çərşənbə günü, 14 oktyabr 2026
     

Vətən sizə minnətdardır... - FOTO

Image


17.11.2020. Naxçıvan, Culfa. Şəhid dəfni. Zabitin çıxışı: Yaqub Məhəmməd oğlu Azərbaycan mədəniyyətinin, incəsənətinin beşiyi, Qarabağın qəlbi Şuşa şəhəri uğrundakı döyüşlərdə qəhrəmancasına həlak olub.

Azərbaycan xalqı cənab Ali Baş Komandanın ətrafında yumruq kimi birləşərək düşmənə sarsıdıcı zərbə endirdi. Bu yumruq dəmir yumruğa çevrilərək  düşmənin başına elə bir  zərbənin endirilməsi ilə nəticələndi ki, düşmən gözlədiyindən də ağır, acınacaqlı və dəhşətli məğlubiyyətə düçar oldu. Azərbaycan xalqının, Azərbaycan ordusunun qarşısında təslim oldu. Əldə olunmuş qələbə bizim qəhrəman oğullarımızın, qəhrəman şəhidlərimizin canı bahasına qazanılıb. Ona görə torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə həlak olmuş qəhrəman oğullarımızın, şəhidlərimizin xatirəsi xalqımızın yaddaşında daimi yaşayacaqdır. Şəhidlər ölməz, Vətən bölünməz. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır. Və sizin hüzurunuzda Azərbaycanın üçrəngli, şanlı bayrağını şəhidimizin atasına təqdim edirəm.

Alqış sədaları altında bayraq şəhidin atası Məhəmməd Nəcəfova təqdim olunur. Bayrağı öpərək bağrına basan ata danışır: “30 ilə yaxın idi ki, torpaqlarımız işğal altında idi. Qəhrəman ordumuzun sayəsində işğala son qoyuldu. Rəşadətli ordumuzun tərkibində mənim 3 oğlum da iştirak edib. Döyüşlərdə iştirak edən övladlarımdan baş leytenant İsmayıl Nəcəfov yanımdadır, İbrahim Nəcəfov yaralıdır, Bakıda xəstəxanada müalicə alır, Yaqub balamız isə şərəfli yol keçərək şəhadətə ucaldı. Kim idi Yaqub? İlk təhsilini Culfa şəhər 1 nömrəli tam orta məktəbdə alıb. Heydər Əliyev adına Naxçıvan şəhər Hərbi Liseyinin məzunu olub. Bakıda ali hərbi təhsilini bitirdikdən sonra xidmətə başlayıb. Zəngilanın, Qubadlının, Füzulinin azad olunmasında, ən sonda Şuşanın azad olunmasında əməyi olub. Eşq olsun, Azərbaycan ordusuna!"  Atanın çıxışı alqışlarla qarşılanır. 3 qəhrəman oğul böyüdən atanın çıxışı qədər ananın mətanətli duruşu da qürurvericidir.  Bu hər hansısa bir əsərdən epizod deyil, bunlar günümüzün insanlarıdır: vətənpərvər, məğrur, birlik nümayiş etdirən insanlar. Dövlətinə sonsuz inam və sevgi bəsləyən xalqın nümayəndələri. Min bir əziyyətlə övlad böyüdən və onu Vətənə qurban verən Azərbaycan qadınının mərdanə duruşu, atanın qürurlu çıxışı əslində hər bir Azərbaycan qadını və kişisinin ümumiləşdirilmiş obrazıdır. Silah, sursat, texnika öz yerində. Xalqın əzmkarlığı, ordusunun, Ali Baş Komandanının ətrafında sıx birləşməsi qələbənin həlledici məqamlarından idi.

İgid ölər adı qalar, müxənnətin nəyi qalar?

