Qarabağın ürəyi sayılan Şuşa şəhəri 28 ildən sonra işğaldan azad edildi. Müjdəni Azərbaycan Prezidenti İlham Əliyev canlı yayımda elan etdi. Ordumuz bölgədə ən kritik nöqtəni, cənubdan mühasirəyə aldığı Şuşanın işğaldan azad etdi.
Baki-xeber.com xəbər verir ki, əvvəlcə uğurlu hərbi əməliyyatlarla Şuşanı Laçın dəhlizindən ayıran Azərbaycan Ordusu qədim şəhərə şimal və cənubdan girərək şəhəri işğaldan qurtardı.
Azərbaycanın ordusunun bu böyük uğurundan sonra ermənilər Xankəndini boşaltmağa başlayıblar. Bölgədən gələn görüntülərdə ermənilərin Xankəndini tərk etməyə başadığı görünür.