“Mən Türkiyə Respublikasının vətəndaşıyam. Azərbaycanda yaşamasam da erməni işğalçılarına qarşı mübarizənizi daim həyəcanla izlədim.
Ermənilərin törətdiyi vəhşiliklərə öfkəmiz və zəfərə inancımız Sizinki qədər qəti və birdir. Biz keçmiş və gələcək qayğıları ortaq olan tək millətik. Uzaqda olmağımız bir yerdə olmaqımıza mane ola bilməz.
Xain erməni dövləti ilə mübarizənizdə bütün dünyaya türkün gücünü göstərdiniz, türkə zəncir vurmağın mümkün olmadığını sübut etdiniz.
Böyük zəfərlər əldə etdiyiniz savaşda ermənilərin ürəyinə qorxu salaraq qəhrəmanlıq salnamənizi dünyaya yaydınız. Ancaq bilirik ki, türkün türkdən başqa dostu yoxdur.
Hörmətli İlham Əliyev, mən vəkiləm. Əgər mənə Qarabağda ehtiyac olarsa buradakı düzənimi buraxıb, orada çalışmağa, lazım gələrsə canla-başla vuruşmağa hazıram və bu, mənim üçün şərəf olar.
Allah Türkü daim qorusun və ucaltsın!”
Bunu isə Prezident İlham Əliyevə müraciətində Türkiyə Respublikasının Ankara şəhərindən Mert Oğuzxan Şentürk bildirib.
Baki-xeber.com