24/11/2020 12:42
728 x 90

Qənimət kimi ələ keçirilən Ermənistanın hərbi texnikası Bakıya gətirilir - FOTO

img

Sentyabr-noyabr aylarında davam etmiş Qarabağ müharibəsi zamanı qənimət kimi ələ keçirilmiş Ermənistanın hərbi texnikası dəmir yolu ilə Bakıya gətirilir.

Baki-xeber.com xəbər verir ki, bununla bağlı görüntülər sosial mediada yayılıb.

44 günlük döyüşlər zamanı Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin 500-dən çox hərbi texnikasını ələ keçirib. Onların arasında tanklar, PDM-lər, artilleriya qurğuları və digər zirehli texnika və silahlar var.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev bəyan edib ki, hərbi qənimətlər Bakıda Azərbaycan vətəndaşlarına nümayiş etdiriləcək.

Son xəbərlər