Bazar günü günü, 08 fevral 2026
     

Ermənilərin Kəlbəcərdə dağıtdığı alban Xudavəng monastırı - qədim alban irsi əsl sahibi udilərə nə zaman qaytarılacaq...

Image


Kəlbəcəri tərk edən ermənilər gedərkən burada hər cür vəhşiliklər, terror, vandalizm hərəkətləri törədirlər. Elə bir vəhşilik yoxdur ki, ermənilər ona əl atmasınlar. Bu da ermənilərin gerçək mahiyyətini ortaya qoyan amillərdən biridir. Erməni lobbisinin və ermənilərin Qərbdəki havadarlarının “məzlum, yazıq, çarəsiz” kimi illərdir qələmə verdikləri ermənilər, əslində, barbar və yırtıcı bir toplum olduqlarını beynəlxalq aləmin gözü qarşısında sərgiləyirlər.

İşğal dövründə Kəlbəcərə köçürülən ermənilər evləri və ərazidəki meşə zolaqlarını yandırmaqla yanaşı, tarixi abidələrə də təcavüz edirlər. Ermənilər alban xristianlığı dövrü abidələri, monastırları mənimsəməklə kifayətlənməyib, köçərkən monastırları sökürlər. Belə ki, ermənilər Kəlbəcər rayonu ərazisindəki qədim tarixi abidə olan Xudavəng monastırını sökməyə başlayıb. Onlar monastırda qədim əşyaları, əsərləri və digər qiymətli vasitələri Ermənistana daşımağa başlayıblar.

Xatırladaq ki, Kəlbəcər rayonu ilə Dağlıq Qarabağ arasında yerləşən monastır IX-XIII əsrlərdə Albaniya şahzadəsi Vaxtanqın həyat yoldaşı tərəfindən inşa olunub. 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduqdan sonra onlar 1954-cü ildə qəbul edilən Haaqa Konvensiyasını pozaraq, monastırı saxtalaşdırıblar. Kəlbəcəri tərk edən ermənilər monastırdakı zəngləri, məşhur alban Xudavəng monastırının xaç daşlarını və digər qiymətli əşyaları sökərək, qanunsuz olaraq Ermənistana aparırlar.

  • “...onun statusunu bərpa edərək, xalqımıza, dövlətimizə qaytarmalıyıq”

Alban-udi icmasının rəhbəri Robert Mobili “Bakı-Xəbər”ə bildirdi ki, bu, erməni vandalizminin bariz nümunəsidir. Bunun ermənilər tərəfindən alban irsinin saxtalaşdırılmasının sübutu olduğunu deyən R.Mobilinin sözlərinə görə, ermənilər Xudavəng və digər monastırları sökməklə bizim tarixi irsimizi məhv edir, bundan əlavə, oğurladıqları kilsə elementlərini isə sonradan “erməni irsi” kimi qələmə vermək istəyirlər.  

R.Mobili hesab edir ki, Azərbaycanda alban kilsəsinin müstəqilliyi bərpa edilməli, alban kilsəsi erməni təsirindən çıxmalıdır. O qeyd etdi ki, Qafqaz Albaniyasında mövcud olan alban kilsəsi I Nikolayın 11 mart 1836-cı il tarixli fərmanına əsaslanan Rusiya Senatının 10 aprel 1836-cı il tarixli əsasnaməsinə görə, erməni-qriqoryan kilsəsinin idarəçiliyinə daxil edilib. R.Mobilinin bildirdiyinə görə, alban kilsəsi 1836-cı ildə Çar Rusiyası tərəfindən əsassız olaraq erməni qriqoryan kilsəsinin tabeliyinə verilərək, fəaliyyətini tam dayandırıb. O vurğuladı ki, 2003-cü ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Alban-udi xristian icmasını qeydiyyata alıb və Qafqaz Albaniyası dövründə mövcud olan 26 tayfadan indi udilər qalıb və udilər Azərbaycan dövlətinə, dövlətçiliyinə bağlı olan, onun müdafiəsində dayanan bir xalqdır.

