çərşənbə günü, 14 oktyabr 2026
     

Prezident Şuşanın unikal əməliyyatla azad edildiyini təsdiqlədi - hərb taktikası fənninə yeni mövzu gəlir...

Image


“Şuşanın götürülməsi çox böyük peşəkarlıq, cəsarət tələb edən əməliyyat idi”. Baki-xeber.com xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 16-da işğaldan azad olunmuş Füzuli və Cəbrayıl rayonlarına səfəri zamanı deyib.

Dövlət başçısı bildirib: “Şuşa işğaldan azad olunandan sonra artıq düşmən dərk etdi ki, bundan sonra bizə qarşı müqavimət göstərmək heç bir əhəmiyyət kəsb etməyəcək. Şuşa işğaldan azad olunandan bir gün sonra qəhrəman Azərbaycan Ordusu daha 70-dən çox yaşayış məntəqəsini işğalçılardan azad edib və əslində, bu, düşmənə vurulan son zərbə idi. Təsadüfi deyil ki, noyabrın 10-da düşmən faktiki olaraq kapitulyasiya aktını imzalamışdır. Şuşanın işğaldan azad edilməsi bizim gücümüzü göstərdi, Ordumuzun peşəkarlığını, hərbçilərimizin cəsarətini, qəhrəmanlığını göstərdi. Şuşanın götürülməsi çox böyük peşəkarlıq, cəsarət tələb edən əməliyyat idi. Əminəm ki, bu əməliyyat dünya hərb tarixində xüsusi yer tutacaqdır. Çünki bu əməliyyatı yalnız yüngül silahlarla silahlanmış bizim qəhrəman hərbçilərimiz dağlardan, meşələrdən, cığırlardan keçərək icra ediblər. Şuşanın işğaldan azad edilməsi bizim şanlı Qələbəmizdir”.

Qeyd edək ki, Azərbaycan Ordusunun həyata keçirdiyi Şuşanın düşmən işğalından azad olunması əməliyyatı bütün dünyada böyük heyrətlə qarşılanır. NATO və digər beynəlxalq hərbi təşkilatlar bu əməliyyatı təqdir edir və bunun dünya hərb tarixi dərsliklərinə salınmasını tövsiyə edirlər. Dünya hərb tarixi fənnində bu əməliyyatın xüsusi yeri olduğunu deyən ekspertlərə görə, artıq dünya mütəxəssisləri bu taktikanı öyrənib əxz edirlər. Ekseprtlər hesab edirlər ki, Azərbaycan Ordusunun həyata keçirdiyi bu unikal hərbi əməliyyatlar ordumuzun, dövlətimizin gücünün, əzəmətinin göstəricisidir.

  • “...Azərbaycan əsgərinin əzminin, hazırlığının və onun qələbə çalmaq arzusunun bariz nümunəsidir”

