Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev də Prezident İlham Əliyevə müraciət edib.
“Müstəqil Azərbaycan Respublikası bu gün Sizin polad iradəniz, tükənməz enerjiniz və yüksək intellektiniz sayəsində tarixinin ən qüdrətli və qürurlu dövrlərindən birini yaşayır. Müqəddəs Vətən müharibəsində düşmən üzərində qazanılan şanlı Qələbə çoxəsrlik tariximizin qürur mənbəyinə çevrilmişdir. Sizin komandanlığınız altında Silahlı Qüvvələrimiz 30 ilə yaxındır ki, davam edən işğala son qoyaraq, torpaqlarımızı düşmən tapdağından azad edib yeni bir tarix yazdı. Böyük siyasi iradəyə arxalanan Müzəffər Ordumuz düşmənə unudulmayacaq tarixi dərs verdi. Təcavüzkarın rəsmən kapitulyasiyaya məcbur edilməsi dövlətimizin qüdrətini bir daha bütün dünyaya sübut etdi və onun nüfuzunu daha da gücləndirdi. Xalqımızın mənəvi dəyəri və qürur məsələsi olan Şuşanın azad edilməsi isə, Sizin həm dahi siyasətçi, həm də əvəzolunmaz sərkərdəliyinizin ən parlaq təcəssümü oldu. Əldə edilən uğurlar və qazanılan Böyük Qələbə, yaratdığınız güclü iqtisadiyyat, müdrik diplomatiyanız, qüdrətli və cəsarətli şəxsiyyətiniz sayəsində mümkün olmuşdur.
...Bu qüruru, əvəzolunmaz sevinc və iftixar hissini bizlərə yaşatdığınız üçün Sizə dərin minnətdarlığımızı bildiririk. Xalqımız çox xoşbəxtdir ki, Tanrı Sizin kimi dahi şəxsiyyəti və böyük bir dövlət xadimini Azərbaycan xalqına bəxş etmişdir.
Bu Böyük Qələbə münasibətilə Sizi səmimi qəlbdən təbrik edir, möhkəm cansağlığı, Vətənimizin inkişafı yolunda yeni-yeni zəfərlər arzulayıram” - deyə Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev Prezident İlham Əliyevə müraciətində qeyd edir.
Baki-xeber.com