Rusiya Federasiyasının Sankt-Peterburq şəhərindən Müşfiq Əmiraslanov Prezident İlham Əliyevə müraciət edib: “Biz xaricdə yaşayan azərbaycanlılar Sizinlə fəxr edirik. Sizin bütün çıxışlarınızı və müsahibələrinizi çox maraqla dinləyirik.
Allah Sizdən və Azərbaycanın mərd əsgərlərindən razı olsun, onlara kömək etsin. Biz həmişə dua edirik ki, tezliklə Qələbə xəbəri ilə hamımızı sevindirəsiniz. Ölkəmizi bu dərd-bəladan xilas edəsiniz.
Mənim qardaşım oğlu Kamran da ön cəbhədədir. Onunla fəxr edirəm. Biz hamımız Sizin bütün qərarlarınızı dəstəkləyirik. Heç kim bizim birliyimizi poza bilməz.
Arzu edirəm ki, Allahın köməkliyi, xalqın inamı ilə tezliklə Azərbaycanı bütün düşmənlərdən təmizləyəsiniz”.
Baki-xeber.com