Tanınmış hərbi ekspert Tərlan Eyvazov “Bakı-Xəbər”ə bildirdi ki, Şuşanın işğaldan azad edilməsi əməliyyatı dünyanın hərb tarixində nadir hadisədir. O hesab edir ki, bu əməliyyat müasir dünyanın hərb elminə yeni taktika bəxş edib: “Cənab Prezident tamamilə haqlı olaraq qeyd edib ki, Şuşanın götürülməsi çox böyük peşəkarlıq, cəsarət tələb edən əməliyyat idi. Azərbaycan Ordusunun bu unikal hərbi əməliyyatı nəinki yerli mütəxəssislər, eləcə də beynəlxalq ekspertlər tərəfindən təqdir edilib, heyranlıqla qarşılanıb. Onlar öz heyranlıqlarını gizlətməyiblər. Çünki keçmiş Sovet, indiki Rusiya hərbi taktikasında təbii ki, müəyyən üsullar var ki, tutalım, ondan istifadə edərək Şuşanın işğaldan azad edilməsi əməliyyatı həyata keçirilsəydi, onda gərək bir tərəfdən Ağdamdan, Xocalıdan, digər tərəfdən Laçından keçməklə bu əməliyyat baş tutaydı. Amma Azərbaycan Ordusu, Azərbaycanın Baş Qərargahı olduqca unikal bir üsul işlətdi. Azərbaycan Ordusunun işlətdiyi bu unikal hərbi əməliyyat taktikası isə düşməni mat qoydu, beynəlxalq müşahidəçiləri isə heyran etdi. Bu ondan ibarət idi ki, Azərbaycan Ordusu cənub sərhədlərinin 170 kilometr sahəsini azad etməklə Zəngilan, Qubadlı, oradan isə çox çətin keçilən meşə yolları ilə Laçın şəhərinin özündən yan keçməklə Laçın yoluna çıxıblar. Bununla da düşmən tərəfindən Ermənistandan gətiriləcək köməyin qarşısı alındı. Digər bir tərəfdən isə Azərbaycan xüsusi təyinatlıları ağılasığmaz dərəcədə böyük zəhmət çəkərək Hadrut üzərindən keçən və Şuşaya gedən dağ yolları ilə 40 kilometrdən artıq bir məsafəni piyada qət edərək yüngül silahlarla düşmənin üzərinə gedib Şuşanı azad ediblər. Müzəffər ordumuz Şuşanı düşmənin çaynağından əlbəyaxa döyüşlə alıb. Bunu təkcə biz demirik, bunu düşmənin heysiyyatını, təəssübünü çəkən, onun tərəfində duran xarici jurnalistlər - Rusiya, Fransa və digər ölkələrin KİV nümayəndələri deyirlər. İki-üç gün ərzində düşmənlə çarpışmalardan sonra xüsusi təyinatlılarımız Şuşanı tam olaraq nəzarətə götürdülər. Sonra Laçın yolu ilə gələn qüvvələrimiz Şuşanın köməyinə yetişdilər ki, ora Xankəndidən və digər yerlərdən əlavə düşmən qüvvəsi gələ bilməsin. Bununla da Şuşa tamamilə yenidən bizim oldu. Doğrudan, Şuşanın işğaldan azad olunması əməliyyatı dünyanın hərb tarixində baş verən nadir əməliyyatlardan olub ki, bu da bütün dünyanı heyrətə salıb. Yadınızdadırsa, düşmən iddia edirdi ki, guya Azərbaycan tərəfində xaricdən gətirilən muzdlular döyüşür və sair. Həm də deyirdilər ki, Azərbaycan Ordusunun əlində dronlar var. Amma, göründüyü kimi, Şuşanın azad olunması əməliyyatında nə drondan istifadə edilib, nə də digər ağır silahlardan. Şuşa düşmənlə əlbəyaxa döyüşlə azad edilib. Bu gün artıq düşmən tərəf də, xarici jurnalistlər də etiraf edirlər ki, döyüş zamanı şəhid olan, əsir düşən hərbçilərimiz arasında bir nəfər də olsa muzdlu döyüşçüyə rast gəlinməyib, hamısı Azərbaycan Ordusunun hərbçiləri olub. Təbii ki, bu çox yüksək dərəcədə hərbi əməliyyatı planlaşdırmanın və məxfiliyin təmin edilməsinin, ən əsas da Azərbaycan əsgərinin əzminin, hazırlığının və onun qələbə çalmaq arzusunun bariz nümunəsidir” - deyə T.Eyvazov qeyd etdi.

T.Eyvazov qeyd etdi ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə Şuşaya çəkilən yeni yol ordumuzun açdığı yol üzərində qurulur: “Həmin yol bizim hərbçilərimizin Şuşanı işğaldan azad etmək üçün getdikləri yol üzərindən çəkilir. Bu həm də bir nümunədir. Hərbçilərimiz Şuşaya yeni bir yol açıblar. Bilirsiniz ki, köhnə Ağdam-Şuşa yolu hələ tam boşaldılmayıb. Bu yeni yol isə hərbçilərimizin canı, qanı, qəhrəmanlığı ilə açdığı yoldur ki, cənab Prezident Şuşaya yolun oradan çəkilməsini məsləhət görüb. Bu bizim üçün çox təhlükəsiz bir yoldur”.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

14.10.2026 / 16:59
AK Partiyanın müdaxiləsinə qarşı Azərbaycandakı partiyalar YAP-a niyə dəstək vermədilər...

