələl gətirir. Yaxşı olardı ki, Fransa Senatı, qərəzli qətnamələr qəbul etmək əvəzinə, bölgədə sülh, sabitlik və tərəqqiyə xidmət edən fəaliyyətlə məşğul olardı”.

Fransa XİN: “Ermənistan da daxil olmaqla, dünya birliyi Dağlıq Qarabağın "müstəqilliyini" tanımayıb”

Fransa hökuməti isə dərhal məsələyə reaksiya verərək, Senatın mövqeyini dəstəkləmədiklərini bəyan edib. Fransa Xarici İşlər Nazirliyinin Dövlət Katibi Jean-Baptiste Lemoine bildirib ki, Fransanın separatçı "Dağlıq Qarabağın müstəqilliyini" birtərəfli qaydada tanıması heç kim üçün faydalı olmayacaq. Diplomatın sözlərinə görə, bu addım Fransa hökumətinin siyasətini əks etdirmir: “Dağlıq Qarabağ münaqişəsinin həlli təktərəfli deyil, iki tərəf arasındakı dialoqdan asılıdır. Bu gün tərəflər həmsədrlərin (ATƏT-in Minsk Qrupunun - Fransa, Rusiya, ABŞ) dialoqu davam etdirmək üçün dəstəyinə ehtiyac duyurlar”. Lemoine əlavə edib ki, Ermənistan da daxil olmaqla, dünya birliyi Dağlıq Qarabağın "müstəqilliyini" tanımayıb.

Fransa səfirinə təqdim edilən etiraz notası...

Bunun ardınca, 26 noyabr tarixində Fransanın Azərbaycandakı səfiri Zakari Qros Xarici İşlər Nazirliyinə çağırılıb. Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, görüşdə bu ilin 25 noyabr tarixində Fransa Senatı tərəfindən “Dağlıq Qarabağ Respublikasının tanınması zərurəti” adlı qətnamənin qəbul edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin etiraz notası səfirə təqdim edilib.

Beynəlxalq hüququn norma və prinsipləri, BMT Nizamnaməsi, Helsinki Yekun Aktı, BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli müvafiq qətnamələrinə zidd olan Senatın bu qətnaməsi ilə bağlı qəti etiraz Fransa səfirinin diqqətinə çatdırılıb.

Fransa səfiri Azərbaycan XİN-in mövqeyinin Parisin diqqətinə çatdırılacağını bildirib.

“Dağlıq Qarabağ respublikası” adlı oyuncaq qurumun  mövcudluğuna 2020-ci ilin noyabr ayında son qoyulub

Azərbaycan Milli Məclisi də Fransa Senatında Dağlıq Qarabağın tanınmasına dair qətnamə qəbul edilməsinə etiraz olaraq bəyanat qəbul edib. Bəyanatda deyilir ki, Fransada fəaliyyət göstərən ayrı-ayrı türkofob və islamofob siyasi dairələrin və erməni etnik qruplarının təhriki ilə Fransa Respublikası Senatının 2020-ci il noyabrın 25-də qəbul etdiyi qətnamə ilə əlaqədar Azərbaycan Respublikasının Milli Məclisi  öz etirazını bildirir. Qeyd olunur ki, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikasının 1988-1994-cü illərdə işğal edilmiş ərazilərində qanunsuz yaradılan və heç bir dövlət tərəfindən tanınmayan “Dağlıq Qarabağ respublikası” adlı oyuncaq qurumun  mövcudluğuna 2020-ci ilin noyabr ayında son qoyulub. Fransa Senatı tərəfindən bu oyuncaq qurumun tanınması zərurətinin irəli sürülməsi Fransa hökumətini beynəlxalq hüququn əsas norma və prinsiplərini pozmağa təhrik etmək cəhdidir.

Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar da Fransa Senatında Dağlıq Qarabağdakı qondarma qurumun tanınması məsələsinə baxılması ilə bağlı bəyanat yayıblar. Bəyantda qeyd olunur ki, Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar olaraq təəssüflə bəyan edirik ki, Fransa Senatının bu hərəkəti bizim üçün gözlənilməz deyildi, belə bir addım atılacağını gözləyirdik: “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ilk günlərindən başlamış qərəzli mövqe Tovuz rayonunda Azərbaycan sərhədlərinin pozulması zamanı, xüsusən də İkinci Qarabağ müharibəsinin gedişində və müharibədən sonra özünü daha qabarıq büruzə verdi”

Siyasi partiya və QHT-lərdən sərt mövqe...

Azərbaycanın Fransa səfirliyinin qarşısında bir sıra qeyri-hökumət təşkilatlarının təmsilçiləri tərəfindən etiraz aksiyası keçirilib. İştirakçılar ingilis və fransız dillərində hazırlanmış plakatlar qaldırıb, "Qarabağ Azərbaycandır", "Fransa ədalətli ol", "Beynəlxalq hüquqa hörmət elə", "Fransa ATƏT-dən rədd ol!" kimi şüarlar səsələndiriliblər. Aksiyaçılar hazırlanmış bəyanatı oxuyublar.  Bəyanatda bildirilib ki, Fransa Senatının qəbul etdiyi qətnamədə əks olunmuş müddəalar noyabrın 9-da Azərbaycan və Ermənistan arasında əldə edilmiş razılaşmaya kölgə salır: "Fransa Ermənistan tərəfindən Azərbaycana qarşı törədilmiş çoxsaylı beynəlxalq cinayətlərə göz yuman, dinc azərbaycanlılara qarşı dəfələrlə həyata keçirilmiş terror və vandalizm riyakarlığını və ikiüzlülüyünü bütün dünyada nümayiş etdirdi.  Bu qətnamə əldə edilmiş sülhü təhlükə altına atır. Biz bu qətnaməni pisləyir və ləğv edilməsini tələb edirik. Senatın bədnam qətnaməsi ləğv olunana qədər isə Fransa ilə bütün əlaqələrin dayandırılmasını tələb edirik".

Etirazçılar Senatın qəbul etdiyi qətnaməni BMT Təhlükəsizlik Şurasının daimi üzvü və ATƏT-in Minsk Qrupunun həmsədri olan Fransa adına böyük rüsvayçılıq və qara ləkə adlandırıblar: "Fransa ATƏT-in Minsk Qrupunun həmsədrlik mandatından və vasitəçilik missiyasından imtina etsin, Parisdəki səfirimiz geri çağırılsın".

“Bununla Fransa  Senatı açıq- açığına terroru dəstəkləmiş olub”

Göründüyü kimi,  Fransa Senatının  qəbul etdiyi məsuliyyətsiz bir sənədə Azərbaycan və xaricdə ən müxtəlif formalarda etirazlar edilib.  Ancaq bunu da qeyd edək ki, Fransa Senatının Dağlıq Qarabağın "müstəqilliyini" tanıması barədə yanlış qərarı digər dövlətlər üçün də presedentə çevrilə bilər. Bunun qarşısını almaq üçün diplomatik sahədə geniş tədbirlər planı hazırlamaq  gərəkdir.  Xüsusilə də bu saxta qərara etirazlar  bütün  dünyadakı diaspor təşkilatlarımız tərəfindən edilməlidir ki, başqa ölkələr üçün bu zərərli qərarın qəbulunu presedentə çevirməsinlər. Bu yöndə xaricdəki diaspor təşkilatlarımız hansı addımları atmalıdır?

