Özünü Ermənistanın “böyük bacısı” olaraq göstərən və erməni separatizminə dəstək verən Fransa uzun illərdir qondarma “Dağlıq Qarabağ Respublikası”nı təbliğ etməklə, onu “tanıtmaqla” məşğul olur.
Fransanın bu çirkin niyyəti bu dövlətin özünün beynəlxalq imicinə ciddi zərbələr vurmaqla yanaşı, separatizmə açıq dəstək verdiyini, separatçılarala həmrəy olduğunu ortaya qoyur. Özünü uzun illər “sülh carçısı” kimi qələmə verən Fransa ATƏT-nin Minsk Qrupunun həmsədr ölkələrdən biri kimi münaqişənin sülh yolu ilə həllinə çalışmayıb, erməni separatizminin daha da alovlanmasına dəstək göstərib, işğalçını himayə edib.
Dağlıq Qarabağ münaqişəsi artıq Azərbaycanın qələbəsi ilə başa çatıb, Ermənistan məğlub olub və kapitulyasiya aktına imza atıb, separatçı rejimin isə səsi birdəfəlik batırılıb.
Buna baxmayaraq, Fransa yenə də ermənipərəst mövqeyindən çəkinmir və qondarma “DQR”in “qayğısına qalır”. Belə ki, əldə olunan son məlumatlara görə, yaxın günlərdə Paris meriyası qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanımağa hazırlaşır. Prosesin Fransa hakimiyyəti tərəfindən sanksiyalaşdırıldığı şübhə doğurmur. Parisin meri Ann İdalqo qatı ermənipərəst mövqeyi ilə tanınır, onun erməni lobbisinin tam nəzarətində olduğu bildirilir.
“...milyonlarla insanı soyqırıma məruz qoyan Fransa ilə milyonlarla azərbaycanlıya qarşı genosid cinayətləri törədən Ermənistanın heç bir fərqi yoxdur”
Tarix elmləri üzrə fəlsəfə doktoru, tanınmış tarixçi-alim Dilavər Əzimli “Bakı-Xəbər”ə bildirdi ki, Fransa dövləti erməni lobbisinin əlində oyuncağa çevrilib və Napoleonun, Şarl de Qolun ölkəsini ermənipərəst, dayaz qafalı, separatçı insanlar idarə edir. Bunun Fransanın “demokratik ölkə” imicinə böyük zərbə vurduğunu deyən D.Əzimli hesab edir ki, Fransanı erməni lobbisi idarə etdiyi üçün bu ölkədə bu cür ədalətsiz qərarlara qol çəkilir: “Əvvəllər güman edirdim ki, fransızlar insan haqlarının, demokratiyanın tərəfindədirlər. Amma qətiyyən belə deyil. Mən Paris meriyasına, onun ermənipərəst rəhbərliyinə üzümü tutub deyirəm ki, sizin ömrü boyu Almaniya ilə ərazi probleminiz olub və həmişə də Elzas-Lotarangiya məsələsini qabartmısınız. Bütün insanlarınıza, hətta körpələrinizə də təlqin etmisiniz ki, Elzas-Lotarangiya Fransa əraziləridir, amma Azərbaycanın tarixi ərazilərinə qarşı bu cür əsassız iddialar irəli sürürsünüz. Paris meriyasının qondarma “Dağlıq Qarabağ Respublikası”nın “müstəqilliyini” tanımağa hazırlaşması hansı demokratiyaya, hansı ədalətə sığır, cavab verə bilərmi? Bu, Azərbaycanın ərazi bütövlüyünə qarşı sui-qəsddir. Fransa yaxşı bilir ki, Qarabağ Azərbaycanın tarixi ərazisidir və Azərbaycan xalqının halal torpağıdır. Fransa özü Azərbaycanın ərazi bütövlüyünü tanıdığı halda, Paris meriyası belə cinayətə əl atır, bizim torpağımızı parçalamağa çalışır. Bunun qarşısı alınmalıdır. Bundan açıq görsənir