Azərbaycan hökuməti Qarabağın erməni icmasına yaxşı yaşayış şəraiti yaratmağa hazırdır.
Baki-xeber.com xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev öz "Twitter" hesabında yazıb.
"Donara Rəhimova etnik ermənidir, Azərbaycan vətəndaşıdır. O Azərbaycanda xoşbəxt yaşamağa davam edir. Azərbaycan hökuməti Qarabağın erməni icması üçün eyni yaşayış şəraitini təmin etməyə hazırdır. Ermənilərin və azərbaycanlıların uyğunlaşa bilməməsi barədə irqçi açıqlama cəfəngiyatdır".