Diaspor sahəsində fəaliyyətində görə Azərbaycan dövlətinin bir neçə ali mükafatına layiq görülən ictimai-siyasi xadim Mirkazım Seyidov  “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu olduqca ciddi məsələdir: “Hesab edirəm ki, bizim rəsmi qurumlarla yanaşı, qeyri hökumət təşkilatlarımız və  diaspor qurumlarımız da bu istiqamətdə fəaliyyətlərini, daha doğrusu, etirazlarını genişləndirməlidirlər. Faktiki olaraq  bununla Fransa  Senatı açıq-açığına terroru dəstəkləmiş olub.  Bu, eyni zamanda, Azərbaycana qarşı olan təxribatdır.  Mən bunu erməni lobbizminin  əldə  etdiyi nəticə kimi qiymətləndirirəm. Çünki həmin ölkədə erməni lobbisinin dayaqları çox güclüdür. Fransa ermənilərin Gəncədə, Bərdədə törətdiyi terrora görə heç bir bəyanat vermədi, erməni vəhşiliyinə etiraz etmədi. Ermənilər körpə balalarımızı qətlə yetirdi, Fransa susdu. Amma noyabrın 25-də heç bir əsası olmayan qətnamə qəbul edir. Fransa Azərbaycan qanunvericiliyinə hörmətlə yanaşmalıdır, beynəlxalq qanunlarına hörmət etməlidir. Fransa heç bir haqq-ədalətdən danışa bilməz. Qarabağ Azərbaycanın əbədi və əzəli ərazisidir. Bir neçə gün əvvəl Fransa prezidenti Emanuel Makron da Qarabağın Azərbaycan ərazisi olduğunu təsdiqlədi. Bu hadisədən sonra Fransa Senatının belə bir qətnamə qəbul etməsi Fransa dövlətinin nüfuzuna xələl gətirir. Fransa Ermənistanı müdafiə edirsə, bu ölkə də terror dövlətidir. Azərbaycan ictimaiyyəti Fransanın bu addımına kəskin etiraz edir. Onsuz da Fransanın bəzi ərazisində ermənilər məskunlaşıb. Əgər Fransa istəyirsə, həmin ərazilərin adını Ermənistan qoysun və ermənilərə təhvil versin".

“Fransanın əsasını qoyduğu saxtakarlığın qarşısını almalıyıq ki,  başqa ölkələr öz hesablarını götürsünlər”

Mirkazım Seyidovun sözlərinə görə,  bunun üçün diaspor təşkilatlarımızın  lobbiçilik fəaliyyətinə keçidi lazımdır: “Təəssüflər olsun ki, bu istiqamətdə bir qədər geriləməlrimiz var. Fransa hakimiyyəti bu qərarın hökumətin mövqeyi olmadığını desə də, qəbul edilən sənəd tövsiyə xarakterli olsa da, biz etirazlarımıza ara verməməliyik. Çünki bunun vacib siyasi və təbliğatı əhəmiyyəti var. Erməni lobbisi  belə  saxtakarlıqlar üzrə tam ixtisaslaşıb.  Biz Türkiyəyə qarşı olan  qondarma  “soyqırım” iddiaları ilə bağlı onların fəaliyyətini görürük.  Fransanın əsasını qoyduğu saxtakarlığın qarşısını almalıyıq ki,  başqa ölkələr öz hesablarını götürsünlər. Bunun üçün  aktiv diaspor təşkilatlarımızın bu məsələ ilə bağlı ideoloji olaraq vahid mərkəzdən təlimatlandırılmasını təmin etməliyik ki,  işimizin effekti yaxşı olsun.  Jurnalist, hüquqşünas və cəmiyyətdə tanınmış olan başqa ixtisas sahiblərindən ibarət nümayəndə heyətləri təmsil olunduqları ölkələrdəki nüfuzlu KİV-lərin redaksiyalarına gedib görüşlər keçirməlidir ki, bu məsələnin zərərli olduğunu anlatsınlar. Ölkələrdəki təbliğat vasitələri ilə aktiv işləmək lazımdır. Həmçinin, Fransa Senatının  qərarına etiraz əlaməti olaraq aksiyalar keçirilməlidir ki, bütün dünya hansı saxtakarlıqdan söhbətin gedildiyini bilsin. Mən bilirəm ki. bu məsələdə qardaş türk diasporu da bizim mövqeyimizi birmənalı dəstəkləyir. Onların da diaspor təşkilatları ilə koordinasiyalı fəaliyyətə üstünlük verməliyik”.

