çərşənbə axşamı günü, 13 oktyabr 2026
     

Respublika “Xatirə kitabı”nın daha bir qiymətli xüsusi layihə kitabı çap edildi - MÜSAHİBƏ

Image


“Azərbaycan xalqı 44 günlük Vətən müharibəsində göstərdiyi şücaəti, əzmkarlığı eyni dərəcədə  İkinci Dünya müharibəsində də göstərib”

 

Mədəniyyət Nazirliyinin Respublika “Xatirə kitabı” redaksiyasının hazırladığı, faşizm üzərində Qələbənin 75 illiyi ilə əlaqədar olaraq xüsusi buraxılış - “Qələbə - 75” kitabı işıq üzü görüb.   

“Xatirə kitabı” redaksiyasının baş redaktoru Nəzakət Məmmədova ilə görüşüb yeni çapdan çıxan “Qələbə - 75” kitabı ilə bağlı söhbət etdik.

- Nəzakət xanım, rəhbərlik etdiyiniz “Xatirə kitabı” Redaksiyasının xüsusi buraxılışı olan “Qələbə-75” çapdan çıxıb. Bilirik ki, bu layihə üzərində kollektiviniz çox böyük zəhmət çəkib.

- Bu il II Dünya müharibəsində faşizm üzərində Qələbənin 75 illiyidir. Bu Qələbədə Azərbaycanın da böyük rolu olub. Təkcə rəqəmlərə diqqət yetirsək, məncə, kifayət edər. Böyük Vətən müharibəsi başlayanda, yəni 1941-ci ilin statistikasına görə, Azərbaycanda əhalinin ümumi sayı 3,4 milyon nəfər idi. Buraya həm döyüş qabiliyyəti olan cavanlar və gənclər, həm əlillər, həm ahıllar, həm də qadın və uşaqlar daxil idi. 3,4 milyon nəfərdən 681 min nəfəri, o cümlədən, 10 min qadın orduya səfərbər olunmuşdu. Bunların tam yarısı, yəni 300 min nəfəri bir daha doğma yurduna qayıtmayıb. Onların arasında itkin düşənlər də, həlak olanlar da oldu. Ürəkyandırıcı faktdır.

Biz “Qələbə-75”i nəşr etməklə bu qələbənin qazanılmasında Azərbaycan xalqının həm ön, həm də arxa cəbhəhədə oynadığı misilsiz rolu göstərmişik.

- Bu mənada “Xatirə kitabı” xalqımızın qəhrəmanlıq irsini yerli və beynəlxalq ictimaiyyətə çatdırırsınız.

- Azərbaycanın Ümummilli lideri Heydər Əliyev deyib: “Azərbaycan xalqı İkinci Dünya müharibəsində həm döyüş meydanlarında, həm də arxa cəbhədə əsl şücaət və əzmkarlıq nümunələri göstərmişdir. Müharibə başlanandan keçən qısa müddət ərzində Azərbaycan Respublikası ərazisində 87 qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi təşkil edilmişdir”.

Məhz bu səbəbdən idi ki, müharibədə həlak olan və itkin düşən soydaşlarımızın xatirəsini əbədiləşdirmək üçün “Xatirə kitabı” redaksiyası yarandı.

