24/11/2020 12:55
728 x 90

General Paşinyanın sirrini açacaqmı - oktyabrın 30-dək niyə Rusiyadan kömək istənilmədi...

Aydın Mirzəzadə: “Heç bir ölkənin Ermənistanın işğalçılıq siyasətinə dəstək vermədiyini bildiyi üçün Paşinyan heç kimdən kömək istəmədi”

img

“44 gün yalan danışdıqları kimi, bu gün də yalan danışırlar”. Bu barədə Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisi, general-polkovnik Movses Akopyan bildirib.

M.Akopyan Ermənistana məxsus PUA-ların vurulduğu və "SU 30"un yararsız olması barədə açıqlamalara cavab olaraq deyib: "44 gün yalan danışdıqları üçün bu gün yalan danışırlar. Elədirsə, ilk sual niyə uçmadılar? Bu 62 PUA vurulubsa, bunu necə hesabladılar və hava məkanı niyə qorunmadı? Onları dəqiq kim vurdu və bu PUA-lar haradadır?"

M.Akopyan onu da qeyd edib ki, Baş nazir Nikol Paşinyan Rusiyaya gündə bir neçə dəfə zəng edirdi, lakin oktyabrın 30-na qədər kömək istəmədi: "Daha çox təfərrüatlar lazımdırsa, Baş nazirin niyə kömək istəmədiyi barədə dediklərini deyə bilərəm, amma deməyəcəm".

Maraqlıdır, Paşinyan niyə kömək istəməyib və general-polkovnik Movses Akopyan nəyi demək istəyib?

  • “Ermənistanın siyasi mətbəxində narazılıqlar yaranmağa başlayıb, rəsmilər məğlubiyyəti bir-birinin üstünə atmaqla özlərini təmizə çıxarmaq istəyirlər”

Millət vəkili Aydın Mirzəzadə “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Ermənistan işğalçılıq siyasətinin acı bəhrəsini bu gün dadmaqdadır: “M.Akopyanın özü Azərbaycanın dinc əhalisinin qətlə yetirilməsində fəal iştirak edib. Bu gün general özünü sülh göyərçini kimi təqdim etmək istəyir. Ancaq onun nə Paşinyandan, nə də digər erməni zabitlərindən fərqi yoxdur”.

Millət vəkili onu da vurğuladı ki, heç bir ölkə Ermənistanın işğalçılıq siyasətinə dəstək vermək istəməyib. Bu döyüşlərdə Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusundan güclü olduğunu göstərdi. Paşinyan kömək istəsəydi belə, yenə işğalçı ölkə məğlubiyyətlə qarşılaşacaqdı: “Ümumiyyətlə, Ermənistanın siyasi mətbəxində narazılıqlar yaranmağa başlayıb. Rəsmilər Ermənistan ordusunun uduzmağını bir-birinin üstünə atırlar. General da sudan təmiz çıxmaq üçün digərlərini ittiham edir. Əslində, onlar Azərbaycan Ordusunun gücünü, əzmini gördükdən sonra geri çəkildilər”.

Günel CƏLİLOVA

Son xəbərlər