Müsahibimiz dedi ki, Azərbaycan diasporu bu cür həlledici mıqamlarda daim dövlətimizin yanında olub: “Əminəm ki, bu sınaqdan da üzüağ çıxıb, haqqın-ədalətin bərqərar olunmasına öz töhfəsini verəcək”.

Məhəmmədəli QƏRİBLİ

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.

 

 




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

13.10.2026 / 17:21
Qara dənizdə hücuma məruz qalan gəmidəki 8 Azərbaycan vətəndaşı xilas edilib

13.10.2026 / 17:06
Allahşükür Paşazadə Azərbaycana qarşı iddiaları rədd etdi - İğtişaş yaradırlar... kimin təhriki ilə olur bilirik...

13.10.2026 / 17:02
MM-in parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yaydı - AK Parti iqtidarının hərkətləri suallar doğurur...

13.10.2026 / 16:43
Məktəb partasından ər evinə: Erkən nikah faciəsi və Qanunun müdafiəsi

13.10.2026 / 16:30
Hamı Xəzərin probleminə Azərbaycan prezidenti kimi qayğı göstərsə...

13.10.2026 / 15:56
Ərdoğanın müşaviri göstərdi ki, anti-Azərbaycan kampaniyasını AKP iqtidarı aparır...

13.10.2026 / 15:42
Ermənistan COP29-a gəlmədi, biz niyə COP17-yə getməliyik?!.

13.10.2026 / 15:38
Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edildi - VİDEO

13.10.2026 / 15:25
Səadət Partiyasının sədri Mahmud Arıkan! İlham Əliyevdən qabaq belə məktubu Ərdoğana yazmalı idiniz...

13.10.2026 / 15:17
Türkiyənin din təriqətçiləri Fələstin məsələsində Azərbaycanı da özlərinə bənzətmək istəyir - ziyanlı və faydasız üslub....

13.10.2026 / 15:09
Bolqarıstan sahillərində içərisində azərbaycanlıların da olduğu gəmi vuruldu...

13.10.2026 / 14:54
Belə getsə, Rusiya bütün Avropada sağ populistləri seçki ilə hakimiyyətə gətirəcək – İngiltərə dilə gəldi...

13.10.2026 / 14:30
“Məktəbli forması dünyəvi təhsil prinsiplərini ehtiva edir” - Rizvan Qarabağlı

13.10.2026 / 14:17
Yasamalda məktəbdə yanğın törətməyə cəhd edən 6 nəfər saxlandı - VİDEO

13.10.2026 / 14:08
YAP Ərdoğanın baş müşavirinin Azərbaycanla bağlı açıqlamasına sərt cavab verdi...

13.10.2026 / 13:55
Azərbaycan XİN Səudiyyə Ərəbistanına başsağlığı verdi

13.10.2026 / 13:46
Prezident İlham Əliyevin adından Laos Prezidentinin şərəfinə rəsmi nahar verilib - FOTO

13.10.2026 / 13:40
Tramp Putinə pəncərə açdı, Avropa onun acığına bağladı...

13.10.2026 / 13:27
Kredit faizləri və problemli kreditlər sürətlə artır...

13.10.2026 / 13:10
Azərbaycanda problemli kreditlərin həcmi 932 milyon manatı ötüb

13.10.2026 / 12:53
“Məktəb vətəndaşlıq mövqeyinin formalaşdığı ictimai mühitdir” - Əhliman Əmiraslanov

13.10.2026 / 12:44
Vüqar Rəhimzadə: Azərbaycan və Kamboca bütün sahələrdə əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır

13.10.2026 / 12:38
"44 il əvvəl səfər etdiyim Azərbaycanı çox çətinliklə tanıdım" - Prezident Thonqlun Sisulit

13.10.2026 / 12:18
Ermənistanla sərhədi keçən azərbaycanlı hərbçi ifadəsi yayıldı

13.10.2026 / 12:03
Prezident İlham Əliyev: "Laos bizim üçün dost ölkədir"

13.10.2026 / 11:59
"Azərbaycan ərazisində bütün əsas nəqliyyat-logistika layihələri artıq reallaşıb" - Prezident

13.10.2026 / 11:49
Fələstinin erməni naziri Bakıya gəlir...