1993-cü ildə ölkəmizdəki vəziyyət hər kəsə məlumdur, baş verən hakimiyyət çəkişmələri, siyasi böhran, torpaqlarımızın itirilməsi, ordumuzun başıpozuq halda olması və sair hadisələrin tüğyan etdiyi ağır vaxtlarda xalqımızın və dövlətimizin xilaskarı, Ümummilli liderimiz Heydər Əliyev hakimiyyətə gəldi. “Xatirə kitabı”na da ulu öndər nəfəs verdi. Bir məsələni qeyd edim ki, Heydər Əliyev hakimiyyətə gələndən sonra “Xatirə kitabı” öz fəaliyyətini qurdu. Həmin dövrdə Müstəqil Dövlətlər Birliyində “Xatirə kitabı”nın 1400 cilddə nəşr edilməsi təsdiq olunmuşdu, onun da 20 cildi Azərbaycanın payına düşmüşdü. Əlifba sırası ilə həmin cildlərə də 18-20 min insanın daxil edilməsi nəzərdə tutulurdu. “Xatirə kitabı”nın qanununu Heydər Əliyev özü yazıb. Heydər Əliyev o qanuna Qarabağ müharibəsində və müstəqilliyimiz uğrunda şəhid olanlarımızın ad və soyadının da bu cildliklərdə yer alması üçün əlavə bir bölmə daxil etdi. “Xatirə kitabı”nın ilk cildi 1997-ci ildə kiril əlifbası ilə nəşr olundu. Üçüncü cildin nəşri isə 2001-ci ilə düşdü. 2001-ci ildə isə əlifba dəyişdi, biz kiril əlifbasından latın əlifbasına keçdik. Biz bu kitabı A-dan Z-yə qədər yenidən işlədik və latın qrafikası ilə çap etdik. Burada İkinci Dünya müharibəsində həlak olan soydaşlarımızın ad və soyadları ilə yanaşı, Qarabağ müharibəsində, müstəqilliyimiz uğrunda canını fəda edən oğullarımızın, eləcə də Əfqanıstanda, Çernobılda, Polşa və Çexoslavakiyada həlak olan soydaşlarımızın da ad və soyadları ensiklopedik şəkildə əbədiləşdirildi.

“Xatirə kitabı”nı yaddaşımızın kitab abidəsi adlandırmaq da olar. Çünki onun yaradılmasında əsas məqsəd İkinci Dünya müharibəsində, məhəlli münaqişələrdə, Polşa, Çexoslovakiya, Macarıstan hadisələrində, Əfqanıstan müharibəsində, 20 Yanvar faciəsində, Xocalı soyqırımında, Qarabağ döyüşlərində, milli müstəqilliyimiz yolunda, torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərdə həlak olmuş və itkin düşmüş soydaşlarımız haqqında çoxcildlik ensiklopediya hazırlamaqdır, bu istiqamətdə xeyli iş görmüşük və işlərimiz davam edir.

-   Nəşr etdiyiniz cildlər arasında “Qələbə-75”in xüsusi yeri var. Burada nə qədər soydaşımızın, qəhrəmanımızın adı-soyadı, onlar barədə məlumatlar əksini tapıb?

- Azərbaycan xalqı 44 günlük Vətən müharibəsində göstərdiyi şücaəti, əzmkarlığı eyni dərəcədə də İkinci Dünya müharibəsində də göstərib. Bu müharibədə 10 min nəfər Azərbaycan qadını müxtəlif statuslarda iştirak edib. Onlar arasında tibb bacıları da olub, təyyarəçilər də. Azərbaycan xalqının arxa cəbhədəki misilsiz qəhrəmanlığı hər kəsə məlumdur. Bilirsiniz ki, İkinci Dünya müharibəsində Hitler gözünü Bakı neftinə dikmişdi. Təsəvvür edin ki, insanlarımız Qələbənin qazanılması üçün həm ön, həm də arxa cəbhədə böyük əzmkarlıqlar göstəriblər. Hətta elə kənd vardı ki, bir nəfər də olsun başı papaqlı qalmamışdı, hamısı müharibəyə getmişdi.

“Qələbə-75” i hazırlayıb çap etməkdə məqsədimiz bir daha İkinci Dünya müharibəsi kimi dəhşətli bir müharibədə qələbə qazanılmasında Azərbaycan xalqının necə böyük rol oynadığını sübut etmək idi.

Azərbaycanlı əsgər və zabitlər od-alov püskürən döyüş meydanlarında misilsiz şücaət göstərirdilər. Cəbhənin elə bir istiqaməti yox idi ki, həmvətənlərimiz orada iştirak etməsinlər. Azərbaycanlılardan ibarət 416-cı, 223-cü, 77-ci milli diviziyalar təşkil olunmuşdu. Bu diviziyalarda Azərbaycandan 121 nəfər soydaşımız böyük şücaət və qəhrəmanlıqlar göstərərək, SSRİ-nin ən yüksək fəxri adına - Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşlər.

- “Qələbə-75”də Sovet İttifaqı qəhrəmanlarımızın hamısı haqqında məlumatlar öz əksini tapıbmı?