“Ermənilərin alban kilsələrinə qarşı həyata keçirdikləri vandalizm aktları, Xudavəng monastırını sökməsi və onun elementlərini, kilsə zəngini Ermənistana aparması erməni vandalizminin ən qabarıq göstəricilərindəndir. Ermənilər alban xristianlığı irsinə aid olan bütün maddi-mədəni nümunələri söküb aparırlar ki, sabah “bunlar erməni kilsələridir, erməni məbədləridir” desinlər. Ermənilərin bu vandalizm hərəkətlərinə qarşı biz kəskin etirazımızı bildiririk. Bilirsiniz ki, kilsələrin ərazi qanunları var. Düz 200 ildir bizim alban kilsələri erməni kilsəsinin tabeliyinə verilib. Ermənilərə isə bunu Çar Rusiyası verib. Bu dövr ərzində ermənilər alban məbədlərini saxtalaşdırdılar, yazıları, lövhələri dəyişdirdilər. Son 30 ilə yaxın isə Kəlbəcər işğal altında idi və burada ermənilər alban mədəni irsinə divan tutdular. Əllərinə fürsət keçdi və bu fürsətdən istifadə edərək kilsələrimizə qarşı hər cür iyrənc hərəkətlər etdilər. Kəlbəcər də qədim abidələrlə zəngindir, məndəki reyestrə görə, onların 30-dan çoxu elə alban məbədidir. Burada söhbət təkcə Xudavəngdən, Gəncəsər monastırından getmir, burada bizim çoxlu monastırımız var. Ermənilər bizim monastırlardan alban irsinə aid olan elementləri götürürlər, amma sonrdan quraşdırdıqları erməni “elementləri”ni  isə saxlayırlar ki, sabah biz o məbədləri bərpa edərkən dünyaya “bizim kilsələri azərbaycanlılar bərpa edirlər, elementlərimizi dəyişirlər” kimi yalançı səs-küy salsınlar. Onların həyata keçirdikləri bu saxtakarlıqların qarşısının alınması istiqamətində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Mədəniyyət Nazirliyi ilə işləyirik. UNESCO və onun mədəni irs şöbəsi ilə də işləməkdəyik, artıq bu quruma müraciətlər edirik. Sözsüz ki, biz təbliğatla və beynəlxalq təşkilatlara müraciətlərlə bunun qarşısını ala bilərik. Ermənilər Kəlbəcərdən noyabrın 15-i çıxmalı idilər, lakin onların çıxmaq vaxtları noyabrın 25-nə qədər uzadılıb. Onlar bu on gün müddətində də qalan nə var, hamısını dağıdıb sonra getmək istəyirlər. Görürsünüz ki, kilsə zənglərini aparıblar. Ermənilər alban irsinə aid olan bütün hər şeyi aparmaq istəyirlər ki, bizim izimizi silsinlər. Amma onlar bizim izimizi silə bilməzlər. Erməni vandalizminin qarşısının alınması üçün tədbirlər görülür”.

R.Mobilinin sözlərinə görə, ermənilərin Kəlbəcərdə alban mədəni irsinə qarşı sui-qəsdlərini kəskin narazılıqla qarşılayırlar. O, həmçinin, qeyd etdi ki, bütün Azərbaycan xalqı kimi udi camaatı da torpaqlarımızın işğaldan azad edilməsinə sevinir. “Sevinirik ki, torpaqlarımız işğaldan azad edilib və bunun nəticəsində də mədəni irsimiz özümüzə qayıdacaq, biz onları yenidən bərpa edəcəyik. Məsələ ondadır ki, biz yaxın gələcəkdə alban kilsəsini erməni kilsəsinin tabeliyindən çıxarmalıyıq, onu onlardan almalıyıq. Çünki Azərbaycana aid olan alban dövrü mədəni irsi, monastırları birbaşa erməni kilsəsinin tabeliyindədir, kilsə qanunlarına görə, alban kilsələri onların ərazisidir. Biz onu geri qaytarmalıyıq. Azərbaycanda alban kilsəsinin müstəqilliyi bərpa edilməli, alban kilsəsi erməni təsirindən çıxmalı və onun statusu bərpa edilməlidir. Bu gün Azərbaycan xristian Albaniyasının birbaşa varisidir. Mən hələ Dərbənd tərəfi, Ermənistanın böyük bir hissəsini, Zəngəzur tərəfi demirəm, bunlar da Qafqaz Albaniyasına aiddir. Azərbaycan böyük Albaniyanın şəriksiz varisidir və sözsüz orada xristianlıq abidələri, alban kilsələri birbaşa Azərbaycanın əsas mədəni irsidir və Azərbaycan bu irsi doğmalaşdırmalıdır. Torpaqlarımızı işğaldan azad etdiyimiz kimi, alban kilsəsini də erməni əsarətindən çıxarıb, onun statusunu bərpa edərək, xalqımıza, dövlətimizə qaytarmalıyıq” - deyə R.Mobili bildirdi.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycan-BƏƏ təlimlərində dördayaqlı robotlar da işlədi...