13.10.2026 / 11:48
Prezident: "Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşu ildən-ilə genişlənir"

13.10.2026 / 11:45
"Bakıda Azərbaycan-Laos biznes-forumu keçiriləcək" - Prezident İlham Əliyev

13.10.2026 / 11:39
Prezident: "Laosla siyasi əlaqələr uzun illərdir uğurla inkişaf edir"

13.10.2026 / 11:36
"Əminəm ki, Laosla ikitərəfli əməkdaşlıq daha da dərinləşəcək" - Prezident

13.10.2026 / 11:33
Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO

13.10.2026 / 11:31
Azərbaycan ilə Laos arasında Birgə Bəyanat qəbul olunub və sənədlər mübadilə edilib - FOTO/ YENİLƏNDİ

13.10.2026 / 11:29
Prezident İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO/YENİLƏNDİ

13.10.2026 / 11:20
Nazirlikdən pensiyaçılara ŞAD XƏBƏR...

13.10.2026 / 11:01
Prezident İlham Əliyevin Laos Prezidenti ilə təkbətək görüşü olub - FOTO

13.10.2026 / 10:52
Britaniyanın Fairford hərbi hava bazasına hücum iddiası... 29 ölkə İrana sərt xəbərdarlıq etdi - hərəkətə keçəcəyik…

13.10.2026 / 10:43
Laos Prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi olub - FOTO

13.10.2026 / 10:07
NİİM-dən motosiklet və skuter sürənlərə xəbərdarlıq - bu sizə məsuliyyətdən yayınmaq hüququ vermir... VİDEO

13.10.2026 / 09:53
“Mercedes” qatarla toqquşdu - sürücü son anda qurtuldu...

13.10.2026 / 09:36
Novak Avropanı ifşa etdi – sanksiyalar hara, 320 milyardlıq ticarət hara…

13.10.2026 / 09:23
Ukrayna ilk dəfə Rusiyanı öz ballistik raketi ilə vurdu…

13.10.2026 / 09:11
“44” bədii filmi ilə bağlı mətbuat konfransı keçirildi

13.10.2026 / 06:42
Finlandiya XİN-dən Aİ ölkələrinə çağırış - “ruslara vizaları dayandırın…”

12.10.2026 / 23:06
Prezident İlham Əliyevin sosial media hesablarında Kambocanın Baş nazirinin səfəri barədə videoçarx paylaşılıb VİDEO

12.10.2026 / 22:30
İrəlini keçmişin gözü ilə görməyənlərə TARİX DƏRSİ, Azərbaycanın rayonlarında 5 türk kəşfiyyatçı zabiti, Çillərin uğursuz oyunu... Aydın QULİYEV yazır...

12.10.2026 / 22:12
Afrika ölkələri Putinin Ukrayna müharibəsinin sirrini faş etdilər...

12.10.2026 / 21:42
Qərb Rusiyanin nəqliyyat və logistika maraqlarına Ermənistanın əli ilə yeni zərbələr vurur...

12.10.2026 / 21:27
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin edildi

12.10.2026 / 21:20
ABŞ Konqresində seçkinin ilk günündə Trampa impiçment elan olunacaq...

12.10.2026 / 21:12
İranın Gürcüstandakı səfirini it qapıb…

12.10.2026 / 21:06
Ukrayna Putin və Trampın dizel razılaşmasına qurban edilir

12.10.2026 / 21:01
Dövlət məktəblərində geyim qaydalarının icrasına nəzarət gücləndirildi...

