“Mən Rusiya Federasiyasında, daha konkret desək, Xantı-Mansi muxtar dairəsinin (Yuqra) Radujnıy şəhərində yaşayıram, 20 yaşım var, özüm əslən azərbaycanlıyam.
Xalqımıza verdiyiniz xoş müjdəyə görə Sizə şəxsən öz təşəkkürümüzü bildirmək istəyirəm. Siz ədaləti bərpa etdiniz!
Yenilməz Azərbaycan Ordusunun apardığı uğurlu hərbi əməliyyatlar yolu ilə ərazilərimizin azad edilməsi Sizin müdrik rəhbərliyinizin nəticəsidir. Təəssüf ki, biz xalqımızın yanında ola bilmədik, amma buna baxmayaraq, gecə-gündüz əsgərlərimiz üçün dua edirdik. Hər gün xoş xəbərlər eşitmək ümidi ilə televiziyada xəbərləri izləyir, hər dəfə torpaqlarımızın işğaldan azad edildiyini eşidəndə sevinc göz yaşları axıdırdıq.
Sizə, bütün əsgər və zabitlərimizə möhkəm cansağlığı arzu edirəm.
Yaşasın Ali Baş Komandan!
Yaşasın Ordumuz!”
Bunu Rusiya Federasiyasının Radujnıy şəhərindən Abbasova Milana Telman qızı Prezident İlham Əliyevə müraciətində bildirib.
Baki-xeber.com