14.10.2026 / 16:48
Onlara tarakan deyildi, onlarsa "Tarakanlar" partiyası yaradıb hakimiyyəti yıxırlar...

14.10.2026 / 16:40
Azərbaycanda şirkətə aid gəminin sənədləri itirilib...

14.10.2026 / 16:16
“Əlamətdar hadisələrin musiqili sədası”: musiqidə yaşayan tarix və milli yaddaş

14.10.2026 / 15:40
Ərdoğanın bu bəyanatı Türkiyəni İranla vuruşdura bilər - təhlükəli ssenari...

14.10.2026 / 15:32
ABŞ-la İranın infrastruktur müharibəsi başlanır - dünya xaosa girə bilər...

14.10.2026 / 15:20
Hakan Fidan Azərbaycana gəlir

14.10.2026 / 14:56
Əli Əsədov Laos Prezidenti ilə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib - FOTO

14.10.2026 / 14:45
Vüqar Rəhimzadə: Azərbaycan və Laos dost ölkələrdir, beynəlxalq arenada fəal əməkdaşlıq edirlər

14.10.2026 / 14:41
“Bir millət, iki dövlət”: bərabərhüquqlu qardaşlıq və suverenlik prinsipinin formulu - TƏHLİL

14.10.2026 / 14:28
NATO Rusiyanı ilk olaraq 3 yerdən vuracağını açıqladı...

14.10.2026 / 14:16
Rəsmi Bakıdan Parisə sərt cavab - əsassız iddialara son qoyun...

14.10.2026 / 13:58
Zelenski təsdiqlədi - ABŞ Ukraynanı kəşfiyyat dəstəyini kəsməklə hədələyib…

14.10.2026 / 13:42
Lavrov Bakıya gəlir…

14.10.2026 / 13:29
Ukrayna Rusiyanın ən böyük superkompüterinin yerləşdirildiyi data mərkəzini vurdu - “Sberbank” təsdiqlədi…

14.10.2026 / 13:18
“Səhər” kanalının Azərbaycanla bağlı saxtakarlığı ifşa olundu

14.10.2026 / 13:12
"Azərbaycanla Ermənistan arasında sülh var, amma..." - Mirzoyan

14.10.2026 / 13:00
Nizami Gəncəvi yaradıcılığında memarlıq motivləri və onların bədii-fəlsəfi funksiyaları

14.10.2026 / 12:54
Ən müqəddəs missiyamız

14.10.2026 / 12:34
Ermənistan Başkənd iddiasından rəsmən imtina edir…

14.10.2026 / 12:18
Özgür Özəldən Halk TV-yə polis basqınına sərt reaksiya – bu yalnız diktatorların edə biləcəyi şeydir…

14.10.2026 / 12:06
Mərkəzi Bank ödəniş sistemləri üzrə yeni xidmət haqları müəyyən etdi

14.10.2026 / 11:28
47 min yeni iş yerinin yaradılması gözlənilir - RƏSMİ

14.10.2026 / 11:15
"Məqsəd Qarabağ və Şərqi Zəngəzurun iqtisadiyyatda yeni artım mərkəzi kimi mövqeyini möhkəmləndirməkdir" - Prezident

14.10.2026 / 11:11
Türkiyədə Halk TV-nin ofisinə polis basqını – həbslər aparıldı, müxalif TV sübh tezdən susduruldu…

14.10.2026 / 11:08
"İnfrastruktur quruculuğu Qarabağın və Şərqi Zəngəzurun tarixi-mədəni simasının bərpası ilə tamamlanır" - Prezident

14.10.2026 / 11:03
Prezident: "Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturu yaşayış məntəqələrini ölkənin vahid iqtisadi məkanı ilə birləşdirir"

14.10.2026 / 10:57
"Böyük Qayıdışın təhlükəsiz həyata keçirilməsi üçün 300 min hektardan çox ərazi minalardan təmizlənib" - Prezident

14.10.2026 / 10:50
"ADA Universiteti beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsində maraqlıdır" - Hafiz Paşayev

14.10.2026 / 10:44
İran və Türkiyədən Azərbaycana qarşı koordinasiyalı trol hücumları intensivləşib - Media və Yayım Şurası bəyanat yaydı...