Naxçıvan Konstitusiyası dəyişilir - 1921-ci ilə aid 2 müqavilə pozula bilər?..

Epşteyn işi ABŞ elitasında kütləvi əxlaqsızlıqdan xəbər verir - Azərbaycan məmurlarının da adı var...

SON XƏBƏRLƏR

07.02.2026 / 22:25
ABŞ Dövlət katibinin müavini də Venslə birlikdə Bakıya gəlir...

07.02.2026 / 22:10
Rusiya Ermənistanda yeni atom elektrik stansiyası tikməyi təklif etdi...

07.02.2026 / 21:45
ABŞ və Gürcüstan Azərbaycan-Ermənistan sülh razılaşmanı müzakirə etdi...

07.02.2026 / 21:26
Əliyev və Paşinyan 19 fevralda Trampla görüşə bilər...

07.02.2026 / 20:53
Evdən 10 min manatlıq cehizlik əşyalar oğurlayan şəxs saxlandı

07.02.2026 / 19:09
Tramp olmasaydı, Vens Azərbaycana gələ bilməzdi, gəlməzdi də...

07.02.2026 / 19:00
"İran raket proqramını müzakirəyə çıxarmayacaq - nə indi, nə də sonra..." - Əraqçi

07.02.2026 / 18:21
Ermənistan hərbi hissəsində olay - əsgər xəstəxanalıq oldu

07.02.2026 / 17:07
GÜNƏŞİN BATMADIĞI ƏDƏBİ İMPERİYA

07.02.2026 / 17:02
“Bütöv Azərbaycanda Gənclik” sərgisi – Gənclərin yaradıcılıq gücü bir arada

07.02.2026 / 16:53
Məmurlarımızın “ailə mərəzi”, yaxud – Saleh Məmmədovun arxasınca kimlər gedir?

07.02.2026 / 16:41
"İdrak" liseyi ilə bağlı daha bir ilginc fakt - "hələ 2 il əvvəl..."

07.02.2026 / 16:36
Ceyhun Bayramov İslamabaddakı terror aktı ilə bağlı Məhəmməd İshaq Dərə zəng etdi

07.02.2026 / 16:07
ABŞ-ın hücumuna qarşı İranın 5 mərhələli müharibə planı - Yaxın Şərq od tutub yanacaq…

07.02.2026 / 15:45
Maduro illərlə Venesuelada siyasi məhbusları dandı, bu da sübutlar....

07.02.2026 / 15:30
Ceyhun Bayramov pakistanlı həmkarına başsağlığı verdi

07.02.2026 / 15:03
Tramp Obama və arvadını meymuna bənzətdi - ABŞ qarışdı…

07.02.2026 / 14:25
Bərdədə direktordan şikayət videosu paylaşan müəllim cəzalandırıldı...

07.02.2026 / 14:04
Ukraynada prezident seçkilərilə eyni vaxtda sülh planı da referenduma çıxarıla bilər - ABŞ Kiyevə təzyiq edir…

07.02.2026 / 13:48
Cəlilabadda narkotikin təsiri altında avtomobili idarə edən sürücü həbs edildi

07.02.2026 / 13:34
SOCAR rəsmisi : “İlahə Həsənova 6 il yerinə yetirmədiyi xidmətə görə pul alıb, araşdırma gedir”...