Aprel zəfərindən sonra 2018-ci ildə Naxçıvan televiziyasının əməkdaşları olaraq yolumuzu Lələtəpədən salmışdıq. Yazın ilk günləri olmasına baxmayaraq dağlıq ərazi, məlum, soyuq olur. Hər yer dağ, daş və bu dağların başında illərdir bizi qoruyan ordumuzun igidləri. İsti demədən, soyuq bilmədən, bəzən aylarca ailəsindən ayrı düşən, lakin Vətənin bir qarışını belə gözdən qoymayan  Vətən oğulları. Lələtəpə yüksəkliyindən göz oxşayan Cocuq Mərcanlının iki ildəki inkişafını  seyr etmək nə qədər xoş idisə, digər tərəfdə isə dağınıq, pərişan halı ilə ovqatımızı təlx edən işğal altındakı torpaqların mənzərəsini görmək bir o qədər acınacaqlı idi…

Azərbaycanın Milli Qəhrəmanı, polkovnik Şükür Həmidovla görüşüb həmsöhbət olduq. “Aprel zəfəri ilə ordumuzun gücü, şəxsi heyətin döyüş ruhu  ortaya çıxdı. Çox gözəl bir tarixi an yaşandı”,-demişdi. “Düşmənə və havadarlarına sübut olundu ki, Azərbaycan Ordusu 90-cı illərdəki ordu deyil və ordumuzun vahid komandanlığı, orduda xidmət edə biləcək peşəkar zabitlər var”. Sağollaşarkən qısa dialoq olduğu kimi hələ də xatirimdədir:

- Döyüş varsa, şəhadət də var.

- Qəhrəmanlar ölmürlər.

- Mən ölmək demədim, şəhidlik dedim.

Bəli, şəhidlik ali məqamdır, elə bir məqam ki, bu, hər kəsə nəsib olmaz… Hələ sağlığında ikən Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülən qorxmaz oğullarımızdan idi Şükür Həmidov. Qubadlıdan olan qəhrəmanımız elə Qubadlının azad olunması uğrunda döyüşlərdə qəhrəmancasına şəhadətə qovuşdu.

Hərb peşəsi çətin, çətin olduğu qədər də şərəflidir. Bu peşənin fərqi bir də ondadır ki, ölümün gözünə dik baxırsan. Heç nə səni qorxutmur, pərişan etmir. Bir amalın, bir sevgin var, adı Vətən! O amal uğruna şirin canını fəda etməyə, ömrünü yarımçıq buraxmağa hazırsan və buna qadirsən! Sıravi əsgərindən tutmuş ta generalınadək. Təki Vətən sağ olsun!

Noyabrın 16-da qəhrəman Azərbaycan Ordusunun işğaldan azad etdiyi tarixi torpağımızda üçrəngli bayrağımızı qaldıran Ali Baş Komandanın çıxışı isə hələ uzun müddət cinayətkarların yaddaşından silinməyəcək: “Biz Ermənistan ordusunu çökdürdük və eyni zamanda, Ermənistana uzun illər rəhbərlik etmiş cinayətkarlara da dərs verdik. Paşinyan son iki il ərzində öz ölkəsini məhv edib və indi, sadəcə olaraq, fikirləşir ki, öz canını erməni xalqının qəzəbindən necə qurtarsın?! Biz Koçaryan-Sarkisyan ordusunu məhv etdik. Onlar bizim torpaqlarımızı dağıdıblar. Onlar bu dəfə qorxaqcasına heç burunlarını soxa bilmədilər Dağlıq Qarabağ ərazisinə. Bəs hanı sizin qəhrəmanlığınız? Döşünüzə taxmısınız saxta “qəhrəman” ordenlərini, çıxardın atın eşiyə o dəmir-dümürləri, sizi biz məğlub etmişik. Paşinyan heç kimdir. Koçaryan və Sarkisyan, Azərbaycan xalqının cəlladları, Xocalı cəlladları, sizi biz məğlub etmişik, sizin ordunuzu məhv etmişik”.

Atalar doğru deyib: “İgid ölər, adı qalar, müxənnətin nəyi qalar?”

Gecikmiş məktub, gerçəkləşən arzular və Qələbə!

44 günlük müharibə həm də bir sınaq dövrü idi. Hər səhəri həyəcanla açırdıq. Hər gün xəbərləri izləyir, eynilə də informasiya cəbhəsində döyüşürdük. Təsadüfən telefonumda oxunmamış bir mesaja rastladım: “İrəliləyirik, müəllimə” Əslində bu bir cümlə çox şeyi ifadə edirdi: Yəni bizə bugünədək bəslədiyiniz etimadı doğrulduruq, bizə güvənin, biz qalib gələcəyik! (Telmanlı Allahyar Naxçıvan şəhər Heydər Əliyev adına Hərbi Liseydə müəllim işlədiyim dövrdə kursantım olub.) Lakin məktub ünvanına gec çatmışdı. 4 oktyabrda yazılan məktubdan 5 gün sonra Cəbrayıla bayraq sancan igidimiz baş leytenant Telmanlı Allahyar şəhadətə yüksəlir.  Müqəddəs bayrağı o torpaqlara sancaraq arzusunu gerçəkləşdirən qəhrəmanımız ali məqamına- məcnunu olduğu Vətən torpağına qovuşur. Torpaq öz qəhrəman oğlunu qoynuna alır.

