Azərbaycanın işğaldan azad edilən ərazilərinin hazırkı vəziyyəti ilə tanış olduqda üzücü və acı mənzərələrlə qarşılaşırıq.
Məscidlərimizin durumu da dəhşətlidir. Ermənilərin məscidlərimizdə donuz saxlaması faktı bir daha aşkar olunur. Çünki biz illər əvvəl deyəndə ki, ermənilər məscidlərimizdə donuz saxlayırlar, bir çox müsəlman dövləti susurdu. Bu gün də çoxlarının səsi eşidilmir. Faktiki olaraq, işğaldan azad olunan hansı kənddən reportaj verilirsə, ermənilərin məhz həmin kəndin məscidində donuz saxladığı məlum olur. Sonuncu belə hadisə isə Qubadlının işğaldan azad edilən Məmər kəndində müşahidə edilib.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev öz "Twitter" hesabında bu məsələyə toxunub. “Azərbaycanın işğaldan azad olunmuş Məmər kəndindəki XVIII əsrə aid məscid tamamilə dağıdılıb. Vandalizmlə yanaşı, XVIII əsrin dini-mədəni abidəsi işğal zamanı Ermənistan tərəfindən təhqir əlaməti olaraq donuzxanaya çevrilib. Biz UNESCO, İSESCO və İslam Əməkdaşlıq Təşkilatını (İƏT) addımlar atmağa və bu cür barbar hərəkətləri qınamağa çağırırıq” - deyə H.Hacıyev yazıb.
Maraqlıdır, həmin kəndlərdə kifayət qədər başqa bina ola-ola, ermənilər niyə donuzu məhz məscidlərdə saxlayıblar? İslam dünyası, müsəlman ölkələrinin bu məsələyə reaksiyası necə olmalıdır?
Qasım Hacıyev: “Müsəlman ölkələri, İslam Əməkdaşlıq Təşkilatı ermənilərin bu naqis, İslamı aşağılayan, məscidlərimizi təhqir edən hərəkətlərinə nəhayət ki, adekvat cavab verməlidir”
Ermənilərin müsəlmanlara və öz təriqətlərindən olmayan xristianlara, onların ibadət ocaqlarına qarşı hər zaman belə əxlaqsız davranışlar sərgilədiklərini deyən Azərbaycan Milli Elmlər Akademiyasının Qafqazşünaslıq İnstitutunun ermənişünaslıq şöbəsinin müdiri, professor Qasım Hacıyev baki-xeber.com-a açıqlamasında bildirdi ki, ermənilər məscidlərdə donuz saxlamaqla, bütövlükdə, İslam dinini təhqir ediblər: “Ermənilər məscidlərdə İslam dinini, dini ocaqlarımızı təhqir etmək məqsədilə donuz saxlayıblar. Onlar bilirlər ki, dinimizdə donuz əti haramdır və ümumiyyətlə, müsəlmanlar nə donuz saxlayır, nə də onun məhsulundan istifadə edirlər. Ermənilərin bizim məscidlərdə donuz saxlaması, məscidlərimizi müxtəlif şəkildə təhqir etməsi faktlarına təəssüf ki, müsəlman aləmindən hər hansı bir reaksiya gəlməyib. Ermənilərin Qarabağdakı müsəlman məscidlərinə donuz bağlaması, dini ocaqlarımızı təhqir etməsi Ermənistanla can bir qəlbdə olan müsəlman ölkələrinin özünə də bir xəbərdarlıqdır. Hesab edirəm ki, müsəlman ölkələri, İslam Əməkdaşlıq Təşkilatı ermənilərin bu naqis, İslamı aşağılayan, məscidlərimizi təhqir edən hərəkətlərinə nəhayət ki, adekvat reaksiya, cavab verməlidirlər”.
İsmayıl Əhməd: “Mən hansısa bir müsəlman ölkəsinin məscidləri təhqir etdiyinə görə ermənilərə qarşı hər hansı bir tədbir görəcəyinə...”
Tanınmış ilahiyyatçı İsmayıl Əhməd də qeyd etdi ki, ermənilərin məscidlərimizi təhqir etməsi faktlarına İslam dövlətlərindən tutarlı cavab verilməlidir. “Mən bir qədər tarixə nəzər salmaq istəyirəm. Yəni müsəlmanların xristianların müqəddəs ocaqlarına və xristianların müsəlmanların müqəddəs ocaqlarına bəslədiyi münasibəti müqayisə edəcəyəm. Məsələn, 1453-cü ildə Konstantinopol fəth ediləndə xristianlar indiki Ayasofya məscidinə pənah aparırlar. Sultan nəinki oranı dağıtmır və orada olan bütün insanların əmin-amanlıqda olduğunu bildirir. Sonra həmin Ayasofya kimi digər dini ocaqlar məscidə çevrilir və daha da müqəddəsləşir. İndi ermənilərin müsəlman məscidlərinə qarşı həyata keçirdikləri bu xoşagəlməz hərəkətlərə nəzər salaq. 1918-ci ildə ermənilər Azərbaycanda soyqırım törətdikləri zaman Şamaxıda insanları Cümə məscidinə yığaraq, təxminən 3-4 min insanı kütləvi surətdə yandıraraq məhv ediblər. İmamzadə məscidində də eyni cinayətləri törədiblər. Bu gün orada abidə qoyublar və lövhə də vurublar”.
İ.Əhməd qeyd etdi ki, son illər baş verən müharibələrdə müsəlman məscidlərinə qarşı dünyanın hər yerində vandalizm aktları törədilir, bu işlərə rəhbərlik edənlər isə bizə indi humanizm dərsi keçirlər. “Ermənilər vəhşi tayfaların qanunsuz dünyaya gələn övladlarıdırlar. Mənşəyi bilinməyən toplumdurlar. Ermənilərin nəzərində müqəddəs heç nə yoxdur. O ki, onlar kilsə, xaç suyu, filan göstərirlər, onların özlərinin o kilsələrə etiqadı yoxdur. Etiqadları olsaydı, belə bir hal baş verməzdi. Məsələn, Birinci Qarabağ Müharibəsində bizim qadınların, gəlinlərin sinəsinə xaç formasında dağ basıblar. Ermənilər vəhşi xalqdır və onlar üçün müqəddəs heç nə yoxdur, onlar istənilən cinayəti törədə bilirlər.
O ki, qaldı müsəlman dünyasının ermənilərin məscidlərimizə donuz salması məsələsindən, məscidləri təhqir etməsindən hər hansı bir ibrət götürməsinə, onlar ibrət götürməyəcəklər. Çünki müsəlman dünyası ən böyük dayaq nöqtəsindən - Qurandan uzaqlaşıb. Quran təqdimatındakı inancdan və müsəlmanların birliyindən xəbərlər verən ayələrdən müsəlmanlar çoxdan qopublar. Mən hansısa bir müsəlman ölkəsinin məscidləri təhqir etdiyinə görə ermənilərə qarşı hər hansı bir tədbir görəcəyinə, ən azından, bundan özü üçün bir ibrət dərsi götürəcəyinə inanmıram. Ehtimal belə etmirəm. Çünki belə hadisələrin hər dəfə şahidi oluruq və təəssüf ki, müsəlman dünyasının da bundan ibrət götürdüyünü görmürük” - deyə İ.Əhməd vurğuladı.
İradə SARIYEVA