- Bu nəşrdə “Sovet İttifaqı Qəhrəmanı” adlı ayrıca bir bölüm var. Burada 121 nəfər Sovet İttifaqı qəhrəmanımızın siyahısı əks olunub. Bu dəfə yalnız onlar haqda qısa bioqrafik məlumat deyil, hər biri haqqında xüsusi məqalələr vermişik. Burada Sovet İttifaqı qəhrəmanlarımızın hər birinin keçdiyi həyat və qəhrəmanlıq dolu döyüş yolu haqda geniş bəhs olunur.  

- Nəzakət xanım, səhv etmirəmsə, xüsusi buraxılışda Vətəndən uzaq, dünyanın müxtəlif ölkələrində dəfn edilən Sovet İttifaqı qəhrəmanlarımız və digər qəhrəman soydaşlarımız haqqında geniş məlumat vermisiniz. Onların izlərini axtarmısınız, tapmısınız. Bu çətin və məsuliyyətli işin öhdəsindən necə gəlirsiniz?

- İkinci Dünya müharibəsi hansı ölkədə gedibsə, orada azərbaycanlılar cəsarətlə, mərdliklə döyüşüblər. Müharibənin getdiyi elə bir ölkə yoxdur ki, orada soydaşlarımızın qəhrəmanlığının izləri olmasın. Hətta indiyə qədər bizə həmin ölkələrdən siyahılar gəlir, həmin siyahılarda müxtəlif ölkələrdə dəfn edilən qəhrəmanlarımız haqqında məlumatlar əks olunur. İnanın, 2004-cü ildə biz Almaniyadan bir məktub almışdıq. Çox təəccüb etdim, necə ola bilər ki, İkinci Dünya müharibəsində məğlub olan bir ölkədən qalib bir ölkəyə belə bir məktub gəlib və məktubu yazanlar öz ölkələrində dəfn edilən soydaşımızı bizə tanıtmaq istəyirlər. Bu özü də çox təəccüblü idi. Almaniyadan bizə orada dəfn edilən əsgərlərimiz haqqında məlumatları göndərmişdilər. Orada bir məzarlıq tapılmışdı və məzarlıqda dəfn edilənlər arasında azərbaycanlılar da vardı. Onlar bizə həmin siyahını göndərmişdilər. Demək olar ki, müharibə harada gedibsə, Rusiyadan, Belarusdan, Ukraynadan, bir sözlə, keçmiş SSRİ məkanından tutmuş, Avropa ölkələrinə qədər bizim qəhrəmanlarımızın məzarı var.

- Siz yalnız Azərbaycan vətəndaşı olan azərbaycanlıların izlərini axtarırsınız, yoxsa başqa respublikalardan İkinci Dünya müharibəsinə gedən soydaşlarımızın da izlərini axtarıb bu kitaba salmısınız?

- “Qələbə-75” adlı xüsusi buraxılışda Azərbaycanın İkinci Dünya müharibəsində iştirak etmiş qəhrəman övladları haqqında məlumatlar xüsusi araşdırılaraq verilib, Azərbaycanın Sovet İttifaqı qəhrəmanlarının həyatı və keçdiyi döyüş yolu haqqında məlumatlar Azərbaycan və rus dillərində öz əksini tapıb.

Kitabdakı faktlar ciddi tarixi resurslara əsaslanıb, müharibənin yaratdığı faciələr dolğun ifadəsini tapıb. Biz yalnız Azərbaycan vətəndaşları haqqında deyil, həm də Qərbi Azərbaycandan (Ermənistandan) (hazırda orada bir nəfər də olsa azərbaycanlı qalmayıb - N.M.), Gürcüstandan və digər respublikalardan İkinci Dünya müharibəsinə gedən bütün soydaşlarımız barəsində də axtarışlar aparmışıq və onların adlarını da daxil etmişik. Orada onlar üçün ayrıca bölüm var.