18.04.2018-ci il tarixli sayında bir sıra qəzetlərdə dərc olunan “Lələtəpəyə sancılan bayraq, Cocuq Mərcanlıda qaynar həyat, qələbəyə gedən yol” adlı məqaləmin sonluğu bu cümlələrlə bitir: “Bəli, hər birimiz bu Vətənin əsgəriyik. Kimimiz səngərdə, kimimiz seçdiyimiz peşə ilə bu Vətənə xidmətdə. Amalımız birdir: əzəli ata-baba yurdlarımıza qayıtmaq. Ermənistan ordusu aprel döyüşlərində bir daha anladı ki, bu dəfə könlümüzün keçdiyi Qarabağdan ordumuz keçəcək!" Artıq amalımıza qovuşduq: Ali Baş Komandan İlham Əliyevin qətiyyətli mövqeyi, Ordumuzun qəhrəman döyüşçüləri və birliyimiz sayəsində. Sınaqdan üzüağ çıxdıq! Rahat uyu, şəhidim, irəlilədiniz və bu qələbəni bizə qazandırdınız.

Ölkə başçısı İlham Əliyevin də dediyi kimi: “Haqq-ədalət zəfər çaldı. Müzəffər Azərbaycan Ordusu zəfər çaldı. Düşmənin beli qırıldı. Düşmən torpaqlarımızdan qovuldu. Azərbaycan bayrağı işğaldan azad edilmiş torpaqlarda qaldırıldı və əbədi dalğalanacaq.

Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”

Kəbəmdir, Məkkəmdir Qarabağ mənim!
Basdığın yerləri torpaq deyərək keçmə, tanı
Düşün altındakı minlərcə kəfənsiz yatanı!

Qarabağı mənim kimi çoxları ancaq kadrlardan izləyib, kitablardan oxuyub, fotolardan görüb. Lakin əminəm ki, bu gün kiçikdən-böyüyə hər kəs görmək eşqindədir. Bu gün hər birimiz qarabağlıyıq. 10 noyabr tarixi qələbə günündə küçələrə axışan, qələbə sevincini hayqıran hər kəsin bir şüarı vardı: “Qarabağ Azərbaycandır!” Qarabağda doğulan da, doğulmayan da, hər kəs Vətənin bu parçası uğrunda döyüşdü. Şəhid verdik, lakin geri çəkilmədik. Vətənin yaralarını sardıq, bütövləşdirdik. Deyirlər, torpaq su ilə qarışanda palçıq, qanla qarışanda Vətən olur. Qarabağ torpaqlarının hər qarışı uğrunda can verdik, buna görə də o torpaqlar müqəddəsdir, lap elə Məkkə, Mədinə kimi. Ziyarət edək, şəhidlərimizin ruhunu şad etmək üçün, səyahət edək, sevgili Vətənimizin bu cənnət guşəsini kəşf etmək üçün.

Noyabrın 16-da işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarında, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərində olan Prezident İlham Əliyev çıxışı zamanı işğaldan azad edilmiş  yerlərin bərpa olunacağını bildirdi: “Bizim bütün hərbçilərimiz, Füzuli və işğaldan azad edilmiş başqa torpaqlarda yaşamış sakinlər bilməlidirlər ki, biz bütün bu yerləri bərpa edəcəyik. Mən demişdim, Füzulidə bir dənə də bina tapılmadı ki, orada Azərbaycan bayrağı ucaldılsın. Amma biz bərpa edəcəyik. İndi müvafiq göstərişlər verildi, planlı şəkildə bunu edəcəyik, beynəlxalq ekspertləri dəvət etmişik, onlar da gələcəklər. Bütün dəymiş ziyanı birlikdə hesablayacağıq. Ondan sonra şəhərsalma üzrə mütəxəssisləri - həm Azərbaycan mütəxəssislərini, həm xarici mütəxəssisləri dəvət edəcəyik. Onlar da gələcəklər, yeni bir şəhərsalma planı qurulacaqdır. Kəndlərin, şəhərlərin, infrastrukturun, ekologiyanın bərpası – bütün bu planlar var. Hamısını icra edəcəyik, İnşallah, hamısını! Allahın köməyi ilə hamısını icra edəcəyik. Necə ki, torpaqlarımızı qaytardıq, düşməni məhv etdik, bu üçrəngli bayrağımızı ucaltdıq, bütün qalan məsələləri də həll edəcəyik. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”