07.02.2026 / 13:13
Siyəzəndə keçmiş qadın məhkum 6 kq narkotilə yendən tutuldu

07.02.2026 / 12:55
Kamran Əliyev Gəncə hərbi prokuroruna yeni müavin təyin etdi...

07.02.2026 / 12:31
Tərtərdə at ətini mal əti adı ilə gətirib Bakıda satmaq istəyənlər saxlandı

07.02.2026 / 11:44
"Azərbaycan və Ermənistan arasındakı Vaşinqton razılaşması Orta Dəhlizin mövqelərini gücləndirir" - Aİ

07.02.2026 / 11:28
İran Rusiyadan qırıcı təyyarələr alır...

07.02.2026 / 11:19
İdmançılar alqışlandı, vitse-prezident fitə basıldı - Milanda...

07.02.2026 / 11:19
Azərbaycan neftinin qiyməti bahalaşdı

07.02.2026 / 11:07
Fransada müflis olan müəssisələrin sayı artıb

07.02.2026 / 10:28
Ağ Ev Sülh Şurası liderlərinin görüşünü keçirməyə hazırlaşır

07.02.2026 / 10:21
ABŞ BMT-yə üzvlük haqqını ödəyəcək

07.02.2026 / 09:14
Tramp: “İran razılaşmaya can atır”

06.02.2026 / 21:51
ABŞ yıxmağa, Rusiya ayaqda saxlamağa çalışır - İrana qatar və gəmilərlə tonlarla pul göndərildi...

06.02.2026 / 21:16
Nə Moldova, nə Gürcüstan, nə Ukrayna - tək Azərbaycan...

06.02.2026 / 20:53
"İki məhsul var, Azərbaycanla danışıqlar aparırıq ki, onların da idxal imkanları açılsın" - Papoyan

06.02.2026 / 20:37
AB, ya Aİİ üzvlüyü? - İrəvan-Moskva müstəvisində açıq kəskin mübahisəyə çevrildi...

06.02.2026 / 20:19
Əbu-Dabidə ilk Əliyev-Paşinyan görüşünün davamı 8 avqust oldu - bu dəfə nə olacaq?...

06.02.2026 / 20:03
AAYDA İdarə Heyətinin yeni sədri Vüsal Nəsirli kimdir? - DOSYE

06.02.2026 / 19:26
AAYDA İdarə Heyətinin sədri dəyişdi - SƏRƏNCAM

06.02.2026 / 19:04
İrəvan yenə hədələndi: Qərblə yaxınlaşma əlavə problemlər yaradır...

06.02.2026 / 19:00
İrəvan TRIPP üzərindən Bakı ilə birbaşa dəmir yolu əlaqəsi qurmağa ümid edir...

06.02.2026 / 18:58
İranda keçid hökumətinin yaradılması istiqamətində fəaliyyət başladı...

06.02.2026 / 18:55
Ermənistan parlamentinin spikerini Rusiyada hamı “danlayır”...

06.02.2026 / 18:51
Vitse-prezident Bakıya xüsusi tapşırıqla gəlir...

06.02.2026 / 18:50
Azərbaycan-BƏƏ təlimlərində dördayaqlı robotlar da işlədi...

06.02.2026 / 18:33
Rusiya səfiri XİN-ə çağırıldı - Bakı Moskvaya nota verdi...

06.02.2026 / 18:29
Omanda ABŞ-İran danışıqları başa çatdı - ilk açıqlama Tehrandan gəldi...

06.02.2026 / 18:17
Ukrayna-Rusiya-ABŞ danışıqlarının növbəti raundu ABŞ-da keçirilə bilər - Zelenski açıqladı...

06.02.2026 / 17:58
Ukrayna Əbu-Dabidə Rusiyadan Odessaya bir daha hücum etməyəcəyinə dair zəmanət istədi...

06.02.2026 / 17:52
Axar-Baxar və İlisu milli parkları haqqında Əsasnamələr təsdiqləndi - FƏRMAN

06.02.2026 / 17:50
Strateji investisiya layihələri üzrə investisiya təşviqi sənədinin veriləcəyi müddət müəyyənləşdi - FƏRMAN

06.02.2026 / 17:46
Azərbaycan XİN Pakistana başsağlığı verdi

06.02.2026 / 17:39
Rusiya Hərbi Kəşfiyyat Xidmətinin generalına sui-qəsd cəhdi – Alekseyev evinin qarşısında güllələndi...