14.10.2026 / 10:33
Prezident İlham Əliyev 6-cı “Rebuild Garabagh” sərgisinin iştirakçılarına müraciət ünvanlayıb

14.10.2026 / 10:26
Səudiyyənin “Saudi Aramco” neft şirkətinin baş ofisində güclü partlayış – nə baş verir…

14.10.2026 / 10:10
İran və Britaniya arasında gərginlik – Tehran səfiri çağırıb izahat istədi…

14.10.2026 / 09:49
Azərbaycan nefti ucuzlaşdı

14.10.2026 / 09:17
Dövlət qurumlarının saytlarına kiberhücum - 100-dən çox saytda problem yarandı...

14.10.2026 / 09:02
Dövlət Baxçalının müavini Azərbaycanla bağlı paylaşım etdi - cəsur və qüdrətli lider...

14.10.2026 / 06:26
Trampın eks gəlini Ağ Evin tələbi ilə istefa verdi - “qeyri-etik davranış” səbəbindən…

13.10.2026 / 22:46
Trampdan Çin və Rusiyaya sərt xəbərdarlıq – İrana kömək etdiklərini görsək çox şey itirəcəklər…

13.10.2026 / 22:30
Paşinyandan Moskvaya qəti mesaj – münasibətlərimiz artıq əvvəlki kimi ola bilməz…

13.10.2026 / 22:08
Tramp Rusiyanın əvəzinə Ukrayna ilə döyüşü genişləndirir - indi də kəşfiyyat məlumatları...

13.10.2026 / 21:50
Paşinyan hər dəfə Putini fakt qarşısında qoyur - pis də olmuruq, yaxşılaşmasını da istəmirik...

13.10.2026 / 21:29
Bakı-Tbilisi qatarında maklerlər "at oynadır" - 54 manata bilet yoxdur...

13.10.2026 / 21:14
İran Əfqanıstanla müharibənin bir addımlığındadır...

13.10.2026 / 21:11
SDU-da YAP-ın VIII Qurultayına həsr olunmuş elmi-praktik konfrans keçirilib

13.10.2026 / 20:58
Erməni mediası Azərbaycan-Gürcüstan sərhəd delimitasiyasında “kəskin mübahisələr” gözləyir...

13.10.2026 / 20:45
Çexiya kəşfiyyatından qorxunc xəbərdarlıq: Rusiya NATO ölkələrində daha riskli əməliyyatlara başlayır

13.10.2026 / 20:26
Pakistanda vəziyyət qarışır, hakimiyyətlə müxalifət Əfqanıstan sərhədində toqquşur...

13.10.2026 / 20:11
Paşinyan Azərbaycanla humanitar məsələlər fonunda separatçılardan əl çəkmək istəmir...

13.10.2026 / 19:50
Hicab taxması üçün qızlara təqaüd verən imkanlı şəxslər kimdir...

13.10.2026 / 19:36
Azərbaycanın ASAN brendi Asiyanı “işğal edir”...

13.10.2026 / 19:21
“Azərbaycana təzyiqlər artır” - Prezident demişdi axı, üstəlik səbəb də göstərmişdi...

13.10.2026 / 18:22
ABŞ Konqresi Tramp-Putin razılaşmasını ləğv edə bilər...