Bəli, həsrət sona çatdı. O müqəddəs torpaqları görmək nəsibimiz olacaq. Bu qələbəni bizə bəxş edən müzəffər Azərbaycan Ordusunun qalib döyüşçüləri, Vətən sizə minnətdardır!

Ruhiyyə RƏSULOVA
Naxçıvan televiziyasının baş redaktoru



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

14.10.2026 / 16:59
AK Partiyanın müdaxiləsinə qarşı Azərbaycandakı partiyalar YAP-a niyə dəstək vermədilər...

14.10.2026 / 16:48
Onlara tarakan deyildi, onlarsa "Tarakanlar" partiyası yaradıb hakimiyyəti yıxırlar...

14.10.2026 / 16:40
Azərbaycanda şirkətə aid gəminin sənədləri itirilib...

14.10.2026 / 16:16
“Əlamətdar hadisələrin musiqili sədası”: musiqidə yaşayan tarix və milli yaddaş

14.10.2026 / 15:40
Ərdoğanın bu bəyanatı Türkiyəni İranla vuruşdura bilər - təhlükəli ssenari...

14.10.2026 / 15:32
ABŞ-la İranın infrastruktur müharibəsi başlanır - dünya xaosa girə bilər...

14.10.2026 / 15:20
Hakan Fidan Azərbaycana gəlir

14.10.2026 / 14:56
Əli Əsədov Laos Prezidenti ilə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib - FOTO

14.10.2026 / 14:45
Vüqar Rəhimzadə: Azərbaycan və Laos dost ölkələrdir, beynəlxalq arenada fəal əməkdaşlıq edirlər

14.10.2026 / 14:41
“Bir millət, iki dövlət”: bərabərhüquqlu qardaşlıq və suverenlik prinsipinin formulu - TƏHLİL

14.10.2026 / 14:28
NATO Rusiyanı ilk olaraq 3 yerdən vuracağını açıqladı...

14.10.2026 / 14:16
Rəsmi Bakıdan Parisə sərt cavab - əsassız iddialara son qoyun...

14.10.2026 / 13:58
Zelenski təsdiqlədi - ABŞ Ukraynanı kəşfiyyat dəstəyini kəsməklə hədələyib…

14.10.2026 / 13:42
Lavrov Bakıya gəlir…

14.10.2026 / 13:29
Ukrayna Rusiyanın ən böyük superkompüterinin yerləşdirildiyi data mərkəzini vurdu - “Sberbank” təsdiqlədi…

14.10.2026 / 13:18
“Səhər” kanalının Azərbaycanla bağlı saxtakarlığı ifşa olundu

14.10.2026 / 13:12
"Azərbaycanla Ermənistan arasında sülh var, amma..." - Mirzoyan

14.10.2026 / 13:00
Nizami Gəncəvi yaradıcılığında memarlıq motivləri və onların bədii-fəlsəfi funksiyaları

14.10.2026 / 12:54
Ən müqəddəs missiyamız

14.10.2026 / 12:34
Ermənistan Başkənd iddiasından rəsmən imtina edir…

14.10.2026 / 12:18
Özgür Özəldən Halk TV-yə polis basqınına sərt reaksiya – bu yalnız diktatorların edə biləcəyi şeydir…

14.10.2026 / 12:06
Mərkəzi Bank ödəniş sistemləri üzrə yeni xidmət haqları müəyyən etdi

14.10.2026 / 11:28
47 min yeni iş yerinin yaradılması gözlənilir - RƏSMİ

14.10.2026 / 11:15
"Məqsəd Qarabağ və Şərqi Zəngəzurun iqtisadiyyatda yeni artım mərkəzi kimi mövqeyini möhkəmləndirməkdir" - Prezident