“Xatirə kitabı”nın yeni 5 cild hazırlanır. O biri kitablarda indiyə qədər çapa getməyən qəhrəmanlarımızın adları, soyadları gedəcək. Nəzərdə tutulan 5 cildin artıq 600 səhifəlik 1-ci cildi hazırdır. Belə nəzərdə tuturuq ki, hər cildə 18-20 min qəhrəmanımız haqqında məlumat daxil edək. Bilirsiniz ki, hər ölkənin “Xatirə kitabı” var və biz o kitablardan çox faydalanırıq. “Xatirə kitabı” yeganə məlumat bankıdır ki, burada şəhidlərin, əsir və girovların barəsində dəqiq məlumatlar yer alır. Bu yaxınlarda bizə Nazirlər Kabinetindən bir məktub gəlib, İkinci Dünya müharibəsindən üzü bəri həlak olan qəhrəmanlarımız, vətəndaşlarımız haqqında xüsusi bir portal yaratmaq, məlumat bankı kimi isə “Xatirə kitabı”ndan istifadə etmək istəyirlər. Hər bir soydaşımız, vətəndaşımız haqqında ayrıca məlumat bazası hazırlanacaq, onların hamısı barəsində informasiya o portala yerləşdiriləcək. Biz bu layihəni Milli Kitabxana ilə birgə hazırlayırıq. Bu olduqca mükəmməl bir iş olacaq. Çox istərdim ki, şəkillər əks olunsun. Bu şəkillərin də əldə olunmasında bizə Daxili İşlər Nazirliyi çox yaxından kömək etdi, sağ olsunlar. Bilirsiniz ki, biz əsir, itkin və girovlarla bağlı Dövlət Təhlükəsizliyi Xidməti ilə birgə 4 cildlik kitab layihəsi üzərində işləyirik, artıq o kitabın 2 cildi işıq üzü görüb, 3-cü cild üzərində işlər gedir. Bu cildlər Azərbaycan və ingilis dillərindədir, biz onu dünyanın müxtəlif ölkələrinə göndərmişik. “Qələbə-75”ə gəlincə isə biz bu kitabı bütün MDB ölkələrinə göndərmişik. Azərbaycan və rus dillərində nəşr olunub.     

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

13.10.2026 / 17:21
Qara dənizdə hücuma məruz qalan gəmidəki 8 Azərbaycan vətəndaşı xilas edilib

13.10.2026 / 17:06
Allahşükür Paşazadə Azərbaycana qarşı iddiaları rədd etdi - İğtişaş yaradırlar... kimin təhriki ilə olur bilirik...

13.10.2026 / 17:02
MM-in parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yaydı - AK Parti iqtidarının hərkətləri suallar doğurur...

13.10.2026 / 16:43
Məktəb partasından ər evinə: Erkən nikah faciəsi və Qanunun müdafiəsi

13.10.2026 / 16:30
Hamı Xəzərin probleminə Azərbaycan prezidenti kimi qayğı göstərsə...

13.10.2026 / 15:56
Ərdoğanın müşaviri göstərdi ki, anti-Azərbaycan kampaniyasını AKP iqtidarı aparır...

13.10.2026 / 15:42
Ermənistan COP29-a gəlmədi, biz niyə COP17-yə getməliyik?!.

13.10.2026 / 15:38
Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edildi - VİDEO

13.10.2026 / 15:25
Səadət Partiyasının sədri Mahmud Arıkan! İlham Əliyevdən qabaq belə məktubu Ərdoğana yazmalı idiniz...

13.10.2026 / 15:17
Türkiyənin din təriqətçiləri Fələstin məsələsində Azərbaycanı da özlərinə bənzətmək istəyir - ziyanlı və faydasız üslub....

13.10.2026 / 15:09
Bolqarıstan sahillərində içərisində azərbaycanlıların da olduğu gəmi vuruldu...

13.10.2026 / 14:54
Belə getsə, Rusiya bütün Avropada sağ populistləri seçki ilə hakimiyyətə gətirəcək – İngiltərə dilə gəldi...

13.10.2026 / 14:30
“Məktəbli forması dünyəvi təhsil prinsiplərini ehtiva edir” - Rizvan Qarabağlı

13.10.2026 / 14:17
Yasamalda məktəbdə yanğın törətməyə cəhd edən 6 nəfər saxlandı - VİDEO

13.10.2026 / 14:08
YAP Ərdoğanın baş müşavirinin Azərbaycanla bağlı açıqlamasına sərt cavab verdi...

13.10.2026 / 13:55
Azərbaycan XİN Səudiyyə Ərəbistanına başsağlığı verdi

13.10.2026 / 13:46
Prezident İlham Əliyevin adından Laos Prezidentinin şərəfinə rəsmi nahar verilib - FOTO

13.10.2026 / 13:40
Tramp Putinə pəncərə açdı, Avropa onun acığına bağladı...