13.10.2026 / 18:04
İqtisadi Şuranın növbəti iclası keçirilib - FOTO

13.10.2026 / 17:47
Prezident İlham Əliyevin sosial media hesablarında Laos Prezidentinin Azərbaycana rəsmi səfərinə dair videoçarx paylaşılıb

13.10.2026 / 17:38
"Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var" - QMİ sədri

13.10.2026 / 17:21
Qara dənizdə hücuma məruz qalan gəmidəki 8 Azərbaycan vətəndaşı xilas edilib

13.10.2026 / 17:06
Allahşükür Paşazadə Azərbaycana qarşı iddiaları rədd etdi - İğtişaş yaradırlar... kimin təhriki ilə olur bilirik...

13.10.2026 / 17:02
MM-in parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yaydı - AK Parti iqtidarının hərkətləri suallar doğurur...

13.10.2026 / 16:43
Məktəb partasından ər evinə: Erkən nikah faciəsi və Qanunun müdafiəsi

13.10.2026 / 16:30
Hamı Xəzərin probleminə Azərbaycan prezidenti kimi qayğı göstərsə...

13.10.2026 / 15:56
Ərdoğanın müşaviri göstərdi ki, anti-Azərbaycan kampaniyasını AKP iqtidarı aparır...

13.10.2026 / 15:42
Ermənistan COP29-a gəlmədi, biz niyə COP17-yə getməliyik?!.

13.10.2026 / 15:38
Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edildi - VİDEO

13.10.2026 / 15:25
Səadət Partiyasının sədri Mahmud Arıkan! İlham Əliyevdən qabaq belə məktubu Ərdoğana yazmalı idiniz...

13.10.2026 / 15:17
Türkiyənin din təriqətçiləri Fələstin məsələsində Azərbaycanı da özlərinə bənzətmək istəyir - ziyanlı və faydasız üslub....

13.10.2026 / 15:09
Bolqarıstan sahillərində içərisində azərbaycanlıların da olduğu gəmi vuruldu...

13.10.2026 / 14:54
Belə getsə, Rusiya bütün Avropada sağ populistləri seçki ilə hakimiyyətə gətirəcək – İngiltərə dilə gəldi...

13.10.2026 / 14:30
“Məktəbli forması dünyəvi təhsil prinsiplərini ehtiva edir” - Rizvan Qarabağlı

13.10.2026 / 14:17
Yasamalda məktəbdə yanğın törətməyə cəhd edən 6 nəfər saxlandı - VİDEO

13.10.2026 / 14:08
YAP Ərdoğanın baş müşavirinin Azərbaycanla bağlı açıqlamasına sərt cavab verdi...

13.10.2026 / 13:55
Azərbaycan XİN Səudiyyə Ərəbistanına başsağlığı verdi

13.10.2026 / 13:46
Prezident İlham Əliyevin adından Laos Prezidentinin şərəfinə rəsmi nahar verilib - FOTO

13.10.2026 / 13:40
Tramp Putinə pəncərə açdı, Avropa onun acığına bağladı...

13.10.2026 / 13:27
Kredit faizləri və problemli kreditlər sürətlə artır...

13.10.2026 / 13:10
Azərbaycanda problemli kreditlərin həcmi 932 milyon manatı ötüb

13.10.2026 / 12:53
“Məktəb vətəndaşlıq mövqeyinin formalaşdığı ictimai mühitdir” - Əhliman Əmiraslanov

13.10.2026 / 12:44
Vüqar Rəhimzadə: Azərbaycan və Kamboca bütün sahələrdə əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır

13.10.2026 / 12:38
"44 il əvvəl səfər etdiyim Azərbaycanı çox çətinliklə tanıdım" - Prezident Thonqlun Sisulit

13.10.2026 / 12:18
Ermənistanla sərhədi keçən azərbaycanlı hərbçi ifadəsi yayıldı

13.10.2026 / 12:03
Prezident İlham Əliyev: "Laos bizim üçün dost ölkədir"

13.10.2026 / 11:59
"Azərbaycan ərazisində bütün əsas nəqliyyat-logistika layihələri artıq reallaşıb" - Prezident

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