12.10.2026 / 20:52
Xəzərlə bağlı problem bütün Avrasiyanı silkələyir

12.10.2026 / 20:44
Masazırda dörd avtomobili yandıran şəxslər yaxalandı...

12.10.2026 / 20:34
İki böyük marşrutla Azərbaycanın üstündən 30 milyon ton yük keçəcək...

12.10.2026 / 20:17
Azərbaycan MDB-də iki illik vəzifə aldı - təşkilata 2-ci nəfəsi verə bilərik?...

12.10.2026 / 19:50
Əliyev Xəzərin dayazlaşmasına qarşı 3 əsaslı dayaq göstərdi - hüquqi baza, elmi potensial və...

12.10.2026 / 19:42
Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırdı

12.10.2026 / 19:32
İrandan Azərbaycanın daxili işlərinə müdaxilə cəhdlərinin yeni dalğası başladılıb...

12.10.2026 / 19:11
Hökumətdə nazir statuslu şəxslərin azı 70 faizi YAP üzvü deyil - İşin xeyrinədir?

12.10.2026 / 18:14
“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi keçirildi - FOTO/VİDEO

12.10.2026 / 17:54
“RİA Novosti” Rusiya üçün qorxunc hesabat işlədi - dəmiryolunu Paşinyana güzəşt etmək bölgədən çıxmaqdır...

12.10.2026 / 17:38
Ukraynalılar Trampın yaxınları ilə Mayami danışıqlarını vaxtından əvvəl tərk etdilər...

12.10.2026 / 17:06
Bismillah adlı şəxs - “Təkböyrəklilər ölkəsində baş verən dəhşət" ...

12.10.2026 / 16:50
Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib - FOTO

12.10.2026 / 16:29
Kallas Trampın Rusiya ilə dizel anlaşmasına çox aqressiv cavab verdi...

12.10.2026 / 16:20
Laos Prezidenti Bakıya gəldi - FOTO

12.10.2026 / 16:17
"Xaricdən gələn ideoloji təhdidlərin neytrallaşdırılması günümüzün əsas tələbidir" - Vüqar Rəhimzadə

12.10.2026 / 16:04
Bakıda məktəb direktorunun avtomobili yandırıldı

12.10.2026 / 15:46
Ərdoğanın və Baxçalının deputatları əmlakların araşdırılması qanununa imkan vermədilər...

12.10.2026 / 15:43
ABŞ və İsrail İrana qarşı müharibənin növbəti mərhələsinə start verir...

12.10.2026 / 15:28
Azərbaycanın ilk addımı məscidlərin bərpası oldu

12.10.2026 / 15:23
Qəzənfər Paşayev: “Vahid məktəbli formasının olması çox böyük xoşbəxlikdir”

12.10.2026 / 15:19
Bir qrup tələbəyə Prezident təqaüdü veriləcək - SİYAHI

12.10.2026 / 15:16
Azərbaycanla İordaniya arasında vizasız gediş-gəliş təsdiqləndi

12.10.2026 / 14:59
Ceyran Mahmudova:"Hər bir şagirdin eyni geyim qaydalarına riayət etməsi məktəb kollektivinə mənsubiyyət hissini gücləndirir..."

12.10.2026 / 14:45
Paşinyan Cermuk və Sisyanı Amulsar qızılına bükməyə hazırlaşır...

12.10.2026 / 14:17
MŞ-nın komissiya sədri Avropa Müstəqil Mətbuat Şuraları Alyansının illik toplantısında iştirak edib - FOTO

12.10.2026 / 13:50
Prezident İlham Əliyev və Mehriban Əliyevanın adından Kambocanın Baş naziri və Birinci xanımının şərəfinə rəsmi nahar verilib - FOTO

12.10.2026 / 13:23
Məhəmməd Füzuli yaradıcılığında memarlıq motivləri və cizgiləri

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