ki, Fransanı fransızlar yox, ermənilər, erməni lobbisi idarə edir. Bu gün Fransada külli-ixtiyar sahibi ermənilərdir. Fransa Prezidenti başda olmaqla Fransanın bütün hökumət və dövlət qurumlarına rəhbərlik edənlər erməni lobbisinin əlində alətə çevriliblər. Fransızlar dövlətlərinin adını dəyişib Fransa-Ermənistan dövləti qoysunlar. Yenidən ATƏT-in həmsədri kimi qalmaq istəyən Fransa hansı üzlə, hansı sifətlə bu qurumda qala bilər? Fransa bilərəkdən Azərbaycanın ərazi bütövlüyünə qəsd edir. Üzümü Fransa hökumətinə və Sarbona Universitetinin alimlərinə tutub onlardan soruşuram ki, bizim ərazimizdə “Dağlıq Qarabağ vilayəti” olubmu? Halbuki, onlar yaxşı bilirlər ki, belə bir şey olmayıb, bunu SSRİ dövründə Rusiya yaratdı, bizdən Zəngəzuru, Göyçəni, İrəvanətrafı torpaqları alıb gavur ermənilərə bağışladı. Bununla ürəkləri soyumadı. Fransa Azərbaycanın ərazi bütövlüyünü BMT-də, digər yerlərdə tanıdığını və dəstəklədiyini bəyan etdiyi halda, indi Azərbaycanın ərazi bütövlüyünə qəsd edir. Paris meri Azərbaycanın ərazi bütövlüyünə qarşı qəsd etmək cəhdinə, niyyətinə görə heç utanıb xəcalət çəkirmi? O, boynuna alsın ki, ermənidir, ata-babası gavurdur, hamı bunu bilsin. Fransaya rəhbərlik edənlər Fransanı demokratik ölkə kimi yox, separatizmin beşiyi kimi təqdim edirlər, onlar yalançı demokratlardır. Fransa Əlcəzairdə, Mərakeşdə, Cibutidə, Çadda, Qabonda, Tunisdə on milyonlarla insanı qanına qəltan edən bir ölkədir. Fransa ərəb dünyasına qarşı tarixdə misli olmayan soyqırım cinayətləri törədib. Fransanın özü milyonlarla insanı məhv edib. Fransa Ermənistanı ona görə dəstəkləyir ki, Ermənistan Azərbaycan xalqına qarşı soyqırım törədib. Əlcəzairdə, Mərakeşdə, Cibutidə, Çadda, Qabonda, Tunisdə milyonlarla insanı soyqırıma məruz qoyan Fransa ilə milyonlarla azərbaycanlıya qarşı genosid cinayətləri törədən Ermənistanın heç bir fərqi yoxdur. Ermənistan Azərbaycan insanına qarşı tarixən qətllər, dünyada terror cinayətləri törədib”.
D.Əzimli qeyd etdi ki, Türk dünyası birləşib Fransanın Afrika xalqlarına, ərəb dünyasına qarşı həyata keçirdiyi soyqırım cinayətlərini ortaya qoyacaq. “Bu dövlət utanmadan hələ ermənilərə də havadarlıq edir. Hanı dünyanın o demoktatik ölkəsi, bu ölkə necə gülünc vəziyyətə düşüb, adamın gülməyi gəlir. Napoleonun, Şarl de Qolun ölkəsini görün kimlər idarə edir? Dayaz qafalı, elmi-savadı, iradəsi olmayan cahillər, antidemokratlar, cinayətkarlar idarə edir. Fransanın cəhdləri heç zaman alınmayacaq. Ermənilər tarixən bu torpaqda qətllər törədiblər, soyqırımlar həyata keçiriblər. Azərbaycan torpağında heç zaman qondarma “DQR” olmayacaq, ermənilər gedib Fransada “muxtar vilayət” yaradacaqlar. Fransa gözləsin, ermənilər onlara qarşı da ərazi iddiası irəli sürəcək, onda Fransa ermənilərin “muxtar vilayət” yaratması üçün onlara torpaq verər” - deyə D.Əzimli vurğuladı.
İradə SARIYEVA