06.02.2026 / 17:15
Vüqar Rəhimzadə Ordubadda seçicilərlə görüşdü

06.02.2026 / 17:00
Türkiyədə Mossad casusları tutuldu

06.02.2026 / 16:52
Azərbaycanın müdafiə naziri İranlı həmkarı ilə müzakirələr aparıb

06.02.2026 / 16:43
“Human Rights Watch” hələ də ermənilərin Qarabağa qayıdış mövzusunu qurdalayır...

06.02.2026 / 16:41
Pakistanda terror: 16 hərbçi həlak oldu, silahlar ələ keçirildi

06.02.2026 / 16:10
Aylardır yüzlərlə xəstə müavinətini ala bilmir - TƏBİB müəssisələrinin səhvi...

06.02.2026 / 15:57
“İdrak” liseydəki faciə bir neçə köklü problemin nəticəsidir...Təhlil...

06.02.2026 / 15:39
Erməni idmançılarıdan təxribat - Milli Olimpiya Komitəsi BOK-a etiraz etdi...

06.02.2026 / 15:35
Makron Putinin qapısına xüsusi diplomat göndərib - Ukraynaya qarşı yeni xəyanət oyunu...

06.02.2026 / 15:26
Bakı gərginliyin həllinə töhfə verməyə hazırdır - İlham Əliyev

06.02.2026 / 15:25
Lavrov Simonyana "Zəngəzur bizsiz açıla biıməz" mesajı verdi...

06.02.2026 / 15:10
Mətbuat Şurası liseydə baş vermiş insidentlə bağlı mediaya müraciət etdi

06.02.2026 / 14:57
Üçtərəfli Əbu-Dabi görüşü Ukrayna üzrə tək nəticə verdi - o da mənasız...

06.02.2026 / 14:27
Şair-publisist İlyas Əfəndi Vəfalının 65 illiyi qeyd edilib

06.02.2026 / 13:58
Azərbaycan Milli Xalça Muzeyində “Səssiz dualar" - Zirə Cümə məscidində qorunan mədəni irs” sərgisi açılıb

06.02.2026 / 13:39
Qarabağda cinayətlər törətmiş “Arsax ordusu” haradan və necə idarə olunurdu?...

06.02.2026 / 13:15
Vens Azərbaycana səfər edəcək - Milan Qış Olimpiya Oyunlarının açılışından sonra...

06.02.2026 / 13:15
Separatçı ermənilərə Bakıda “ömürlük məhkəmə cəzası”na reaksiyalar...

06.02.2026 / 12:51
Azərbaycanda bir ayda 11 kişi məişət zorakılığına məruz qalıb...

06.02.2026 / 12:46
Ən yeni texnoloji cihazlar artıq "Bakcell Shop"da!

06.02.2026 / 12:27
DİN məktəblilər arasında baş verən insidentlə bağlı məlumat yaydı...

06.02.2026 / 11:55
Prezident İlham Əliyev İran nümayəndə heyətini qəbul edib - FOTO

06.02.2026 / 11:53
DİM Təhsil Nazirliyindən siyahı götürdü ...Hansı müəllimlərin “bəxti açılır”?...

06.02.2026 / 10:54
Davosda Əliyevin bir imzası, Zəngəzur dəhlizində erməni oyunpozanlığı - bacarırsınızsa.... Aydın Quliyev yazır...

06.02.2026 / 08:45
ABŞ vətəndaşlarını təcili İranı tərk etməyə çağırdı

06.02.2026 / 08:35
Dünya mediası Azərbaycan Prezidentinin BƏƏ səfərindən yazmaqda davam edir - FOTO

06.02.2026 / 08:32
Ukrayna əsgərləri qar yeməyə başlayıb…

06.02.2026 / 08:19
Rusiya səfirindən qalmaqallı açıqlama…

Dünya Azərbaycan gənclərinin səsini bu dəfə İstanbuldan eşitdi...

XƏBƏR ARXİVİ