14.10.2026 / 11:11
Türkiyədə Halk TV-nin ofisinə polis basqını – həbslər aparıldı, müxalif TV sübh tezdən susduruldu…

14.10.2026 / 11:08
"İnfrastruktur quruculuğu Qarabağın və Şərqi Zəngəzurun tarixi-mədəni simasının bərpası ilə tamamlanır" - Prezident

14.10.2026 / 11:03
Prezident: "Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturu yaşayış məntəqələrini ölkənin vahid iqtisadi məkanı ilə birləşdirir"

14.10.2026 / 10:57
"Böyük Qayıdışın təhlükəsiz həyata keçirilməsi üçün 300 min hektardan çox ərazi minalardan təmizlənib" - Prezident

14.10.2026 / 10:50
"ADA Universiteti beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsində maraqlıdır" - Hafiz Paşayev

14.10.2026 / 10:44
İran və Türkiyədən Azərbaycana qarşı koordinasiyalı trol hücumları intensivləşib - Media və Yayım Şurası bəyanat yaydı...

14.10.2026 / 10:33
Prezident İlham Əliyev 6-cı “Rebuild Garabagh” sərgisinin iştirakçılarına müraciət ünvanlayıb

14.10.2026 / 10:26
Səudiyyənin “Saudi Aramco” neft şirkətinin baş ofisində güclü partlayış – nə baş verir…

14.10.2026 / 10:10
İran və Britaniya arasında gərginlik – Tehran səfiri çağırıb izahat istədi…

14.10.2026 / 09:49
Azərbaycan nefti ucuzlaşdı

14.10.2026 / 09:17
Dövlət qurumlarının saytlarına kiberhücum - 100-dən çox saytda problem yarandı...

14.10.2026 / 09:02
Dövlət Baxçalının müavini Azərbaycanla bağlı paylaşım etdi - cəsur və qüdrətli lider...

14.10.2026 / 06:26
Trampın eks gəlini Ağ Evin tələbi ilə istefa verdi - “qeyri-etik davranış” səbəbindən…

13.10.2026 / 22:46
Trampdan Çin və Rusiyaya sərt xəbərdarlıq – İrana kömək etdiklərini görsək çox şey itirəcəklər…

13.10.2026 / 22:30
Paşinyandan Moskvaya qəti mesaj – münasibətlərimiz artıq əvvəlki kimi ola bilməz…

13.10.2026 / 22:08
Tramp Rusiyanın əvəzinə Ukrayna ilə döyüşü genişləndirir - indi də kəşfiyyat məlumatları...

13.10.2026 / 21:50
Paşinyan hər dəfə Putini fakt qarşısında qoyur - pis də olmuruq, yaxşılaşmasını da istəmirik...

13.10.2026 / 21:29
Bakı-Tbilisi qatarında maklerlər "at oynadır" - 54 manata bilet yoxdur...

13.10.2026 / 21:14
İran Əfqanıstanla müharibənin bir addımlığındadır...

13.10.2026 / 21:11
SDU-da YAP-ın VIII Qurultayına həsr olunmuş elmi-praktik konfrans keçirilib

13.10.2026 / 20:58
Erməni mediası Azərbaycan-Gürcüstan sərhəd delimitasiyasında “kəskin mübahisələr” gözləyir...

13.10.2026 / 20:45
Çexiya kəşfiyyatından qorxunc xəbərdarlıq: Rusiya NATO ölkələrində daha riskli əməliyyatlara başlayır

13.10.2026 / 20:26
Pakistanda vəziyyət qarışır, hakimiyyətlə müxalifət Əfqanıstan sərhədində toqquşur...

13.10.2026 / 20:11
Paşinyan Azərbaycanla humanitar məsələlər fonunda separatçılardan əl çəkmək istəmir...

13.10.2026 / 19:50
Hicab taxması üçün qızlara təqaüd verən imkanlı şəxslər kimdir...

13.10.2026 / 19:36
Azərbaycanın ASAN brendi Asiyanı “işğal edir”...

13.10.2026 / 19:21
“Azərbaycana təzyiqlər artır” - Prezident demişdi axı, üstəlik səbəb də göstərmişdi...

