Braziliya parlamentində Qarabağın işğaldan azad edilməsi müzakirə olundu...

Azərbaycanın Braziliyadakı səfiri Braziliya Deputatlar Palatasının Prezidenti ilə görüşdü

img

Noyabrın 25-də Braziliyanın Deputatlar Palatasının Prezidenti Rodriqo Maya səfir Elxan Poluxovu qəbul edib.

Azərbaycanın Braziliyadakı Səfirliyindən “Bakı-Xəbər”ə verilən məlumata görə, görüş zamanı E.Poluxov sentyabr- noyabr aylarında Azərbaycan Silahlı qüvvələrinin həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar nəticəsində Dağlıq Qarabağ və ətraf yeddi rayonun erməni işğalından azad olunduğu haqqında məlumat verib. Bildirilib ki, azad olunmuş torpaqlarda olan bütün yaşayış məntəqələri və infrastruktur dağıdıldığından, Prezident İlham Əliyevin tapşırığı əsasında orada genişmiqyaslı bərpa işlərinə başlanıb.

Azərbaycanda dərin multikulturalizm ənənələrinin olduğunu söyləyən səfir, ölkədə bütün dinlərə və etnik qruplara hörmətlə yanaşıldığını diqqətə çatdıraraq, Dağlıq Qarabağda yaşayan ermənilərin bütün vətəndaş hüquqlarının təmin ediləcəyini vurğulayıb.

Deputatlar Palatasının Prezidenti R.Maya bölgədə sülhün bərqərar olduğu xəbərinin böyük məmnuniyyət hissi ilə qarşıladığını bildirərək, ölkələrimiz arasında sıx əlaqələrin olduğunu və bunun inkişaf etdirilməsi üçün potensialın mövcudluğunu qeyd edib. Siyasi, iqtisadi, mədəni və digər sahələri əhatə edən bu əlaqələrdə parlamentlərarası münasibətlərin də vacib rolu qeyd olunub. Sonra tərəflər ikitərəfli əlaqələrin genişlərndirilməsi istiqamətində məsələləri müzakirə eedib. Sonda səfir E.Poluxov Prezident R.Mayanı yaxın gələcəkdə Azərbaycana səfərə və işğaldan azad edilmiş əraziləri ziyarət etməyə dəvət edib.

Xəbərdə o da qeyd olunur ki, son illər R.Maya Azərbaycana bir neçə dəfə, o cümlədən iki dəfə Deputatlar Palatasının Prezidenti qismində səfər edib.

Son xəbərlər