Ermənistan ordusu məğlubiyyətə məhkum idi - tuşonka satan, əsgərin payını yeyən komandirlər və...

Rasim İsgəndərov: “Öz ordusundan oğurluq edən, əsgərin yeməyinə göz dikənlərdən hərbçi olmaz”

img

“Ermənistan ordusu oğrulardan ibarətdir, tuşonka satan, əsgərin payını satan generallar oğrudurlar”. Bunu Prezident İlham Əliyev xalqa müraciətində deyib.

Ölkə başçısı qeyd edib ki, Xocalı qatilləri, kəndlərimizi yandıran, insanlarımızı, mülki şəxsləri öldürən digər qatillər hərbçi sayıla bilməz. Onların ordusu oğrulardan ibarətdir: “Son iki il ərzində nə qədər oğru erməni generalı həbs edildi?! Tuşonka satan, əsgərin payını satan generallar oğrudurlar. Onların “qəhrəmanları” qorxaqdırlar, onların rəhbərləri cinayətkardırlar”.

Ermənistan ordusunda problemlərin yaşandığı əvvəlcədən bəlli idi.

  • “Ermənistan ordusunda təmsil olunan komandirlər əsgərlərin yeməklərini, tuşonkalarını, geyimlərini mənimsəyərək, onları hərbçilərə pulla satırdılar”

Hərbi ekspert Rasim İsgəndərov qeyd etdi ki, müharibənin başladığı ilk günlərdən etibarən Ermənistan ordusunda narazılıq yaşanmağa başladı. Hərbi geyim, qida, dərman təminatının yetərincə olmaması Ermənistan hakimiyyətində təmsil olunanların, o cümlədən, əhalinin də haqlı narazılığına səbəb oldu. İlk günlərdən etibarən Ermənistan işğalçılıq siyasətinin acı nəticələrini dadmağa başladı. Azərbaycan Ordusunun qüdrəti qarşısında pərən-pərən düşən erməni hərbçiləri acınacaqlı duruma düşdülər: “Bəli, Ermənistan ordusunda yaşanan problemlər çoxdur. Onlardan biri də orduda yaşanan oğurluq hadisələridir. Ali Baş Komandan düz qeyd edir ki, Ermənistan ordusunda təmsil olunan komandirlər əsgərlərin yeməklərini, tuşonkalarını, geyimlərini mənimsəyərək, onları hərbçilərə pulla satırdılar. Öz ordusundan oğurluq edən, əsgərin yeməyinə göz dikənlərdən hərbçi olmaz”.

Günel CƏLİLOVA

Son xəbərlər