13.10.2026 / 18:22
ABŞ Konqresi Tramp-Putin razılaşmasını ləğv edə bilər...

13.10.2026 / 18:04
İqtisadi Şuranın növbəti iclası keçirilib - FOTO

13.10.2026 / 17:47
Prezident İlham Əliyevin sosial media hesablarında Laos Prezidentinin Azərbaycana rəsmi səfərinə dair videoçarx paylaşılıb

13.10.2026 / 17:38
"Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var" - QMİ sədri

13.10.2026 / 17:21
Qara dənizdə hücuma məruz qalan gəmidəki 8 Azərbaycan vətəndaşı xilas edilib

13.10.2026 / 17:06
Allahşükür Paşazadə Azərbaycana qarşı iddiaları rədd etdi - İğtişaş yaradırlar... kimin təhriki ilə olur bilirik...

13.10.2026 / 17:02
MM-in parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yaydı - AK Parti iqtidarının hərkətləri suallar doğurur...

13.10.2026 / 16:43
Məktəb partasından ər evinə: Erkən nikah faciəsi və Qanunun müdafiəsi

13.10.2026 / 16:30
Hamı Xəzərin probleminə Azərbaycan prezidenti kimi qayğı göstərsə...

13.10.2026 / 15:56
Ərdoğanın müşaviri göstərdi ki, anti-Azərbaycan kampaniyasını AKP iqtidarı aparır...

13.10.2026 / 15:42
Ermənistan COP29-a gəlmədi, biz niyə COP17-yə getməliyik?!.

13.10.2026 / 15:38
Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edildi - VİDEO

13.10.2026 / 15:25
Səadət Partiyasının sədri Mahmud Arıkan! İlham Əliyevdən qabaq belə məktubu Ərdoğana yazmalı idiniz...

13.10.2026 / 15:17
Türkiyənin din təriqətçiləri Fələstin məsələsində Azərbaycanı da özlərinə bənzətmək istəyir - ziyanlı və faydasız üslub....

13.10.2026 / 15:09
Bolqarıstan sahillərində içərisində azərbaycanlıların da olduğu gəmi vuruldu...

13.10.2026 / 14:54
Belə getsə, Rusiya bütün Avropada sağ populistləri seçki ilə hakimiyyətə gətirəcək – İngiltərə dilə gəldi...

13.10.2026 / 14:30
“Məktəbli forması dünyəvi təhsil prinsiplərini ehtiva edir” - Rizvan Qarabağlı

13.10.2026 / 14:17
Yasamalda məktəbdə yanğın törətməyə cəhd edən 6 nəfər saxlandı - VİDEO

13.10.2026 / 14:08
YAP Ərdoğanın baş müşavirinin Azərbaycanla bağlı açıqlamasına sərt cavab verdi...

13.10.2026 / 13:55
Azərbaycan XİN Səudiyyə Ərəbistanına başsağlığı verdi

13.10.2026 / 13:46
Prezident İlham Əliyevin adından Laos Prezidentinin şərəfinə rəsmi nahar verilib - FOTO

13.10.2026 / 13:40
Tramp Putinə pəncərə açdı, Avropa onun acığına bağladı...

13.10.2026 / 13:27
Kredit faizləri və problemli kreditlər sürətlə artır...

13.10.2026 / 13:10
Azərbaycanda problemli kreditlərin həcmi 932 milyon manatı ötüb

13.10.2026 / 12:53
“Məktəb vətəndaşlıq mövqeyinin formalaşdığı ictimai mühitdir” - Əhliman Əmiraslanov

13.10.2026 / 12:44
Vüqar Rəhimzadə: Azərbaycan və Kamboca bütün sahələrdə əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır

13.10.2026 / 12:38
"44 il əvvəl səfər etdiyim Azərbaycanı çox çətinliklə tanıdım" - Prezident Thonqlun Sisulit

13.10.2026 / 12:18
Ermənistanla sərhədi keçən azərbaycanlı hərbçi ifadəsi yayıldı

13.10.2026 / 12:03
Prezident İlham Əliyev: "Laos bizim üçün dost ölkədir"

13.10.2026 / 11:59
"Azərbaycan ərazisində bütün əsas nəqliyyat-logistika layihələri artıq reallaşıb" - Prezident

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