“Mən Dağıstan Respublikasının Dərbənd şəhərində yaşayıram, 1963-cü il təvəllüdlüyəm, milliyətcə azərbaycanlıyam. Sizi əlamətdar Qələbə münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Biz bu günü çox gözləmişik, qoy bu Zəfər dinclik və əmin-amanlıq gətirsin, qoy bir daha heç vaxt Azərbaycanda müharibə olmasın. Rus dilində bir çox şeirlərim var, amma bu məktubda Sizə və bütün doğma Azərbaycan xalqımıza dərin təşəkkürümü və təbriklərimi çatdırmaq istəyirəm.
Yaşasın mənim Azərbaycanım!
Sizə möhkəm cansağlığı, bütün Azərbaycan xalqına xoş günlər diləyirəm”.
Bu fikirləri isə Prezident İlham Əliyevə müraciətində Rusiya Federasiyasının Dağıstan Respublikasının Dərbənd şəhərindən Sultanov Seyran Muxtaroviç yazıb.
Baki-xeber.com