13.10.2026 / 13:27
Kredit faizləri və problemli kreditlər sürətlə artır...

13.10.2026 / 13:10
Azərbaycanda problemli kreditlərin həcmi 932 milyon manatı ötüb

13.10.2026 / 12:53
“Məktəb vətəndaşlıq mövqeyinin formalaşdığı ictimai mühitdir” - Əhliman Əmiraslanov

13.10.2026 / 12:44
Vüqar Rəhimzadə: Azərbaycan və Kamboca bütün sahələrdə əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır

13.10.2026 / 12:38
"44 il əvvəl səfər etdiyim Azərbaycanı çox çətinliklə tanıdım" - Prezident Thonqlun Sisulit

13.10.2026 / 12:18
Ermənistanla sərhədi keçən azərbaycanlı hərbçi ifadəsi yayıldı

13.10.2026 / 12:03
Prezident İlham Əliyev: "Laos bizim üçün dost ölkədir"

13.10.2026 / 11:59
"Azərbaycan ərazisində bütün əsas nəqliyyat-logistika layihələri artıq reallaşıb" - Prezident

13.10.2026 / 11:49
Fələstinin erməni naziri Bakıya gəlir...

13.10.2026 / 11:48
Prezident: "Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşu ildən-ilə genişlənir"

13.10.2026 / 11:45
"Bakıda Azərbaycan-Laos biznes-forumu keçiriləcək" - Prezident İlham Əliyev

13.10.2026 / 11:39
Prezident: "Laosla siyasi əlaqələr uzun illərdir uğurla inkişaf edir"

13.10.2026 / 11:36
"Əminəm ki, Laosla ikitərəfli əməkdaşlıq daha da dərinləşəcək" - Prezident

13.10.2026 / 11:33
Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO

13.10.2026 / 11:31
Azərbaycan ilə Laos arasında Birgə Bəyanat qəbul olunub və sənədlər mübadilə edilib - FOTO/ YENİLƏNDİ

13.10.2026 / 11:29
Prezident İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO/YENİLƏNDİ

13.10.2026 / 11:20
Nazirlikdən pensiyaçılara ŞAD XƏBƏR...

13.10.2026 / 11:01
Prezident İlham Əliyevin Laos Prezidenti ilə təkbətək görüşü olub - FOTO

13.10.2026 / 10:52
Britaniyanın Fairford hərbi hava bazasına hücum iddiası... 29 ölkə İrana sərt xəbərdarlıq etdi - hərəkətə keçəcəyik…

13.10.2026 / 10:43
Laos Prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi olub - FOTO

13.10.2026 / 10:07
NİİM-dən motosiklet və skuter sürənlərə xəbərdarlıq - bu sizə məsuliyyətdən yayınmaq hüququ vermir... VİDEO

13.10.2026 / 09:53
“Mercedes” qatarla toqquşdu - sürücü son anda qurtuldu...

13.10.2026 / 09:36
Novak Avropanı ifşa etdi – sanksiyalar hara, 320 milyardlıq ticarət hara…

13.10.2026 / 09:23
Ukrayna ilk dəfə Rusiyanı öz ballistik raketi ilə vurdu…

13.10.2026 / 09:11
“44” bədii filmi ilə bağlı mətbuat konfransı keçirildi

13.10.2026 / 06:42
Finlandiya XİN-dən Aİ ölkələrinə çağırış - “ruslara vizaları dayandırın…”

12.10.2026 / 23:06
Prezident İlham Əliyevin sosial media hesablarında Kambocanın Baş nazirinin səfəri barədə videoçarx paylaşılıb VİDEO

12.10.2026 / 22:30
İrəlini keçmişin gözü ilə görməyənlərə TARİX DƏRSİ, Azərbaycanın rayonlarında 5 türk kəşfiyyatçı zabiti, Çillərin uğursuz oyunu... Aydın QULİYEV yazır...

12.10.2026 / 22:12
Afrika ölkələri Putinin Ukrayna müharibəsinin sirrini faş etdilər...

12.10.2026 / 21:42
Qərb Rusiyanin nəqliyyat və logistika maraqlarına Ermənistanın əli ilə yeni zərbələr vurur...

