Ermənistanlı hüquq müdafiəçisi Georgi Vanyan ölkənin baş naziri Nikol Paşinyana açıq məktubla müraciət edib. Trend bu barədə erməni KİV-lərinə istinadən məlumat verir.
Hüquq müdafiəçisi Ermənistan hökumətini xaricdən dəstək gözləmək əvəzinə Azərbaycanı müttəfiq kimi görməyə və danışıqlara getməyə çağırıb: "Ermənistan öz vətəndaşlarına qarşı cinayət həddini çoxdan keçib. Cinayətkarcasına qələbə qazanmaq tamaşasını dayandırın: qonşu üzərində qələbə qaznmazlar, qonşunu məhv etməzlər. Qonşu ilə danışarlar, qarşılıqlı anlaşma əldə olunana kimi danışarlar. Qonşuların bir-birini məhv etmək cəhdi tərəflərin özlərini məhv etməsinə aparan yoldur.
Son 30 ildə, xüsusən də bu gün bizim bir müttəfiqimiz ola bilərdi – bu da qonşu Azərbaycandır. Danışın, qorxmadan həmkarınızın üzünə baxın".