12.10.2026 / 21:27
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin edildi

12.10.2026 / 21:20
ABŞ Konqresində seçkinin ilk günündə Trampa impiçment elan olunacaq...

12.10.2026 / 21:12
İranın Gürcüstandakı səfirini it qapıb…

12.10.2026 / 21:06
Ukrayna Putin və Trampın dizel razılaşmasına qurban edilir

12.10.2026 / 21:01
Dövlət məktəblərində geyim qaydalarının icrasına nəzarət gücləndirildi...

12.10.2026 / 20:52
Xəzərlə bağlı problem bütün Avrasiyanı silkələyir

12.10.2026 / 20:44
Masazırda dörd avtomobili yandıran şəxslər yaxalandı...

12.10.2026 / 20:34
İki böyük marşrutla Azərbaycanın üstündən 30 milyon ton yük keçəcək...

12.10.2026 / 20:17
Azərbaycan MDB-də iki illik vəzifə aldı - təşkilata 2-ci nəfəsi verə bilərik?...

12.10.2026 / 19:50
Əliyev Xəzərin dayazlaşmasına qarşı 3 əsaslı dayaq göstərdi - hüquqi baza, elmi potensial və...

12.10.2026 / 19:42
Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırdı

12.10.2026 / 19:32
İrandan Azərbaycanın daxili işlərinə müdaxilə cəhdlərinin yeni dalğası başladılıb...

12.10.2026 / 19:11
Hökumətdə nazir statuslu şəxslərin azı 70 faizi YAP üzvü deyil - İşin xeyrinədir?

12.10.2026 / 18:14
“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi keçirildi - FOTO/VİDEO

12.10.2026 / 17:54
“RİA Novosti” Rusiya üçün qorxunc hesabat işlədi - dəmiryolunu Paşinyana güzəşt etmək bölgədən çıxmaqdır...

12.10.2026 / 17:38
Ukraynalılar Trampın yaxınları ilə Mayami danışıqlarını vaxtından əvvəl tərk etdilər...

12.10.2026 / 17:06
Bismillah adlı şəxs - “Təkböyrəklilər ölkəsində baş verən dəhşət" ...

12.10.2026 / 16:50
Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib - FOTO

12.10.2026 / 16:29
Kallas Trampın Rusiya ilə dizel anlaşmasına çox aqressiv cavab verdi...

12.10.2026 / 16:20
Laos Prezidenti Bakıya gəldi - FOTO

12.10.2026 / 16:17
"Xaricdən gələn ideoloji təhdidlərin neytrallaşdırılması günümüzün əsas tələbidir" - Vüqar Rəhimzadə

12.10.2026 / 16:04
Bakıda məktəb direktorunun avtomobili yandırıldı

12.10.2026 / 15:46
Ərdoğanın və Baxçalının deputatları əmlakların araşdırılması qanununa imkan vermədilər...

12.10.2026 / 15:43
ABŞ və İsrail İrana qarşı müharibənin növbəti mərhələsinə start verir...

12.10.2026 / 15:28
Azərbaycanın ilk addımı məscidlərin bərpası oldu

12.10.2026 / 15:23
Qəzənfər Paşayev: “Vahid məktəbli formasının olması çox böyük xoşbəxlikdir”

12.10.2026 / 15:19
Bir qrup tələbəyə Prezident təqaüdü veriləcək - SİYAHI

12.10.2026 / 15:16
Azərbaycanla İordaniya arasında vizasız gediş-gəliş təsdiqləndi

12.10.2026 / 14:59
Ceyran Mahmudova:"Hər bir şagirdin eyni geyim qaydalarına riayət etməsi məktəb kollektivinə mənsubiyyət hissini gücləndirir..."

12.10.2026 / 14:45
Paşinyan Cermuk və Sisyanı Amulsar qızılına bükməyə hazırlaşır...

12.10.2026 / 14:17
MŞ-nın komissiya sədri Avropa Müstəqil Mətbuat Şuraları Alyansının illik toplantısında iştirak edib - FOTO

12.10.2026 / 13:50
Prezident İlham Əliyev və Mehriban Əliyevanın adından Kambocanın Baş naziri və Birinci xanımının şərəfinə rəsmi nahar verilib - FOTO

12.10.2026 / 13:23
Məhəmməd Füzuli yaradıcılığında memarlıq motivləri və cizgiləri

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